Header

Mehdinin olmadığı mühitdə, yer üzündəki hər şeyin məhv olacağı bildirilmişdir

Aa4a

Əbu Həmzə belə deyir: “İmam Sadiq (ə.s)-a dedim ki, “imamsız (Mehdi olmadan) yer baqi qalarmı?” İmam: “əgər yer üzü imamsız qalsa alt-üst olar”-deyə buyurdular.(Usul-u Kafi, İslamiye Baskısı, 1381, cild. 1, səh. 334)

Veşşa deyir ki: İmam Rza (ə.s)-dan “yer üzü imamsız qalarmı?”-deyə soruşdum. İmam (ə.s) “xeyr” deyə buyurdu….İmam (ə.s) daha sonra belə buyurdu: “Yer üzü imamsız qalmaz, əks halda yer üzü alt-üst olar”. (Usul-u Kafi, cild. 1, səh. 334)

Müfəzzəl ibn Ömər əmirəlmöminin əleyhissalam: Kufə şəhərinin minbərində belə buyurdu: “Bilin ki, yer üzü Allahın hüccəti (hz. Mehdi (ə.s)) olmadan ayaqda dayana bilməz… Əgər Allahın hüccəti (hz. Mehdi (ə.s)) bir an yer üzündən çəkilsə, yer xalqın üzərinə çökər”. (Şeyh Muhammed B. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 162)


R0118

Allah hər dövrdə yer üzündəki təxribatçılığın qarşısının alınmasına; insanların rifah və xoşbəxtliyinə insanlara Allahın dinini təbliğ edən elçilərini vəsilə etmişdir. Allahın Axırzamanda bütün yer üzünün dinclik və qurtuluşuna vəsilə etdiyi adam da hz. Mehdidir. Necə ki, hədislərdə hz. Mehdinin olmadığı mühitdə yer üzünün müxtəlif fəlakətlərlə həlaka və məhvə uğrayacağına; bütün dünyada dəhşətli bir anarxiya və xaos meydana gələcəyinə işarə edilmişdir. Necə ki, hz. Mehdinin zühurunun yaxınlaşdığı bu dövrdə də dünyanın bir çox yerində terrorun, döyüşlərin, qırğınların hökm sürdüyü görülür.

Bədiüzzaman Səid Nursi də əsərlərində hz. Mehdinin bu xüsusiyyətinə diqqət çəkmişdir.

(Mehdinin) İkinci vəzifəsi:

Xilafəti-Məhəmmədiyə (s.ə.v) ünvanı ilə (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni müsəlmanların mənəvi lideri ünvanı ilə) şəairi islamiyəni (islam əxlaqının əsaslarını) əhya etməkdir (yenidən canlandırmaqdır). Aləmi-islamın vəhdətini (islam aləminin birliyini) nöqtəi-istinad edib (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi-ilahidən (Allahın qəzəbindən) qurtarmaqdır… (Emirdağ Lahikası, səh. 259)

Bədiüzzamanın şərhlərinə görə hz. Mehdi islam dünyasının mənəvi lideri olaraq bütün Axırzamanın çətin, fitnə və qarışıqlığı içərisində yaşayan insanlığı, maddi mənəvi bütün təhlükələrdən qurtaracaq, insanların Allahın qəzəbindən çəkinmələrinə, bu səbəbdən də dünyada və axirətdə nicat tapmalarına vəsilə olacağını xatırlatmışdır.

R0204
Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313