Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl narkotik və cinayətlərlə bağlı ölümlər artacaq
Əli (ə.s) belə buyurmuşdur: “Mehdinin qiyamının əvvəlində qırmızı ÖLÜM və AĞ ÖLÜM OLACAQ… (Ikdü’d-Dürer, səh. 98, Gaybet-i Numani, səh. 397, Gaybet-i Şeyh Tusi, səh. 267, Biharü’l-Envar, cild 52, səh. 211)
Hədisdə, Axırzamanda hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl cəmiyyətlərdə cinayət hadisələrinin sıxlığına diqqət çəkilmişdir. Hədisdən aydın olduğu kimi, dövrümüzdə AĞ ZƏHƏR (hər cür narkotik maddə) olaraq adlandırılan narkotiklər ilə hədisdə ifadə edildiyi kimi AĞ ÖLÜM reallaşacaq və insanları maddi və mənəvi olaraq öldürəcək. Həmçinin, hədisdə ifadə edilən (qan rəngində) QIRMIZI ÖLÜMLƏ də hz. Mehdi (ə.s) əvvəlində qanlı cinayətlərin işlənəcəyini diqqət çəkilmişdir. Qırmızı və ağ ölümlərdəki bu artım, hz. Mehdi (ə.s.)-ın zühurunun əlamətlərindəndir.