Hz. Mehdi (ə.s) evdə doğulacaq
İmam Zeynal Abidin əleyhissalam belə buyurmuşdur: “Bizim Qaimimiz (Mehdi) ilə Allahın Rəsulları arasında bir çox bənzərliklər vardır. Nuh, İbrahim, Musa, İsa, Eyyub və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir oxşarlığı vardır. Nuh ilə uzunömürlü olmağında, İBRAHİM İLƏ, DOĞUMUNUN GİZLİ OLMAĞINDA (DOĞUMUNUN EVDƏ OLMAĞINDA) və xalqdan uzaq durmağında,Musa ilə, qorxu halı (Mehdinin də bir çox təhlükələrlə, məsələn, öldürmə, tələ qurma, həbs olunma, nəzarət altına alınma, sürgün kimi hər cür təhlükəli hadisələrlə üz-üzə qalmağında) və qeybdə (gizli) yaşamağında (daim gizlənərək yaşamağında), İsa ilə xalqın onun barəsində ixtilafa düşməyində (bir qisim insanların “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməyində), Əyyub ilə, bəladan sonra xilas olmağında (hz. Mehdinin də başına bir çox çətinliklərin, xəstəlik və dərdlərin gəlməsi, ancaq eynilə hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmağında), Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməyində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və köynəyi, Mehdinin yanında olmağında), BƏNZƏRLİYİ VARDIR.” (Kemal’ud-Din s. 322, 31-ci babin 3-cü hədis)
Hz. Əli ibn Hüseyn Zeynəl Abidin (ə.s) belə buyurur: “QAİMİMİZİN (HZ. MEHDİ (Ə.S)-IN) DOĞUMU İNSANLARA GİZLİ QALACAQ…” (Bihar-ül Envar, c. 51, s. 135)