Header

Rad surəsi, 6-8-ci ayələrin təfsiri

Aa4a

Rad surəsi, 6-8-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınırıq. “Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər” deyir Allah, Rad surəsi, 6. Bax, “Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki, onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.” Bağışlaya da bilər, cəzalandıra da bilər, deyir Allah. “Onlar yaxşılıqdan əvvəl pisliyi tezləşdirmək istəyirlər.” Məsələn, yaxşılıq nədir? İslam Birliyi, Türk-İslam Birliyi, Mehdi (ə.s)-ın müjdələnilməsi, hz. İsa (ə.s) müjdələnilməsidir. Onlar nə istəyir? Onlar da qiyaməti istəyir, bəlanı istəyir, məhv olmasını istəyir, müsəlmanların bölünməyini istəyir, şirki və fitnəni istəyir. “Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?”, məsələn, başının üstündə bir bulud olsun, mələk gəlsin möcüzə olaraq, “bu Mehdi (ə.s)-dır” desin. “Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yol göstərəni vardır.” “Mehdisən” deyir Allah. Hidayət yol göstərəni; hidayətə vəsilə olan. Hidayətə vəsilə olan öndərin adı nə keçir hədislərdə? Mehdi. Əbcədi 1982-ci ili verir. Bax, “Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yol göstərəni vardır.” Bütün dünya üçün. Hər birlik; massonlar üçün də, kommunistlər üçün də, xristianlar, yəhudi, müsəlman, hər kəs üçün bir hidayət öndərisən mənasını verir. Bax, çünki ayədə deyir; “hər birlik üçün” deyir. Müəyyən bir birlik üçün deyil. “Hər birlik üçün bir hidayət öndərisən.” Əbcədi də 1982. “Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır.” Hamilə qalıb-qalmayan hər kəsi Allah bilər, deyir. Çünki hamilə qalıb uşaq olanda onu da Allah yaradır. Hamısını bilərəm Mən, deyir Allah. “Onun qatında hər şeyin müəyyən ölçüsü var” Qızıl nisbət. Məsələn, insanlar Qızıl nisbətlə, çiçəklər Qızıl nisbətlə, hər şey Qızıl nisbətlə yaradılıb, həndəsi və simmetrikdir və Allah simmetriyadan istifadə edir, məsələn, bu çox əhəmiyyətlidir. İnsanda simmetriya, bitkilərdə simmetriya, hər şeydə simmetriya; riyazi olaraq düzgündür.

kurani-kerim

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313