Hörmətli Adnan Oktarın 24 may 2013-cü ildəki söhbətindən Fəcr surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Fəcrsurəsi. Şeytandan Allaha sığınaram. Rəhman və Rəhim olan Allahın adıyla: “Fəcrə and olsun,” (Fəcr surəsi, 1) Allah günəşin doğuşuna and içir. Nə deməkdir? İslam günəşi, inşaAllah. Hz. Mehdi (ə.s) üçün deyir Bədiüzzaman “Fəcr” deyə.

“And olsun on gecəyə,” (Fəcr surəsi, 2)

“And olsun cütə və təkə” (Fəcr surəsi, 3) 10-a cüt əlavə et 2, 12. 2 əlavə et, 1, 13.

“And olsun keçib getməkdə olan gecəyə,” (Fəcr surəsi, 4) 14. Hicri 1400-cü ilə bir işarə var kimi görünür. Çünki rəqəmlərdən bəhs edilir, indi bax 10 var, cüt var, tək var və gecənin keçib getməsindən bəhs edir. Gecə, yəni zülmət qaranlıq. Günəş doğulur. Bax günəşdən bəhs edir, 4-cü də hicri 1400-cü ilə işarə edir inşaAllah, gecə gedir, itir. 10, cüt və tək və 4-cüdə də gecənin getdiyindən bəhs edir. Qaranlığın itdiyindən bəhs edir.

Baxın, deyir ki, Allah beşinci ayədə: Bunlarda ağıl sahibi olan üçün and var, deyilmi?deyir Allah.(Fəcr surəsi, 5) Burada bir sirr var deyir Allah. Bu ayələrdə bir sirr var deyir bax, “bunlarda ağıl sahibi olan üçün” deyir amma. Araşdırıb dərin düşünən üçün “bir and var deyilmi?” deyir Allah. Bu and nədir? Fəcr-İslamın hakimiyyəti. Ona işarədir, inşaAllah.

“Rəbbinin Ad qövmünə nələr etdiyini görmədinmi?” (Fəcr surəsi, 6)              

“‘Hündür sütunlar’ sahibi İrəmə?” (Fəcr surəsi, 7)

“Halbuki şəhərlər içində onun bir bənzəri yaradılmamışdı.” (Fəcr surəsi, 8)

Habelə vadidə qayaları yonan Səmud qövmünə?” (Fəcr surəsi, 9)

“Və sütünlar (ehramlar) sahibi Firona?” (Fəcr surəsi, 10)        

İndi, dünyanın böyük şəhərlərinin binaları, həmişə yüksək sütunlarla və yüksək divarlarla doludur. Allah buna çox diqqət çəkir. Böyük qüllələr, yüksək sütunlar, yüksək binalar və böyük şəhərlər, bunlara Allah diqqət çəkib. “Və vadilərdə qayaları oyub-biçən Səmud qövmünə?” İri-iri qayalar, artıq oyulub-biçilir hal-hazırda. Sırf qaya olan da oyulur, dümdüz hala gətirilir yaxud tunel açılır.

Onlar o kəslər idi ki, ölkələrində həddi aşmışdılar” (Fəcr surəsi, 11) Yəni anarxiya, terror çıxarırdılar. Halala, harama diqqət etmirdilər.

Beləliklə çoxlu fitnə-fəsad törətmişdilər.” (Fəcr surəsi, 12) Darvinizm, materializm fitnədir, yəni Allahın dininə əməl etməyən səhv fəlsəfələr, inanclardır.

“Rəbbin, onları əzabla qamçıladı.” (Fəcr surəsi, 13) Nədir? İqtisadi böhran. Çətinliklər, intiharlar, bəlalar.

“Çünki sənin Rəbbin, həqiqətən nəzarət edir.” (Fəcr surəsi, 14) Allah sizə hər tərəfdən nəzarət edir deyir Allah. Allah bütün gözlərdən görər amma gözlər onu idrak edə bilməz. Hər gözdən görər Allah.

İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndəyəni bir imtahan, xəstəliklər, bəlalar, yolunda getmirmiş kimi görünən işlər, hikmətlə olar, “ona nemət verəndə” bu dəfə əksinə, yəni əksinə deyərkən müsbət istiqamətdə “‘Rəbbim mənə ehtiram göstərdi’ deyər.” (Fəcr surəsi, 15)Oh, əlhəmdülillah deyir.Sınaqdan keçirir Allah onu, bəla da verər amma burada bir nemətdən bəhs edir Allah. Bu sınaq nemət sınağı, bolluq verir, rahatlıq zənginlik verir. “Ona bir nemət verəndə” gözəllik, sağlamlıq, bərəkət, bolluq hər şey “Rəbbim mənə ehtiram etdi deyər.” Oh, əlhəmdülillah Allaha şükür deyir.

“Amma nə vaxt onu sınamaq üçün ruzisini azaltsa, dərhal: ‘Rəbbim mənə xəyanət etdi’ deyər.” (Fəcr surəsi, 16) Dərhal dinə, İslama qarşı dönür. Hər kəs görür belə adamları, elə deyilmi? Çox məşhurdur bu.

“Xeyr; əslində, siz yetimə ehtiram etmirsiniz.” (Fəcr surəsi, 17) Əxlaqınız düzgün deyil, deyir Allah. Bax, həmişə Allah yetimi qoruyur. Alçaldılmışı qoruyur, İslamın xüsusiyyətidir ictimai ədalət, sevgi, mərhəmət xüsusiyyətləri. Ən çox əzilən kimdirsə oradan başlayır Allah ayədə, dərhal yetimə. “Siz yetimə ehtiram etmirsiniz.” Yetimdən qəsd, atası olmayan, anası olmayan amma eyni zamanda himayə edəni olmayan, qoruması olmayan, alçaldılmış, ac qalmış, kasıb qalmış, çətin vəziyyətdə olan hər kəsə işarə var.

“Kasıbı yedirmək üçün bir-birinizi təhrik etmirsiniz.” (Fəcr surəsi, 18) Fərzdir.Kasıbı yedirmək üçün bir-birini təhrik etmək fərzdir. Allah deyir, ayədir. Yoxsula yemək vermək, geydirmək, saxlamaq, qorumaq məhz bu, hz. Mehdi (ə.s) dövründə sözün əsl mənasında olacaq bu ayələr. İslamın bu xüsusiyyətlərini marksistlər yox edib, tam fərqli hala gətirib, içini, ruhunu yox edib, sümüyünü saxlayıb. İslam, ruhuyla, ətiylə, sümüyüylə, gözəlliyiylə yaradarkən, marksizm, kommunizm ətini, sümüyünü, ruhunu yox edib, sümüyünü də çürüdüb “buyurun sizə sümüyü” deyir.

“Mirası, hərisliklə (halal, haram bilmədən) yeyirsiniz.” (Fəcr surəsi, 19) Məsələn, insanların böyük bir qismi Osmanlıdan bizə qalan mirası parça-parça etdi. Atalardan, səlcuqlulardan qalan mirası parça-parça etdi. Onlardan gələn gözəl mədəniyyəti, gözəl düşüncələri, gözəl əxlaqı. Eyni şəkildə mülk olaraq da, pul olaraq da, zənginlik olaraq da.

Var-dövləti də hərisliklə və ehtirasla sevirsiniz.” (Fəcr surəsi, 20) Vəhşi kapitalizmə Allah, sədd çəkərək izah edir. Bax, hərisliklə sevirsiniz”. Vəhşi kapitalizmin xüsusiyyətidir. “Və ehtirasla sevinirsiniz” deyir Allah.Bunu tənqid edir, bunu haram edir Allah. “Var-dövləti də hərisliklə” bunu istəmir Allah və ehtiras edilməsini də istəmir Allah.

“Xeyr; elə ki yer lərzəyə gəlib parça-parça olacaq, (Fəcr surəsi, 21) Sənin var-dövlətin də yox olacaq, fabrikin də yox olacaq hamısı yox olacaq. Təsislər də yox olacaq.

Sənin Rəbbin(in əmri) və səf-səf düzülmüş mələklər gələcək (Fəcr surəsi, 22) Qiyamət qopub, mələklər bütün ərşi hər yeri ehtiva edib, açıq-aşkar görünəndə.

“Və o gün Cəhənnəm gətiriləcək.Dərhal o gün amma. “İnsan o gün düşünüb-xatırlayacaq,” bunların hamısını xatırlayacaq.Düşünüb xatırlayacaq, bunların hamısı izah edilmişdi, bunlar Quranda olan hökmlər idi deyir, “ancaq (bu) xatırlamadan ona nə fayda?” (Fəcr surəsi, 23) Deyir Allah. Artıq mövzu bitmişdir. O anda xatırlayar deyir.

“Deyər ki: ‘Kaş ki, axirət həyatım üçün, (əvvəldən) hazırlıq görəydim.'” (Fəcr surəsi, 24) Kasıblara paylasaydım. Çünki yox olub gedib var-dövləti hər şeyi yox olub. Gəmilər, dənizlər hamısı yox olub, darmadağın olub ortalıq. Kaş ki, paylasaydım, kaş ki, yığmasaydım deyir.

“Artıq o gün heç kim (Allahın) verəcəyi əzab kimi azab verə bilməz.” (Fəcr surəsi, 25)Çox şiddətli əzab verəcəyəm deyir Allah.

“Onun buxovladığını heç kim buxovlaya bilməz.” (Fəcr surəsi, 26) Qaçması, xilas olması mümkün deyil. Yenə qandalı qopara bilər adam, ipi qopara bilər amma Allahın etdiyi buxovu qopara bilmir.

“Ey arxayın olan (rahatlıq tapmış) nəfs” (Fəcr surəsi, 27) Yəni əminliyə qovuşmuş, sakitləşmiş, doğru hala gəlmiş, Allah sevgisiylə ürəyi rahatlamış, ürəyində gözəlliklər meydana gəlmiş, ağlı yerində olan, özündən əmin olduğu kimi Allahdan əmin olmuş, Allahı ən dərin eşqlə bütün ürəyiylə sevmiş nəfs deyir Allah.

“Rəbbinə, razı qalmış və razılıq qazanmış olaraq dön.” (Fəcr surəsi, 28) Həm sən razı qalacaqsan, həm də Rəbbin razı qalacaq deyir Allah. Rəbbin səndən razı qalacaq deyir bu gözəl əxlaqına görə. Allah da səni razı edəcək deyir, nemətləriylə, sevgisiylə. Təbii ki, Allahın sevgisi əhəmiyyətlidir, razılığı. Nemət onun ehtiramıdır.

“Artıq qullarımın arasına gir.” (Fəcr surəsi, 29) Səmimi həqiqi möminlərin arasına gir.

Və “Cənnətimə gir.” (Fəcr surəsi, 30)

learning-quran3