Hz. Mehdi (ə.s)-ın paltarları parlaq olacaq
İmam Əli (ə.s), Rəsulullah (s.ə.v)-in ona belə xitab edərək buyurduğunu bildirir: “ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ÜZƏRİNDƏ NURDAN PALTARLAR VARDIR…” (Bihar, c. 36, s. 337; c. 51, s. 108)
Həsən ibn Mahbubu Zərrad, İmam Rza əleyhissalamın belə buyurduğunu bildirir: “…(HZ. MEHDİ (Ə.S)-IN) ÜZƏRİNDƏ (Əynində) NURDAN PALTARLAR VARDIR.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 207)
Hədisdəki, “üzərində (əynində) nurdan paltarlar vardır” sözləriylə hz.Mehdi (ə.s)-ın geyiminin parlaq olacağına işarə edilmişdir. Bilindiyi kimi ‘nur’ işıq qaynağı deyil, ‘işığı əks etdirən’ mənasındadır.
Quranın “… və ayı bunlar arasından bir nur etmiş, günəşi də (işıqlandırıcı və yandırıcı) bir şam etmişdir.” (Nuh surəsi, 16) ayəsində də, günəşin bir işıq qaynağı olduğu, ‘nur’ sözüylə ifadə edilən ayın isə işığı əks etdirdiyi bildirilmişdir.
Bütün bu məlumatlar, hz. Mehdi (ə.s)-ın da üzərində (əynində) ‘nurdan paltarlar’-ın olacağına, hz. Mehdi (ə.s)-ın işığı əks etdirən, parlaq geyimlərinin olacağına işarə edir.