Header

Maidə surəsi 109-111-ci ayələrin təfsiri

Aa4a

Maidə surəsi 109-111-ci ayələrin təfsiri

ADNAN OKTAR: Bismillah. Maidə surəsi, 109. “Allah elçiləri yığacağı gün belə deyəcək” peyğəmbərlərə; “sizə verilən cavab nədir?” insanlar sizə nə cavab verdilər? “Onlar da: “Bizim məlumatımız yoxdur; şübhəsiz görünməyənləri (qeybləri) bilən Sənsən Sən” deyəcəklər deyir. Bizə verilən cavabın biz bir qismini bilirik; deyirlər peyğəmbərlər. Amma onlardan sonra insanlar davam edir, elə deyilmi? Əsrlər boyu davam edir. “Biz bilmərik ya Rəbbi, Sən bilərsən” deyirlər. “Allah belə deyəcək:

“Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla.” Allah sorğulayır hz. İsa (ə.s)-ı “Mən səni Ruhul-Qudüs ilə dəstəklədim, beşikdə ikən də,” Mehdi də (ə.s) ikən də, “yetkin ikən də insanlarla danışırdın.” Beşik – Mehdi deməkdir, bilirsən elə deyilmi? “Beşikdə ikən” Mehdi (ə.s) ikən də, “yetkin ikən də insanlarla danışırdın.” “Kəhlən” mənasını verir “yetkin”, elə deyilmi? Belə əlli yaş ətrafı, qırx əlli yaş ətrafı. Bu da hz. İsa (ə.s)-ın nüzulunun dəlillərindən biridir. “İnsanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətdim.” Kitab nədir? Quran. Quranı, hikməti, Tövratı və İncili öyrətdim.

“İznimlə palçıqdan quş şəklində (bir şeyi) düzəldirdin, (yenə) iznimlə ona üfürəndə o bir quş olurdu.” Uçurdu, deyir Allah. “Anadangəlmə kor olanı” doğuşdan kor insan, əlini çəkər, bir anda gözü görər. “Cüzamı” dəri xəstəliyi, cüzam olanı “iznimlə yaxşılaşdırırdın.” Yenə əlini çəkir, keçir. “(Yenə) Mənim icazəmlə ölüləri dirildirdin.” Ölü bir insandır, qalx “qum Bi-iznillah”, Allahın icazəsiylə gəl, deyir; qalxır.

“Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir” Bu etdiyi sehrdir, deyirlər və ona qarşı qəddarlaşırlar; Allah da səndən dəf etdim onları, deyir. 111-ci ayə. “Bir zaman Həvarilərə: “Mənə və elçimə iman edin” deyə vəhy (ilham) etmişdim.” Həvarilərə Allah vəhy ilə ilham edir. “Mənə və elçimə iman edin” deyə vəhy (ilham) etmişdim; onlar da: “İman etdik, həqiqətən müsəlman olduğumuza sən də şahid ol” demişdilər.” Bax, “İman etdik” deyirlər “, “həqiqətən müsəlmanlar olduğumuza sən də şahid ol” demişdilər.” Axırzamanda yenə xristianlar deyəcəklər ki, müsəlmanlar olduğumuza sən də şahid ol, deyəcəklər, eyni ifadəni istifadə edəcəklər. “Bir zaman Həvarilərə: “Mənə və elçimə iman edin” deyə vəhy (ilham) etmişdim.” Əbcədi 2018 tarixini verir.

images

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313