Header

İnşirah surəsi, 1-8-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 21 may 2013-cü ildəki söhbətindən İnşirah surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınaram: “Biz, sənin sinəni açmadıqmı?” (İnşirah surəsi, 1) Elem neşrah leke sadrek. Deməli, bəzən insanların sinəsi daralar. Hz. Musa (ə.s)-da da olur. “Ya Rəbbi sinəm daralır” deyir. Peyğəmbərimiz (s.ə.v)-də də var. Peyğəmbərimiz (s.ə.v)-in Allah sinəsinə bir rahatlıqla ürəyindəki çətinliyi aradan qaldırır.

“Və yükünü səndən götürmədikmi?” (İnşirah surəsi, 2) Ehtimalla, Peyğəmbərimiz (s.ə.v) kökəlmişdi son zamanlarda, sevimli Peyğəmbərimiz (s.ə.v). Onsuz da hz. Aişə (r.ə) anamızla yarışıblar. Hər dəfə, hz. Aişə (r.ə) anamız keçib Peyğəmbərimiz (s.ə.v)-i, Peyğəmbərimiz (s.ə.v) geridə qalıb. Sənsənmi keçən, Peyğəmbərimiz (s.ə.v) dünya şirini pəhriz saxlayır. Bax o, qarınına daş bağladı dedikləri odur. Yəni isti daş. Pəhriz saxladığı üçün, bəzən sancı edir mədəsi ara-sıra. Yeməyin suyu ilə pəhriz saxlayır, xurma yeyir gündə bir neçə xurma, bəzən təbii ki, o yorğunluq da yaradır. Lakin pəhriz salamatlıqla nəticələnir. Sonra hz. Aişə (r.ə)-ə deyir: “Gəl, yarışaq.” Təbii ki, birinci olur. Bax, “Və yükünü səndən götürmədikmi?” deyir Allah.

“Ki o, sənin belini bükmüşdü;” (İnşirah surəsi, 3) Çünki artıq çəki insanı narahat edər.

“Sənin zikrini (şanını) ucaltmadıqmı?” (İnşirah surəsi, 4) deyir Allah.2009-cu ili verir. “Hər yerdə adın eşidilməyə başlandı” deyir. Mehdiyyətə işarə var. Baxın, “Sənin zikrini (şanını) ucaltmadıqmı?” Onun nəvəsinin zikri nə olur? Peyğəmbər (s.ə.v)-in zikri olmuş olur eyni zamanda. Çünki onun nəvəsidir, onun övladı, onun ailəsidir. Seyid Məhəmməd Mehdi (ə.s). Hər yerdə seyid Məhəmməd Mehdi (ə.s) eşidilər. Babasının adı və onun nəslindən, onun övladı olduğu üçün “sənin zikrini (şanını) ucaltmadıqmı?” Dünya hakimi olur, Allah dünyaya hakim edir Peyğəmbərimiz (s.ə.v)-in nəvəsiylə babasının gətirdiyi, babasının vəsilə olduğu dini dünyaya hakim edir Allah. Bu səbəbdən, Peyğəmbərimiz (s.ə.v)-in şanı ucalmış olar. Əbcədi də 2009-cu ili verir, inşaAllah.

“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.” (İnşirah surəsi, 5) İlk dövrlər asan deyil, dəccaliyyət dövrü çətindir. Amma axırda asanlıq var. Deyir ki, Allah, bir daha deyir bax: “Həqiqətən hər çətinliyin ardınca asanlıq gəlir.” (İnşirah surəsi, 6) 5 və 6, 56.5 və 6-cı ayələr 1956-ya işarədir, inşaAllah. “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.” 5-ci ayə, “Həqiqətən hər çətinliyin ardınca asanlıq gəlir.” (İnşirah surəsi, 6) Xüsusilə bu iki ayəyə diqqət çəkib Allah; 5 və 6-ya.

“Boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa davam et.” (İnşirah surəsi, 7) İndi Axırzamandayıq.Böyük bir səy içindəyik, heç dayanmadan. Peyğəmbərimiz (s.ə.v) də o zaman heç dayanmadan fəaliyyət edirdi mübarək, maşaAllah.

“Və yalnız Rəbbinə üz tut.” (İnşirah surəsi, 8) Necə olacaq, necə bitəcək, kim bitirəcək? Dəccaliyyət necə məhv ediləcək? Fitnə-fəsad necə ortalıqdan yığışacaq? Həyəcana ehtiyac yoxdur. “Və yalnız Rəbbinə üz tut.” Ona təvəkkül et, ona üz tut, etibar et Allaha, sərbəst ol, səbəbə sarıl, qalanına qarışma. Mənası odur. “Və yükünü səndən götürmədikmi? (İnşirah surəsi, 2) Təbii ki, bunda çox işarələr var.

images

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313