Hörmətli Adnan Oktarın 21 may 2013-cü ildəki söhbətindən əd-Duha surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: “Şübhəsiz sənin üçün son olan, ilk olandan (axirət dünyadan) daha xeyirlidir.” (əd-Duha surəsi, 4) İlk olan da, son olan da, hamısı Allahındır. “Sənin üçün son olan ilk olandan daha xeyirlidir.” Birinci ağıla gələn nədir? Axirət həyatı, dünyadan daha xeyirlidir. İkinci ağıla nə gəlir? İslamın gücsüz olan ilk vaxtları, müəyyən qədər Peyğəmbərimiz (s.ə.v)-in dövründən sonra gücsüz olub. Amma son, çox ehtişamlı, böyük bir dünya hakimiyyəti var, xeyirli bir dünya hakimiyyəti var. Son olanı Allah, xeyirli deyir. Hz. Mehdi (ə.s) məsələn, sonda çıxır xeyirlidir. Hz. İsa Məsih (ə.s) sonda gəlir xeyirlidir. Son başqa nədir? İslam Birliyi, dünyada ən böyük İslamın hakimiyyəti. Yəni gəlib-keçmiş dünya tarixində ilk dəfə, son ən xeyirli olaraq hakim olur. Ən böyük bir şəkildə, ən geniş bir şəkildə, Rəsulullah (s.ə.v)-in dövründən sonrakı ən xeyirli dövrdür.
“Şübhəsiz ki, Rəbbin sənə bəxş edəcək,” hər cür var-dövlət bəxş edəcək, “sən də razı qalacaqsan.” (əd-Duha surəsi surəsi, 5)Bu ayənin əbcədi də, 2009-cu ili verir. “Şübhəsiz ki, Rəbbin sənə bəxş edəcək” var-dövlət və imkan verəcək, hakimiyyət, var-dövlət, güc “sən də razı qalacaqsan.” Peyğəmbərimiz (s.ə.v) dövrünə işarə etməklə yanaşı, açıq-aydın hz.Mehdi (ə.s)-a işarə edir. Çünki bir dənə tarix verir; 2009. Dünya hakimiyyəti, mülk və səltənət.
“Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?” deyir Allah.(əd-Duha surəsi, 6) Hz. Mehdi (ə.s) da yetimdir. Hz. İsa Məsih (ə.s)-ın da atası yoxdur. Hz. Mehdi (ə.s) da yetim olacaq. “Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?”Peyğəmbər (s.ə.v)-i Allah, o qədər insanın arasından Allah seçir, onu peyğəmbər edir. Hz. Mehdi (ə.s)-ı o qədər insanın arasından seçir, hz. Mehdi (ə.s) edir. “Sığınacaq vermədimi?” Bir çox yerdə saxlayır Peyğəmbərimiz (s.ə.v)-i.
“Və səni yol bilməz ikən, doğru yola yönəltmədimi?” (əd-Duha surəsi, 7) Peyğəmbərimiz (s.ə.v) daha əvvəl İslam dinini bilmirdi. Sonra İslamı Allah vəhylə bildirdi. Hz. Mehdi (ə.s)-a işarə edən tərəfi nədir? Hz. Mehdi (ə.s) da İslamı sonra öyrənir. İslamı sonradan yaşayır. Çünki Allah deyir ki: “Allah onu bir gecədə islah edər.” Bir gecədə dəyişdirər, bu hədisdən də başa düşürük və ayənin daha çox Axırzamana baxdığı görünür, işarəli məna olaraq.
“Bir kasıb olduğun zaman səni tapıb zəngin etmədimi?” (əd-Duha surəsi, 8) Deməli, Peyğəmbərimiz (s.ə.v) başlanğıcda necə idi? Kasıb idi, amma sonra varlı oldu. Hz. Mehdi (ə.s) necə? Amma sonra dünya hakimi olur, dünyanın ən varlı insanı olur.
“Elə isə, əsla yetimə xor baxma.” (əd-Duha surəsi, 9)Sən yetimsən deyir. Amma sonra nə deyir: “Elə isə, əsla yetimə xor baxma.” (əd-Duha surəsi, 9) Hz.Mehdi (ə.s)-a heç kəs əl vurmasın. Peyğəmbər (s.ə.v) yetimkən, insanlar çox əziyyət vermək istədilər. Bunun səhv olduğuna Allah işarə edir. Hz. Mehdi (ə.s)-a da insanların qarşı gələcəyi, onu üzməyə, yaxud onu qəhr etməyə, həlak etməyə çalışacaqlarını, öldürməyə çalışacaqlarını da, ayə işarəli mənada vurğulamış olur. Həmçinin, insanların, hər kəsin, yəni hər kəsə baxan bir ayədir, yetimlərə qarşı şəfqətli olması, mərhəmətli və qoruyucu olmasına işarə edir Allah ayədə.
“Kömək istəyib dilənəni danlayıb qovma.” (əd-Duha surəsi, 10) Bütün kasıb-kusuba, məzlumlara şəfqətlə yaxınlaşıb, hamısına zənginliyin yolunu açmanın işarəli yeri burada vurğulanır. Eynilə bir insan dilənirsə “danlayıb qovmayın” deyir Allah. Yəni ona şəfqətlə yaxınlaşın, mehribanlıqla. Axırzamanda necə olacaq? İstəyən hər kəsə mal paylanacaq. Nə danlamaq olacaq, nə qovmaq olacaq bol-bol. Hətta “elə olacaq ki” deyir Peyğəmbərimiz (s.ə.v); “adam bol miqdarda malı olduğu halda gözü doymayıb yenə istəyəcək, ona mal veriləcək, amma adam peşman olacaq” deyir. “Geri qaytarmaq istəyəcək malı. Amma bizim təqdim etdiyimiz malı geri qaytarmayacağımız bilinir. Ona görə biz bu malı geri qaytarmarıq” deyəcək hz. Mehdi (ə.s).
“Rəbbinin nemətindən dayanmadan bəhs et.” (əd-Duha surəsi, 11) Bu ayədə 1956-cı ilə işarə edir. 11-ci ayə: “Rəbbinin nemətindən dayanmadan bəhs et.” Daim təbliğ et.Bunu kim edəcək? Hz. Mehdi (ə.s). Bunu kim etdi? Peyğəmbərimiz (s.ə.v). Peyğəmbərimiz (s.ə.v)-ə baxmaqla bərabər, bir dənə əbcəd dəyəri var: “Rəbbinin nemətindən dayanmadan bəhs et.” Bunu kim edəcək?Hz. Mehdi (ə.s). Son ayə onsuz da 11-ci ayədir. O da, 1956-cı ili işarə edir. Son ayə olması da çox heyrətamizdir.