Hz. Mehdi (ə.s)-ın İmam Rəbbani tərəfindən bildirilən yeni bir əlaməti daha reallaşdı
Mükərrər olaraq ŞƏRQ TƏRƏFİNDƏ DOĞAN AMUDƏİ-NURANİDƏN (nurlu sütundan) soruşursunuz.
Biləsən ki, səhabələrin verdiyi xəbərə görə, Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur:
“Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR.”
Bu rəvayətin edildiyi haşiyədə yazıldığına görə, o sütunun iki başı var idi.
Bu sütunun ilk doğuşu Nuh (ə.s) qövmünün həlakı zamanında oldu. Eyni şey İbrahim (ə.s) peyğəmbəri alova atdıqları zamanda da doğuldu. Fironun və onun qövmünün zamanında belə doğuldu.
Bir də, Yəhya (ə.s) peyğəmbərin qətlə yetirildiyi zaman doğuldu.
Hər kim onu görsə, fitnələrin şərindən Allaha sığınsın.
Şərq tərəfində meydana gələn o işıq; əvvəllər nurlu bir sütun halında idi. Sonra ona bir əyrilik gəldi; buynuz şəklini aldı.
Ehtimaldır ki, onun üçün:
– “iki başlı” adının verilməsi bu xüsusiyyətinə görə ola bilər: Hər iki tərəfində də bir incəlik olub dişə bənzəyərlər, bunun üçün hər iki tərəfdə baş etibardır. Necə ki, bir süngünün də hər iki tərəfi incəlik daşısa, onun üçün də:
– “İki başlı” təbirini istifadə edərdilər.
Qardaşım Şeyx Məhəmməd Tahir Bedahşi Confordan gəldi. Belə izah edir:
-O sütunun üst tərəfində də iki başı var; iki dişə bənzəyir. İkisi arasında da qısa bir ayrılıq var.
Bu mənanın açıqlaması səhrada hasil oldu.
Eyni xəbəri bir başqa topluluq da verdi.
Hədisi-şərifdə Mehdinin əlamətləri haqqında belə izah edilmişdir:
“ŞƏRQ TƏRƏFDƏ BİR KOMETA DOĞULUB İŞIQ VERƏCƏK.”
Bu ulduz doğulmuşdur.
Bu ulduza:
-“Quyruqlu ulduz” adının verilməsi, ehtimal ki, bu izahlara əsaslanır:
-Sabitlərin seyri MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR) (4)…
Bu ulduzun vəziyyəti də onun seyrinə görədir. Yəni üzü məşriqə doğru, arxası da məğrib tərəfinədir. Bu uzun ağlıq belə, onun arxa tərəfindədir. Bu məna zərurəti olaraq ona:
–“Quyruq”… adının verilməsi yerindədir.
Onun hər günkü İRTİFİ (hərəkət istiqaməti) isə məşriqdən məğribədir. Ancaq o kısri (özünə xas vəziyyətdə ağırlıq daşıyan) seyri ilə fələki üzvümün seyrinə bağlıdır.
Həqiqəti-halı ən yaxşı bilən Sübhan Allahdır.
(İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, s.1184)
Peyğəmbərimiz (s.ə.v)-in hədisində Axırzamanda zühuru gözlənilən hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq ifadə etdiyi və İmam Rəbbaninin də təfərrüatlı təfsir etdiyi “iki dişli münəvvər (parlaq) bir buynuz çıxar” ifadəsi 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçən Lulin quyruqlu ulduzuna işarə edir. Hədisdəki ifadələrin hamısının Lulin quyruqlu ulduzunun xüsusiyyətləriylə eynilə uyğunlaşması çox böyük bir möcüzədir və hz. Mehdi (ə.s)-ın gəlişini gözləyən bütün möminlər üçün də çox böyük bir müjdədir.
(1)… iki dişli…:
Lulin quyruqlu ulduzunun arxa qismindəki quyruğun ikihaçalı olması hədisdəki iki dişli ifadəsiylə tamamilə uyğun gəlir.
(2)… münəvvər (parlaq)…:
Hədisdə bəhs olunan münəvvər (parlaq) sifəti Lulin quyruqlu ulduzunun dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan parlaqlığına işarə edir.
(3)… bir buynuz…:
Lulin quyruqlu ulduzunu digər kometalardan ayıran ən əhəmiyyətli fərqliliyi ulduzunun nüvəsinin arxa qismində olan quyruğunun qarşısında, nüvənin ön qismində, yəni hərəkət istiqamətində də bir quyruğunun olmasıdır. Lulin quyruqlu ulduzunun çəkilmiş fotoşəkillərinə baxdıqda da əks istiqamətdəki iki quyruğun forma etibarilə bir buynuzu xatırlatdığı ilk baxışdan müşahidə olunur.
(4)… məğribdən (qərbdən) məşriqədir (şərqədir)…:
Hədisin davamında bəhs edilən “Sabitlərin seyri, məğribdən (qərbdən) məşriqədir (şərqədir)…” ifadəsi hədisdə hərəkət edən bir cismə, bir quyruqlu ulduza diqqət çəkildiyini təsdiq edən mahiyyətdədir. Necə ki, digər göy cisimləri məşriqdən (şərqdən) məğribə (qərbə) doğru saat istiqamətinin əksinə istiqamətində hərəkət edərkən, Lulin quyruqlu ulduzunun seyri saat istiqamətində yəni məğribdən (qərbdən) məşriqədir (şərqədir).
Başqa heç bir göy cismində görülməyən bu xüsusiyyətin Lulin quyruqlu ulduzunda olması və bunun təxminən 1400 il əvvəl Peyğəmbərimiz (s.ə.v.) tərəfindən hz. Mehdi (ə.s)-ın çıxışının xəbərçisi olaraq bildirilmiş olması şübhəsiz ki, çox böyük bir möcüzədir. Lulin quyruqlu ulduzunun bir daha 1000 il sonra gələcəyi düşünülür.
Lulin quyruqlu ulduzunun min ildə bir gəldiyi; bundan sonrakı gəlişinin də min il sonra olacağını açıqlayan elmi şərhlərin olduğu internet saytları.
http://www.skyandtelescope.com/observing/home/35992534.html
http://kathmanduk2.wordpress.com/2009/01/17/skywatch-comet-lulin-approaches/
http://www.dipity.com/timeline/Comet-Lulin
http://topnews.us/content/23887-get-best-views-comet-lulin-now