Hörmətli Adnan Oktarın 20 may 2013-cü ildəki söhbətindən Məsəd surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınaram: “Əbu Ləhəbin iki əli qurusun; qurudu da.” (Məsəd surəsi, 1) Deməli, bir quruma, mövcud olan sistemdə bir quruma olar. Mövcud olan sistem dağılır. Baxın, “iki əlin qurusun.” Küfr də hərtərəfli quruyur. Çünki insanda iki əl var. Bir əli quruyanda, digər əlini istifadə edə bilər. Amma Allah bax, iki əlini birdən qurudur. Onda edəcəyi heç bir şey qalmır. Hərtərəfli məhv olur. Bu ayədə, hərtərəfli məhv olmağa işarə edir. “İki əlin qurusun” mənası budur. “Və qurudu da” deyir.Hal-hazırda da, iqtisadi böhranla hər yer quruyur.
“Var-dövləti və qazandıqları ona bir fayda vermədi.” (Məsəd surəsi, 2) 2011-ci il tarixini verir onsuz da.Bir dənə 2011 budur. “Var-dövləti və qazandıqları ona bir fayda vermədi.” Ayə budur, əbcədi də;2011. İqtisadi böhranın ən şiddətli olduğu dövr. Bir dənə tarixə baxır əbcədi. Dünya tarixində 2011 neçə dəfə olar? Bir dəfə olar. Bir dövrə baxır yalnız ayənin işarəsi, əbcədi. Var-dövləti və qazandıqları. Nə oldu? Bütün böyük kartellər, böyük holdinqlər hamısı dağıldı. “Var-dövləti və qazandıqları ona bir fayda vermədi.” Ayə bunu söyləyir.
“Alovlu olan bir atəşə girəcək.” (Məsəd Surəsi, 3) Cəhənnəm alovu, amma hal-hazırda dünya mənəvi bir odla da yanır.
“Onun odun şələsi daşıyan arvadı da.”(Məsəd surəsi, 4) Deməli, zövcələr də insanları çox pis bir yola apara bilər. Məsələn, indi evliliklərin böyük hissəsi boşanma ilə nəticələnir. Bəzi zövcələr, həyat yoldaşlarını məhv edir.
Dünən axşam bir uşaqla danışdım, özü dindardır. “Böyük qardaşım evləndi, zövcəsi onu dindən çıxardı, müsəlmanlıqdan çıxdı” deyir. Baxın mal üçün, pul üçün nə hala gətirir özünü. Zövcəsi varlıymış, ondan bir şeylər qazana bilmək üçün, onun inancına uyğunlaşdırıb özünü.
“Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.” (Məsəd surəsi, 5) Bu da, bəlanın başqa bir tərəfini vurğulayır Allah. Yəni sanki bir-birlərinə ip kimi, mənəvi qandallarla da bağlıdırlar. Telefonu ona həsr edir, o ondan soruşur, bu bundan soruşur. O onu məhv edir, bu bunu məhv edir. Addımları belə eynidir, danışıqları belə eynidir. Halbuki, sən ayrı bir insansan, elə deyilmi? İman əhlisənsə, niyə ona qoşulursan? İpi boynuna dolayıb, çox üzr istəyərəm, eşşək kimi sürüyür. Yəni onu eşşək yerinə qoyur.