Zərdüştlükdə Mehdilik inancı
İranda keçmişdə məşhur olan və Hind-Avropa mədəniyyətinə aid bütpərəst bir inanc halına gələnzərdüştlük təxminən 3500 il əvvələ söykənir. Pozulduğu və zamanlaəslindən tamamilə yönləndirildiyi açıqca görülən bu din ehtimal edildiyinə görə haqq bir dinin təhrif edilmiş halıdır. Bu təhrif edilmiş din araşdırıldıqda haqq dinlərdə olan inanc əsaslarına rast gəlinir, Allaha, Onun mələklərinə və qiyamət gününə iman, cin və şeytanların varlığı kimi haqq dinlərə məxsus olan inancların bu dində də olduğu görünür.
Zərdüştlük inancında olan mövzulardan biri də insanların dünyada gözəl bir həyat yaşamalarına vəsilə olacaq, zühur etdiyi vaxt dünyaya gözəllik, fayda, dinclik və sülh gətirəcək bir xilaskarın, yəni hz.Mehdi (ə.s)-ın varlığıdır.
Zərdüşt inancına görə, Sauşyant (dünyanın xilaskarı) adında biri (hz.Mehdi (ə.s.)) zühur edəcək və Əhrimanı, yəni şeytanı fikirlə məğlub edərək dünyanı şeytanın təsirindən qurtaracaq. Sauşyant olaraq tanıdılan adam hz. Mehdi (ə.s)-dır və Axırzamanda dünyanı şeytandan və onun təsirindən, yəni dinsiz fəlsəfələrdən və ideologiyalardan təmizləyəcək. Hz. Mehdi (ə.s)-ın təsiri bütün dünyaya yayılacaq, dünyanın hər yeri Allaha iman edən insanlarla dolacaq. Bu inanc zərdüşt kitablarında açıq bir şəkildə ifadə edilmişdir.
Peyğəmbərimiz (s.ə.v.)-in bir hədisində hz.Mehdi (ə.s) haqqında belə ifadə edilir:
Əbu Basir belə deyir: İmam Cəfər Sadiq (ə.s)-a “Ey Rəsulullahın övladı! Siz Əhli-beytin qaimi kimdir?” deyə soruşanda belə cavab verdi:… HZ. MEHDİ (Ə.S) DÜNYANI FƏTH EDƏCƏK,… O ZAMAN YER ÜZÜ ALLAHIN NURU İLƏ İŞIQLANACAQ, ALLAHDAN BAŞQASINA İBADƏT EDİLƏN HƏR YER ALLAHA İBADƏT EDİLƏN YERLƏRƏ ÇEVRİLƏCƏK; Müşriklərin xoşuna gəlməsə də, DİN O GÜN YALNIZ ALLAHIN DİNİ OLACAQ.” (Bihar-ul Envar, c. 51, s. 146)
Zərdüşt inancında da eyni Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s) haqqında rəvayət etdiyi təriflərə oxşar təriflər mövcuddur. Ehtimalla, o dövrdə bəhsi olunan mövzu cəmiyyətə haqq bir peyğəmbər gəlmiş və bu peyğəmbər də qövmünə hz. Mehdi (ə.s)-ın gəlişini müjdələmişdir.
Hz. Mehdinin gəlişi zərdüşt qaynaqlarında belə müşdələnmişdir :
“… O kimsələr ki, ONA “SAUŞYANT (HZ. MEHDİ (Ə.S)) VƏ ESTEVT İRİTE (HZ. MEHDİ (Ə.S)) deyərlər. (Ferverdin Yeşt, 128-129, paraqraf)
“O (HZ. MEHDİ (Ə.S)) BÜTÜN MADDİ VARLIQLARA YARAR VERƏCƏYİ ÜÇÜN ONA SAUŞYANT deyərlər.”
“DÜNYADA ADI VƏ CANI OLAN HƏR ŞEY ONUN (HZ. MEHDİ (Ə.S)-IN) İŞIĞI İLƏ PİSLİK OLMAYAN HƏYATA QOVUŞACAĞI ÜÇÜN ONA ESTEVT İRİTE DEYƏRLƏR.” (Ferverdin Yeşt, 128-129, paraqraf)
Zərdüştlərin kitabı olan Ferverdin Yeşt də hz. Mehdi (ə.s)-ın gəlməsiylə dünya üzərində bütün canlı varlıqların çox gözəl, dinc və xoşbəxt bir həyata qovuşacaqları ifadə edilmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə də hz. Mehdi (ə.s)-ın bütün dünyaya fayda gətirəcəyi, gözəlliklər təqdim edəcəyi, o zamana qədər acı, çətinlik, zülm və düşmənçiliklə dolan dünyanın hz. Mehdi (ə.s)-ın gəlişiylə birlikdə dincliyə, təhlükəsizliyə qovuşacağı ifadə edilmişdir. hz. Mehdi (ə.s) ədalətsizlik, haqsızlıq ilə dolan dünyanı ədalətlə, haqla, düzgünlüklə dolduracaq:
Haris ibn əbu Usamə və əbu Naim, əbu Səid-əl Hudridən təxric etdilər. O dediki, Rəsulullah (s.ə.v) buyurdu: YER ÜZÜ ZÜLM VƏ DÜŞMƏNÇİLİKLƏ DOLANDAN SONRA MÜTLƏQ MƏNİM ƏHLİ-BEYTİMDƏN BİRİ (HZ. MEHDİ (Ə.S)) ÇIXAR. VƏ NECƏ Kİ, DAHA ƏVVƏL ZÜLM VƏ DÜŞMƏNÇİLİKLƏ DOLDUSA, O DÜNYANI ƏDALƏTLƏ DOLDURAR. (Celaleddin Suyuti, Ahir Zaman Mehdisinin Alametleri, s. 10)
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa belə, Allah mənim Əhli-beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O (HZ. MEHDİ (Ə.S)) YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i Ebu Davud, 5/92)
Zərdüşt inancında hz.Mehdi (ə.s)-ın zühuruyla birlikdə bütün dünya yalandan, səmimiyyətsizlikdən, şeytani saxtakarlıqlardan, fitnəkarlıqdan təmizlənəcək. Hz. Mehdi (ə.s) Allaha böyük bir sevgi və qorxuyla bağlı və çox ixlaslı bir insan olacaq. Həmçinin, hz. Mehdi (ə.s)-ın yanında qəhrəman və cəsur köməkçiləri, yəni tələbələri olacaq:
“… ESTEVT İRİTE (HZ. MEHDİ (Ə.S.)) ALLAHIN ELÇİSİ KİMİ ZÜHUR ETDİYİ ZAMAN ƏMƏLLİ-BAŞLI DÜNYANI YALANDAN TƏMİZLƏYƏCƏK…. O (HZ. MEHDİ (Ə.S)) ELMLİ GÖZLƏRLƏ YARADICIYA BAXACAQ… ESTEVT İRİTENİN (HZ. MEHDİ (Ə.S)) MÜZƏFFƏR KÖMƏKÇİLƏRİ DƏ ONUNLA ZÜHUR EDƏCƏKLƏR… ” (Zamyad Yeşt, 89-93 paraqraf)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə də hz. Mehdi (ə.s)-ın yanında cəsarət, dözümlülük, səmimiyyət baxımından son dərəcə yüksək əxlaqlı olan köməkçiləri olacağı xəbər verilmişdir:
Məhəmməd ibn Hənəfi (r.ə)-dən rəvayət edildi ki: Sayları Bədr səhabələri (313) qədərdir. ƏVVƏLKİLƏR ONLARI KEÇMƏDİYİ KİMİ, SONRAKILAR DA ONLARA ÇATA BİLMƏZLƏR. Onların sayları Talut ilə çayı keçənlər qədərdir. (Kitab-ul Burhan Fi Alamet-i Mehdiyy-il Ahir Zaman, s.57)
BƏDR MÜHARİBƏSİNDƏKİ ƏSGƏRLƏR KİMİ 313 ADAMIN İDARƏSİNİ ƏLİNDƏ SAXLAYARAQ ƏTRAFA MEYDAN OXUYACAQ. ÇÜNKİ BU 313 ADAM GECƏ ABİD (çox ibadət edən kimsə), GÜNDÜZ QƏHRƏMAN XÜSUSİYYƏTİNDƏ OLARLAR. (Kıyamet Alametleri, s. 169)
Aralarında qadınların da olduğu 314 şəxsiyyət bir dəstə meydana gətirərlər. Onlar hər zalıma qalib gəlirlər. Onların ürəkləri dəmir kimidir və onlar gündüz aslan, gecə də abiddirlər. Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara çata bilməz.(Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, ss.57-68)
Zərdüştlükdə sözü keçən mehdilik inancı Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdəki mehdilik inancı ilə üst-üstə düşür. Bu da bu gün artıq tamamilə təhrif olunan bu dini Allahın haqq bir din olaraq dövrün İran cəmiyyətinə bir peyğəmbər vasitəsilə göndərdiyinin bir dəlilidir. Digər tərəfdən də mehdilik inancının; İslam dininin Peyğəmbərimiz (s.ə.v) vasitəsilə ərəb cəmiyyətinə endirilməsindən çox əvvəl, yəni dövrümüzdən 3500 il əvvəl, Mesopotamiyada yaşanan bu dinin içində də olan haqq bir inanc olduğu açıq bir şəkildə görünür.