Kəhf surəsi, 65-83-cü ayələrin təfsiri

ADNAN OKTAR: Kəhf surəsi, 65-ci ayə. Xızır hekayəsi. “Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz”, rəhmət tamamən ayrı bir şeydir. Allahın rəhmət, Rəhman və Rəhim adıdır. Rəhmət də hər şeyi əhatə edəndir. Yəni yəhudiyə də, xristiana da hamısına Allah rəhmət gözüylə yaxınlaşar. Rəhmət hamısını qurtarıcıdır, hamısının yaxşı olmasını istəyərlər inşaAllah. “Rəhmət verdiyimiz və tərəfimizdən elm öyrətdiyimiz” deməli, bütün elmləri Allah öyrədər hamısını. “Qullarımızdan birinə rast gəldilər.”

Bunu daha əvvəl də demişdim, tam 2010-cu ili verir. “Musa ona dedi ki: “Doğru yol olaraq sənə öyrədiləni mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Amma bax “doğru yol” doğru yol nədir? Qurandır. Yəni demək ki, onun doğru yolda olduğunu bilir. Haqqı müdafiə edə bilir. Qurana uyğun, o zaman ki, haqq kitaba uyğun hərəkət edəcəyini bilir. “Sənə öyrədilmiş doğru” kimdir öyrədən? Allah. Allahın öyrətdiyini də bilir. “Öyrədildiyini mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Sənə şagird ola bilərəmmi?

Xızır (ə.s) deyir ki: “Dedi ki:” Həqiqətən” bax “həqiqətən” deyir. “Sənin mənimlə birlikdə olmağa səbrini göstərməyə gücün çatmaz.” O zaman əsrimizə baxsaq, Mehdi (ə.s)-a tələbə olma gücünə səndəki güc çatmaz. Yəni belə bir qabiliyyət göstərməyin çox çətindir. Çünki Mehdi (ə.s)-ın zahirdəki görünüşü, batindəki görünüşü insanlara dəyişik təsir edəcəkdir inşaAllah. “Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”

Deməli, özü əhəmiyyətli bir şeyin, özünün üstündə dayanmaq lazımdır. Qabıqla maraqlanıb insanları qabığın üstünə boğarsan, özü edə bilməzsən. Özün həyata keçirilməsinə Allah əsas aldığını burada göstərir elə deyilmi? “Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” Yəni “zahir gözüylə baxacaqsan” deyir, dərinliyini görə bilməyəcəksən, özünü görə bilməyəcəksən, onun üçün rədd, inkar edərsən, qəbul etməzsən, qarşı gəlirsən” deyir. Bu Mehdi (ə.s)-ın da xüsusiyyətidir.

 

Altuğ Berker: Ustad “Möcüzəvi şəxs” deyir.

 

ADNAN OKTAR: Təbii ki. Bədiüzzaman deyir; “O Axırzamanın möcüzəvi şəxsi kimi heç bir cəhətdə ola bilmərəm” deyir. “Möcüzəvi şəxs” deyir bəli. “(Musa :) “İnşaAllah.” Bax, bu inşaAllah bütün peyğəmbərlərin bildiyi bir xüsusdur, Allahın izni ilə inşaAllah. Yəni ilk dəfə müsəlmanlar demir “inşaAllah”ı, hz. Musa (ə.s) da deyir, hz. İbrahim (ə.s) da demişdir. “İnşaAllah, səbirli (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı çıxmayacağam “dedi.” Mehdi (ə.s)-a cahil komandası hər addımında qarşı gələcəklər, anlaya bilməyəcəkləri üçün.

“Dedi: “Əgər mənə tabe olacaqsansa, məndən heç bir şey haqqında soruşma “istisnasız” heç bir şey haqqında məndən soruşma, mən sənə öyüdlə izah edib deyənə qədər” “Mən sənə izah edərkən, öyüd-nəsihətlə izah edəcəyəm” deyir, hər hansı bir izah da etməyəcəyəm” deyir, “nəsihətlə izah edəcəyəm oraya qədər səbir et” deyir. “Beləliklə, hər ikisi yola düzəlib getdilər.” Ən təsirli üsul, ikitərəfli izahatdır. Üçüncü bir adamda insanın zehni dağılar. Ən təsirli söhbət, ən təsirli izah etmə metodu odur, yəni ikitərəfli, üzbəüz. İnşaAllah. “İkisi yola davam etdi. Biz bir gəmiyə mindikləri zaman” dəniz kənarında bir yerə gəliblər. İlk gəldiyi yer haradır? Dəniz kənarı. Mehdi (ə.s) hara gəlir? İstanbula. Haraya gəlir? Dəniz kənarına.

ALTUĞ BERKER: İki dənizin birləşdiyi yer.

ADNAN OKTAR:  İki dənizin birləşdiyi yer. Bax ayədə ilk hara diqqət çəkilmişdir? Gəmilərə, dənizə diqqət çəkilmişdir. “bir gəmiyə mindikdə, o bunu (gəmini) deşdi.” Gəmini qüsurlu göstərir. “(Musa) Dedi ki: “İçindəkilərini batırmaq üçünmü onu deşdin? And olsun, heyrət edən bir iş gördün.” Bir də and içir bax: “sən heyrət edici bir iş etdin.” Bax harama girdin demir, “heyrət edici bir iş etdin” deyir, diqqətli mövzudur bu. Adi halda Tövrata görə “harama girdin” deyərdi amma demir. “Yalnız təəccübləndim etdiyinə” deyir. Yəni doğru yolda olduğunu bildiyi üçün. Bu batin elminin bir gərəyidir.

Bir şeyi lazım olanda zəif göstərmək və yaxud zəifi güclü göstərmək, ikisi də batin elminin bir gərəyidir. “Dedi ki: “Həqiqətən mənimlə birlikdə olma səbrini göstərməyə qətiyyən güc çatdıra bilməyəcəyini sənə demədimmi?” Çünki qədəri elədir. Daha o doğulmadan, hz. Musa (ə.s) doğulmadan buna səbir edə bilməyəcəyi müəyyən idi. Yəni Quran Xızır (ə.s)-dan əvvəl vardı. Quranda hz. Musa (ə.s)-ın nə edəcəyi onsuz da müəyyəndir. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilirdi. Onsuz da, bax, oxuyuruq səbir edə bilməyəcəyi bilinir. Xızır (ə.s) zamanda gəzən bir insandır. Məsələn, hz. İbrahim (ə.s) zamanına da gedir, keçmiş zamanlara da gedər. Hər zamana gedə bilən insandır.

Quranda bildirilən bu xüsusiyyətini bilir hz. Musa (ə.s)-ın. Yəni bu mövzuların heç birinə səbir edə bilməyəcəyini bilir, onun üçün bax “qətiyyən” deyir. Çünki Allahın hökmü vardır. “Qətiyyən səbir edə bilməyəcək” deyir Allah. O da bunu bildiyi üçün “qətiyyən səbir edə bilməyəcəksən” deyir. Yəni istisna qoymur, bəlkə demir. Baxın, ifadələrdə bunu görərsiniz ayədə; “heç bir şəkildə bunu edə bilməyəcəksən” deyir ayədə “qətiyyən” deyir. Qədərini bildiyi üçün hz. Musa (ə.s)-ın qədərini və nə cavablar verəcəyini bilir. “Həqiqətən mənimlə birlikdə olma səbrini göstərməyə qətiyyən güc çatdıra bilməyəcəyini sənə demədimmi?” deyir, “daha əvvəl xatırlatdım” deyir.

“(Musa:) “Məni unutduğumdan ötəri sorğulama” Unutduran kimdir? Allah unutdurar. “Sorğulama və bu işimdən ötəri mənə çətinlik çıxarma” yəni çox qərarlıdır hz. Musa (ə.s) elm mövzusunda, batin elmini öyrənmə mövzusunda qərarlıdır, bax imtina etmir o da. Başqası olsa, “yaxşı” deyər, “o zaman olmursa, buraxaq” deyər. Elə deyilmi? Deməli, tələbəlik mövzusunda israr və dözüm möminin bir xüsusiyyətidir. Hər nə bahasına olursa olsun, elmi buraxmayacaqdır. “Bu işimdən ötəri mənə çətinlik çıxarma dedi.” deyir.

“Beləcə ikisi” bax, həmişə iki, iki, iki gəlir. “İkisi (yenə) yola düzəldilər. Elə ki, bir uşaqla qarşılaşdılar, o dərhal” gözləmədən, “tutub o uşağı öldürdü” deyir. “(Musa) Dedi ki: “Bir cana qarşılıq olmadan, tərtəmiz bir canımı öldürdün? And olsun, sən pis bir iş etdin.” Bu səfər dəqiq deyir, “pis bir iş etdin” yəni “cinayət etdin sən” deyir, “pis bir iş etdin” şəriəti də yaxşı bildiyi üçün Tövrat şəriətini, şəriətə görə olsa, Tövrata görə olsa, halal olmuş olacaqdır. Bir qarşılığı yoxdur” deyir yəni bu bir cinayət törətməyib, “olmadığı halda öldürdün” deyir, “səbəbsiz öldürdün” deyir. Amma bir də and içir, “sən pis bir iş etdin” deyir.

Halbuki, daha əvvəl söz verir etiraz etməyəcəyinə dair. “Dedi ki: “Həqiqətən mənimlə birlikdə olma səbrini göstərməyə qətiyyən” deyir bax “güc çatdıra bilməyəcəyini sənə demədimmi?” Çünki vəhylə aldığı üçün, imkanı yoxdur, ikinci bir şey edə bilməyəcəkdir. Amma hz. Musa (ə.s) bilmir bunu lakin hz. Xızır (ə.s) bilir, bildiyi üçün də o çaşmır, lakin özü çaşır. O deyir ki: “çaşdırıcı bir iş etdin” deyir. Amma hz. Xızır (ə.s)-ın çaşdığına dair bir ifadə yoxdur. O çox əmin özündən və nə vaxt ayrılacağını da bilir. Hansı mərhələdə ayrılacağını da bilir. “(Musa:) “Bundan sonra səndən bir şey soruşsam, artıq mənimlə yoldaşlıq etmə.”

Yəni “səni bu mövzuda artıq sualla həmsöhbət etməyəcəyəm”, “artıq mənimlə yoldaşlıq etmə. Məndən yana bir üzrə çatmış olarsan.” “Mən artıq bundan sonra qəbul edəcəyəm” deyir. Amma təbii o da əzm edir, yəni etiraz etməməyə əzm edir, hər səfərində əzm edir. “(Yenə) Beləcə ikisi yola düzəldi.” Təbii ki, bu ikilər çox mənalıdır. İki iki Quran bunu xüsusilə vurğulayır bu ikiləri. Yəni Allah Quranda xüsusilə vurğulayır inşaAllah. “Nəhayət bir qəsəbəyə gəlib yemək istədilər”, yəni bir kənd kimi bir yerdir qəsəbə. Bax, şəhərdə deyil qəsəbədir. “lakin (qəsəbə xalqı) onlara yemək vermədilər.”

Mehdi (ə.s)-ı da qarşılamaqdan çəkinəcəkdir insanlar. Mehdi (ə.s) da bir kənddən çıxır, bir kənd, kənddən çıxar. Və xalq da onu qarşılamaqdan çəkinəcəkdir. Yəni istəməyəcəklər Mehdi (ə.s)-ı. “Onda (qəsəbədə) dağılmaq üzrə olan bir divar tapdılar,” indiki Süleyman məscidinin olduğu yer, dağılmaq üzrədir divarlar. Yəni dağılmışdır. Yəni artıq tamamilə dağılmaq üzrədir. Hətta deyirlər; “Məscidi-Əqsa da dağıla bilər hər an” deyirlər elə deyilmi? Altındakı quruluşun oynaqlığına görə, yəni infrastrukturun davamlı oyulduğu üçün alt qismi dağılır. Nə deyir ayədə; “dağılmaq üzrədir”, Məscidi-Əqsa da indi bir tək ora üçün xüsusilə bu deyilir, “dağılmaq üzrədir” deyirlər, hər kəs bunu deyir.

Məscidi-Əqsa ki, müsəlmanlar üçün çox həyati bir nöqtədədir. “Bir divar tapdılar” və orada bir divar var, ağlama divarı var. “Dərhal onu tikdi.” Elə Mehdi (ə.s)-ın edəcəyi budur. O Süleyman məscidini tikməsi, düzəltməsi. “(Musa) Dedi ki: “Əgər istəsəydin, həqiqətən buna qarşılıq zəhmət haqqı alardın.” Yəni qədərində bu bunu edəcək, mütləq edəcəkdir. “Əgər istəsəydin, həqiqətən buna qarşılıq bir ödəniş ala bilərdin.” Halbuki, müsəlman, Allah rizası üçün iş görür, o da Allah rizası iş etdiyi üçün ödəniş almır elə deyilmi? İnşaAllah. Özü hz. Musa (ə.s), o qoyunları suvarmağa gedir, qoyunları sulayır, qadınlardan ödəniş istəyirmi? İstəmir.

Ondan hər hansı biri soruşurmu niyə ödəniş istəmədin deyə? Soruşmur. Niyə? Allah eşqiylə etdi onun üçün. Anası onu kiçik sandığa qoyanda suyun içinə buraxdı, onu öldürmək üçünmü buraxdı?Adi halda ölərdi uşaq. Yəni bir uşağı çaya, məsələn, Yaşıl çayın içərisinə, Qızıl çaya bir uşağı buraxsan, kiçik bir qutunun içərisində, sandığın içinə bir ana buraxsa uşaq öldürməyə təşəbbüs etdiyindən mühakimə olunar.

Uşaq da çox böyük bir ehtimalla ölər, çox böyük bir ehtimalla. Uşağın qalxdığını düşünək, yəni ayağa qalxdığını düşünək; suya düşər o zaman ikinci bir ehtimal yoxdur. Elə deyilmi, yəni durmağa çalışsa, bitdi, suyun içinə düşər. Anası onu öldürmək üçünmü qoydu oraya? Yox, xilas olması üçün qoydu. O zaman o gəmini niyə deşdi? Oradakıları qurtarmaq üçün etdi deyilmi? Eyni Ledüni elm. Eyni elm, onu edən Allah eynisini edir. O bir adam öldürmüşdü, yəni elə deyilmi təvafükən öldürdü, vurdu, adam öldü. Bir cana qarşılıqmı etdi?

Yox, qədərindəydi. Hz. Xızır (ə.s) niyə öldürdü? Qədəri elədir, Allah əmr etdiyi üçün öldürür. Elə deyilmi? Onu sorğuladılarmı hz. Musa (ə.s)-ı? Sorğulamadılar. Niyə öldürdün demədilər. Orada da onun sorğulamaması lazım idi. Oxşar şeylərlə, paralellərlə onsuz da özü qarşılaşmışdı. Paralel hadisələri Allah meydana gətirmişdir. Heç birini sorğulamadı, amma o hamısında hz. Xızır (ə.s)-ı sorğulayır inşaAllah. “Dedi ki:” Bax bu, mənimlə sənin aranda ayrılma (zamanı)mızdır.”

Hz. Xızır Mehdi (ə.s)-dan sonra, hz. İsa (ə.s)-dan sonra qiyamət gəlir onsuz da, ondan sonra çəkilir. Ayrılma vaxtıdır. Yəni hz. Xızır (ə.s)-ın dünyadan ayrılma vaxtına də işarə edir, ayrılma vaxtıdır. Yəni Axırzamanın xüsusiyyətidir. “Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.” İndi hamısının sənə hikmətlərini açıqlayacağam “deyir Xızır (ə.s). “Gəmi dənizdə çalışan kasıbların idi, onu qüsurlu etmək istədim, (çünki) irəlidə, hər gəmini zorla ələ keçirən bir padşah var idi.”

Bu 1979-cu ilə işarə edir 79-cu ayə. 79-cu ildəki gəminin yanıb İstanbulu gündüz kimi aydınlatmasına da işarə edir. Gəminin yandığı dövrdə “hər gəmini zorla ələ keçirən bir padşah var idi.” Deyir anarxiyanın, azğınlığın və zorakılığın ən yüksək olduğu dövrdür 79-cu il. Elə deyilmi? Zorakılığın ən şiddətli olduğu dövr, Quran buna işarə edir. “Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.” Xızır (ə.s), Mehdi (ə.s)-a zərər veriləcəyini bildiyi bir insan olanda, gedər onu gizlicə öldürər, deyim sizə.

Yəni İslam Birliyinə maneə törədəcək, Mehdi (ə.s)-a zərər verəcəyinə inandığı bir adam olsa, baxın bir sirr olaraq deyirəm, Xızır (ə.s) o şəxsi öldürər və heç kimdə tapa bilməz. Yəni olması mümkün deyil, çünki metafizik bir varlıqdır, tapa bilməz. “Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.” Yəni Dəccalın öldürülməsinə baxır o uşağın öldürülməsi, yəni dəccaliyyət daha uşaqlıq səhifəsindəykən öldürüləcəkdir. Yəni dünyanı tamamilə bürüyüb zəbt etmədən, məhv edilib öldürüləcəkdir. Onun yerinə 1981-ci ildəki Mehdi (ə.s)-ın çıxış tarixidir.

“Rəbbinin ondan təmiz olmaq baxımından daha xeyirlisi, mərhəmət baxımından da daha yaxın olanını” Mehdi (ə.s)-ın iki xüsusiyyətidir; təmiz və mərhəmətli olması. “Yaxın olanını verməsini istədik.” Tərtəmiz bir uşaq gəlir onun yerinə. Yəni 81-də “dəccaliyyətin, münafiqxana sisteminin sonudur” deyir Bədiüzzaman onsuz da, elə deyilmi Mehdi (ə.s)-ın çıxışı? “Divara gəldikdə isə o, şəhərdəki iki yetim oğlanın idi”, iki yetim uşaq, ikisinin də hz. İsa (ə.s) onsuz da, elə deyilmi? Ana-atası olmayacaq gələndə. Mehdi (ə.s)-ın atası yoxdur, o da yetimdir. “İki yetim uşağın” biri Mehdi (ə.s), biri İsa (ə.s)-ın. Divar onların, yəni ikisi də Süleyman məscidində, Məscidi-Əqsa da namaz qılacaqlar. Hədislərdə bu açıqca keçir, ona işarə edir.

“Altında onlara çatası bir xəzinə vardı.” İndi bunu ifadələri deyirəm amma mütləq ki, söyləyəcəyik, məcbur olduq. Süleyman məscidinin, Məscidi-Əqsanın altında bir yerdə hz. Süleyman (ə.s)-ın bəlkə də bəzi əmanətləri vardır. İsrail gecə-gündüz axtarır. Gecə-gündüz qızılı belə tunellərlə oydular. Bilirlər orada olduğunu. Qurandan anladılar, yəni Quranı araşdırdılar, Quranın işarəsini anladılar, orada olduğunu bilirlər. O qədər çox tunel var ki, altında, ona görə çökmə təhlükəsi var. Məscidi-Əqsanın çökmə təhlükəsinin səbəbi odur. Girmədikləri yer qalmadı. Tapa bilmirlər. Halbuki, Allah bir işarə verir, deyir ki: “Onu mələklər daşıyır” deyir. Bunu düşünə bilmirlər. Mələyin daşıdığını sən necə tapacaqsan? Tapa bilməzsən.

Oradan alar, bura aparar, buradan alar, oraya aparar. Tapa bilməzsiniz. Sən tapacağam dediyin yerə girərsən, girdiyin yerdən alır başqa yerə aparar. Ona görə tapa bilmirlər.Mehdi (ə.s) tapacaqdır. Yerini deyim, oradadır, yəni inşaAllah. Mütləq demək lazımdırsa, inşaAllah Allahu aləm oradadır. “Ataları saleh biriydi.” Hz. İbrahim (ə.s)-a baxır, inşaAllah. Hz. İbrahim (ə.s)-ın saleh və təmiz olduğunu Quranda deyir. Hər ikisi də hz. İbrahim (ə.s)-ın soyundandır, Mehdi (ə.s) da, hz. İsa (ə.s) da. “Rəbbin istədi ki, onlar yetkinlik dövrünə çatsınlar”, yəni əlaqədar tarix gəlsin, əlaqədar vaxt gəlsin, o dövr gəlsin. “Yetkinlik dövrü” bu dövrdür, yəni Axırzaman. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə ifadə etdiyi, Bədiüzzamanın dediyi bu dövr “məndən bir yüz il sonra” dediyi bu dövrdür.

“Və öz xəzinələrini tapıb çıxartmalarını istədi.” Budur bu müqəddəs əmanətlər. “Onda bir sükunət, bir dinclik vardır” deyir Allah. Onu görəndə müsəlmanların bütün əsəbləri sakitləşəcək, tam qane edəcək, çünki çox açıq dəlildir.Çünki, müqəddəs əmanətlərin hamısı içindədir. Hz. Süleyman (ə.s)-ın müqəddəs sandığı olacaqdır. Yəni Tövratın orijinal həbləri daş oyma, daşdan oyulmuş Allah tərəfindən oyulmuş daş həblərin hamısı var inşaAllah.

Hamısı deyəndə, bir və ya bir neçə dənəsi. “Bu Rəbbindən bir mərhəmətdir.” Bax nə deyir ayənin əvvəlində; “Deyərkən tərəfimizdən özünə bir rəhmət verdiyimiz” deyir elə deyilmi 65-ci ayədə. 82-ci də nə deyir Allah; “Bu Rəbbindən bir mərhəmətdir.” Allahın qoruyuculuğundan, Allahın sizə olan sevgisindən etdiyi bir gözəllikdir. Bu çox böyük bir möcüzədir. Axtarılıb tapılmaması deyə bir mövzu olmaz. İsrail dövlət olaraq axtarır, baxın müqəddəs sandığı, dövlət olaraq. Cəlilə gölünün dibinə nəzarət edildi. Yəni maqnit olaraq nəzarət edildi. Xəzinə axtaranların istifadə etdiyi cihazlar belə heç bir işarə ala bilmədilər.

Halbuki, metaldır. Metal olduğu üçün bilinməli idi, qızıl sandıqdır. Yəni çox səs verər qızıl olsa. Tapmadılar. Antakyanı da axtardılar, orada da tapa bilmədilər, tapa bilməzlər inşaAllah. Bax “öz xəzinələrini tapıb çıxartmalarını istədi; (bu,) Rəbbindən bir mərhəmətdir.” “Bu xəzinəni onlara tapdıracağam” deyir Allah, hz. İsa Məsih və Mehdi (ə.s). “Öz xəzinələrini tapıb çıxartmalarını istədi; (bu,) Rəbbindən bir mərhəmətdir. Bunları mən, öz fikrim olaraq etmədim. “Deyir,” vəhylə etdim.” “Budur, sənin səbir göstərməyə güc bilmədiyin şeylərin şərhi. “Bu hadisənin dərhal arxasından,” Sənə (Ey Məhəmməd) Zülqərneyn haqqında soruşarlar.”

Dünyanın şərqinə və qərbinə hakim olan Zülqərneyn “iki tərəfli “deməkdir, iki tərəf, dünyanın şərqi və qərbi və iki zamanlı. Yəni zamanları da yaşayan insandır inşaAllah. “Zülqərneyn haqqında soruşurlar. De ki: “Sizə, ondan “öyüd və öyüd-nəsihət kimi” (bəzi məlumatlar) verəcəyəm.” Sonra dünya hakimiyyətindən bəhs edir Allah. Əvvəl kiçik bir tələbə birliyi ailələrindən qaçıb, ailələrindən hicrət edib bir yerdə yaşayan kiçik bir tələbə birliyi, sonra Xızır (ə.s)-ın batin elmi və insanlar tərəfindən hz. Xızır (ə.s)-ın təcrid edilməsi və ondan uzaq dayanmalarını görürük, ardınca dünya hakimiyyəti.

Əvvəldən axıra kimi Kəhf surəsi mehdiyyəti izah edir. Bunu Fətullah müəllim də izah etmişdi zamanında, 1979-cu illərdə, kasetlərini, lent yazılarını dinləyə bilərsiniz. Yəni Kəhf surəsinin mehdiyyətə baxdığını açıq-aşkar deyir. Alimlərin böyük bir əksəriyyəti deyir. Onsuz da Peyğəmbərimiz (s.ə.v) deyir; “Dəccal çıxanda Kəhf surəsini oxuyun” deyir. Bu nə deməkdir? Həll oradadır. Nə deməkdir? “Mehdiyyət Kəhf surəsində izah edilir” deməkdir. Çox sayda hədis var “Kəhf surəsini oxuyun” deyir Peyğəmbərimiz (s.ə.v).

al-quran