Buruc surəsi, 1-22-ci ayələrin təfsiri

ADNAN OKTAR: Buruc surəsi. Mərhəmətli, rəhmli Allahın adı ilə, Şeytandan Allaha sığınıram. Təbii ki, bunlar ilk olaraq Peyğəmbərimiz (s.ə.v) zamanındakı mənaları ayrıdır, Axırzamana baxan istiqamətləri ayrıdır. Mən daha çox Axırzamana baxan yönü ilə baxıram. Amma təbii ki, üçüncü, dördüncü mənaları da olar, beşinci mənaları da olar, çox mənası olar.

 

Rəhman və Rəhim olan Allahın adıyla.

“Bürcləri olan göyə and olsun,” Biz indi hansı dövrdəyik? Dolça, dolça bürcü dövründəyik. Daha əvvəl balıq bürcü idi. Nə deyir Quranda? Balıq, hz. Musa (ə.s)-ın yanında olan balıq suya düşüb, qaçır. Balıq bürcü bitir. Dolça, Yusif (ə.s)-ı almağa gələn qrup, vedrəni aşağıya salladır. Bax, Allah “vedrə” deyir, vedrə sözü xülasəylə deyir. Qab demir, ip salladılar demir, hər hansı bir şey demir, vedrəni xüsusilə vurğulayır Allah. “Dolça” deyir, “aşağı salladılar və Yusifi oradan çıxardılar” deyir. Dolça dövründə Mehdi (ə.s) ortaya çıxar inşaAllah. “Və o vəd edilən günə,” Mehdi (ə.s)-ın çıxış günü, İsa (ə.s)-ın eniş vaxtı, qiyamət. “Şahid olana (görənə) və şahid olunana” şahid olan kimdir? Mehdi (ə.s)-dır, şahid olunan kimdir?

Bütün müsəlmanlardır, inşaAllah. Eyni zamanda xalqdır şahid olan, amma şahid olunan da Mehdi (ə.s)-dır, yəni hər ikisi. “Məhv olsun Əshabi-Uhdud” deyir Allah. Bax “Məhv olsun Əshabi-Uhdud, Yanacaq dolu o atəş,” yanacaq. Yəni indi, məsələn, müsəlmanların əl bombasıyla yandırırlar, bomba atılar, ümumiyyətlə, həmişə yanıqdır müsəlmanların əli, üzü həmişə uşaqlar həmişə yanmışdır. Axırzamanda müsəlmanların, ümumiyyətlə, yandıraraq məhv edirlər, yaxud bombayla yandırırlar. “O zaman özləri (atəş xəndəyinin) ətrafında oturmuşdular.” Məsələn, bombalayarkən, bombaladığı sahəni təsbit edən, canlı izləyən sistemlər var, elə deyilmi?

Məsələn, təyyarənin içərisində oturar, yaxud əmr otağında qalırlar, müsəlmanlar bombalanarkən, yandırılarkən uzaqdan o təqibi edə bilirlər. Ayədə nə deyir: “Yanacaq dolu o atəş, O zaman özləri (atəş xəndəyinin) ətrafında oturmuşdular və möminlərə etdiklərini seyr edirdilər.” Yəni bombalamağı, yandırmanı, dağıtmanı izləyirdilər. Harada izləyirlər? Ekranda seyr edirlər. Mən Axırzamana baxan istiqamətini deyirəm təkcə. Yoxsa zahir mənası üstündədir. “Onlardan, yalnız üstün və güclü olan, təriflənən Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.”

“Siz bilirsinizmi müsəlman olan” deyir, “sən bilirsənmi darvinizmə, materializmə qarşı olan, sənsənmi mehdiyyəti müdafiə edən, sənsənmi Məsihin gələcəyini müdafiə edən, o zaman biz də səni yandırarıq “deyirlər. “Hz. İbrahim (ə.s)-ı yandırdıqları kimi, biz də səni yandırarıq “deyirlər. Yəni “dəhşət saçacağıq” deyirlər. Məsələn, Mehdi (ə.s)-ı yandırmaq istəyəcəklər, İsa Məsihi yandırmaq istəyəcəklər, tələbələrini yandırmaq istəyəcəklər Quran ona işarə edir. “Ki O (Allah), göylərin və yerin hökmü Onun əlindədir.” Hər şey Ona məxsusdur.

“Allah, hər şeyin üzərində şahid olandır.” “İndi onlar ekranda izləyirlər amma” Allah “Mən də onları onun üstündən seyr edirəm” deyir. Allah deyir ki: “Allah hər şeyin üzərində şahid olandır.” Onlar ikinci ölçü içərisində seyr edir, Allah onları üçüncü ölçüdən görür, üçüncü ölçünü Allah dördüncü ölçüdən görər. Bütün ölçüləri Allah özü yaratmışdır, bütün ölçülər Onun əmrindədir, hamısını görər. “Həqiqətən, mömin kişilərlə mömin qadınlara işgəncə tətbiq olunacaqdır” Mehdi (ə.s)-a işgəncə tətbiq olunacaqmı? Tətbiq olunacaq, hədisdə var. “Dəccal” deyir, “Mehdi (ə.s)-a işgəncə edər, işgəncə etdikcə Mehdi (ə.s) genişlənər” deyir hədisdə. “Genişlənər, şöhrəti, şanı yayılar.”

“Və sonra tövbə etməyənlər” əl çəkmirlər bu hərəkətlərindən, “tövbə etməyənlər; bax onlar üçün, cəhənnəm əzabı gözləyir və yandırıcı bir əzab gözləyir.” Ürəklərə qədər qalxan bir atəşdən bəhs edir Allah. “İman gətirib yaxşı işlər görənlərə gəlincə” bax “şübhəsiz iman edib” iman edir, səmimi əməllər görənlərə gəldikdə isə, “onlar üçün ağacları altından çaylar axan cənnətlər gözləməyir, böyük qurtuluş və xoşbəxtlik budur.” Həmişə Allah suya olan həsrətimizi, suya qarşı içimizdə bir sevgi meydana gətirmişdir. İnsanlar yaz olanda həmişə dənizə qaçmaq istəyərlər, evin qarşısında mütləq bir su olmağını istəyərlər, göl kənarı istəyər. İnsanın ruhunda bir su sevgisi vardır, şüuraltında vardır bu.

Evində heç olmasa bir hovuz olmasını istəyər, bir fəvvarəli bir şey olsun istəyər. Onun üçün cənnətdə hər yerdə çaylar var, kiçik arx şəklində də var, böyük çaylar şəklində də var. Yəni su cənnət ilə iç-içədir, su və yaşıl ağac. Çox böyük bir gözəllik olaraq möminlərə təqdimatdır, inşaAllah. “Doğrusu, Rəbbinin çətin intiqamı çox şiddətlidir.” Yəni “çox şiddətli tutaram” deyir Allah “əvvəl, çox böyük əzab verərəm. Əvvəl buraxaram, amma başında da bağırtdıraram “deyir Allah. Elə deyilmi, yaxud artıq acı-acı inləyər. “Çünki O, yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur.”

Bax “Çünki O, yoxdan var edən,” ilk əvvəl var edən, “sonra çevirəcək olandır.” “Sonra yenidən dirildəcək olandır. İlk bizi yaradır, öldürür Allah “sonra dirildəcək olan Mənəm” deyir. “O, çox bağışlayandır, çox sevən də Odur.” Allah sevməyi çox sevir. Çox sevəndir. Onun üçün bizim ruhumuzda da sevmə gücü qoymuşdur. Yəni şüuraltımızda şiddətli bir sevmə və sevilmə gücü vardır. Amma həmişə onun təsiri altında olarıq. Yəni məsələn, mənim sizə olan sevgimin səbəbi də budur. Allahın meydana gətirdiyi şüuraltındakı güc, Allah onu insanın ruhuna qoymuşdur iman olaraq. Bax “O çox bağışlayandır.”

“Mən sizdən intiqam almağı deyil” deyir Allah, bağışlamağı sevirəm”, bağışlama əsldir. Amma əsas olan odur ki, müsəlmanlar bağışlanacaq rəftar içində olsun. “Və çox sevən də Odur.” Sevmək və sevilməyi bizə öyrədəndir Allah. “Ərşin sahibidir” bütün kainatın, hər yerin, “Məcid (çox Uca)dır.” Bu ayə eyni zamanda Əbdülməcid dövrünə də baxır inşaAllah Məcid əlbəttə. Məsələn “Allah tərifə layiqdir” deyir, Əbdülhəmid dövrünə baxır o da, inşaAllah. “Hər istədiyini edəndir.” Yəni “Mən nə istəsəm” deyir Allah “onu edər, həyata keçirərəm” deyir. “Orduların xəbəri gəlib sənə çatdımı?” Bütün dünyanın ordularının xəbəri. Yəni hər cür ordu Allaha aiddir, “bütün orduların sahibidir “deyir Allah.

“Firon və Səmud (ordularının)? Xeyr; inkar edənlər, (kəsilməz) bir yalanlama içindədirlər.” Yəni həmişə yalanlama edərlər, məsələn, darvinizmin-materializmin etibarsızlığını izah edirsən, yenə “yalandır” deyər. “Allah vardır” deyirsən, inkar edir, bir şeyi izah edirsən, inkar edir, həmişə çatışmazlıq güdür. Allah ordulara həmişə diqqət çəkir. Həmişə orduları dünyada fitnə çıxaran, yəni qan axıdan, zülm edən, həmişə dünyada, yəni haqq orduların, doğru ordulardan başqa həmişə zülm ordulardan gələr. Məsələn, çin ordusu zülm etmişdir, rus ordusu zülm etmişdir, Hitlerin orduları zülm etmişdir, Musollinin orduları zülm etmişdir, milyardlarla insanı qətl etmişdi ordular və Quranda həmişə ordulara diqqət çəkər Allah.

“Firon və Səmud ordularının xəbəri” deyir Allah. “Allah isə onları arxalarından əhatə etmişdir.” Yəni “bütün mənlikləri Mənim nəzarətimdədir” deyir Allah. “Xeyr, o (kitab) şərəfli üstün olan bir Qurandır. Lövhi-Məhfuzdadır. Quran da, qədərdə, Allah qatında sonsuz əvvəldən yaradılmışdı” deyir Allah, Quran Lövhi-Məhfuzda da var” deyir. Hələ Peyğəmbərimiz (s.ə.v) anasının bətninə düşməzdən əvvəl Quran vardı. Hələ babası hz. İbrahim yoxkən Quran vardı. Qurandakı bütün həyatı izah edilir Peyğəmbərimiz (s.ə.v)-in. Amma hələ Peyğəmbərimiz (s.ə.v) ortada yoxdur. Amma o zaman Quran vardı.

images (6)