Hz. Mehdi (ə.s.) dövründə bütün əhli-kitab hz. İsa (ə.s)-a iman edəcək
Əli ibn İbrahim Şəhr ibn Həvşəbdən belə rəvayət edər:… “HZ. İSA ƏLEYHİSSALAM QİYAMƏTDƏN ƏVVƏL DÜNYAYA ENƏCƏK. BELƏCƏ, YƏHUDİ VƏ NƏSRANİLƏRDƏN, ÖLMƏDƏN ƏVVƏL (YƏNİ HZ. İSA (Ə.S) ÖLMƏDƏN ƏVVƏL VƏ YA YƏHUDİ VƏ XRİSTİANLARDAN HƏR BİRİ ÖLMƏDƏN ƏVVƏL) ONA İNANMAYAN QALMAYACAQ. HZ. İSA ƏLEYHİSSALAM HZ.MEHDİ (Ə.S)-IN ARXASINDA NAMAZ QILACAQ. Həccac: “Nələr söyləyirsən sən?! Bunu haradan bilirsən ki?!” Deyə soruşduqda; “Bu hədisdir.” Dedim, “Mən bu hədisi Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibdən eşitdim!” Bundan sonra: “Vallah tam qaynağından eşitmisən!” Dedi. (Kummi Tefsiri, cild. 1, səh. 158)
Peyğəmbərimiz (s.ə.v) Quranın, “And olsun, kitab əhlindən ölmədən əvvəl ona inanmayacaq kimsə qalmayacaq. Qiyamət günü o da onların əleyhinə şahid olacaqdır.”(Nisa surəsi, 159) ayəsini hədisdə ifadə edildiyi şəkildə açıqlamışdır.