Hz. Mehdi (ə.s) ilə əlaqədar müxtəlif zaman aralıqları
“…Malı böləcək və insanlara peyğəmbərlərinin sünnəsiylə davranacaq, İslamı aradakı qonşu diyarlara bildirəcək, 7 İL QALACAQ sonra vəfat edəcək və müsəlmanlar namazını qılacaqlar.” (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mənim ümmətimin içindən hz. Mehdi (ə.s) çıxacaq, 5 VƏ YA 9 İL (HÖKM SÜRƏRƏK) yaşayacaq. Biri yanına gələcək və: “Ey Mehdi (ə.s)! Mənə (mal) ver deyəcək.” O da onun paltarını açıb, içinə daşıya biləcəyi qədər mal dolduracaq.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
Əbu Abdullah Hüseyn ibnƏlidən rəvayət görə; hz. Mehdi (ə.s) 19 İL hökm sürəcək. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Təbərani və Əbu Nuaymın, Əbu Səid əl-Hudri (r.ə)-dən rəvayətlərinə görə; Rəsulullah belə buyurmuşdur: “Mənim Əhli-beytimdən bir adam çıxacaq. O, mənim sünnəmi izah edəcək. Allah (c.c) onu hörmətinə səmadan yağış endirəcək. Yer üzü (Allah (c.c.)-in əmri ilə) bərəkətini göstərəcək. O, daha əvvəl zülm və haqsızlıqla dolduruulan dünyanı haqq və ədalətlə dolduracaq. BU SÜNNƏSİ 7 İL EDƏCƏK.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Hz. Əlidən rəvayətə görə; hz. Mehdi (ə.s), bütün bidətləri yox edəcək və bütün sünnələri də yerinə gətirəcək. Konstantinopolu, Çini, Deyləm dağını fəth edəcək. HZ. MEHDİ (Ə.S) BU HAL ÜZRƏ 7 İL QALACAQ. Onun hər ili, sizin on iliniz kimidir. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Darakutni və Təbəraninin, Əbu Hureyrə (r.ə)-dən rəvayətlərinə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mənim ümmətimin içində hz. Mehdi (ə.s) olacaq. HƏR NƏ QƏDƏR 7 VƏ YA 8, YAXUD DA 9 İLDƏN AZ OLSA BELƏ, daha əvvəl bənzəri olmayan bir şəkildə ümmətimdən günahsız və günahkar olan hər kəs onun dövründə nemətləndiriləcək.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
Nuaymın Zühridən rəvayətinə görə; hz.Mehdi (ə.s) 14 İL yaşayacaq, sonra normal bir şəkildə öləcək. (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
Yenə Nuaymın Bukyə ibn Vəlitdən rəvayətinə görə; HZ. MEHDİ (Ə.S)-IN HƏYATI 30 İLDİR. (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“Yenə Nuaymın Malik ibn Dinardan rəvayətinə görə; HZ. MEHDİ (ə.s) DÜNYADA 40 İL QALACAQ. (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
Hədislərdə hz. Mehdi (ə.s)-ın yer üzündə Quran əxlaqının hakim olmasıyla davam etdirəcəyi mənəvi liderlik vəzifəsinin müxtəlif zaman aralıqlarına diqqət çəkilir. “Hz. Mehdi (ə.s) 14 il yaşayacaq”, “hz. Mehdi (ə.s)-ın həyatı 30 ildir” və “hz. Mehdi (ə.s) dünyada 40 il qalacaq” sözləri də eyni şəkildə hz.Mehdi (ə.s)-ın Quran əxlaqına söykənən mənəvi hökmranlıq müddətini ifadə edir.