Header

Hz. Mehdi (ə.s), münafiqlər ilə mübarizə edəcək

Aa4a

Hz. Mehdi (ə.s), münafiqlər ilə mübarizə edəcək

O (hz. Mehdi (ə.s)) bir müddət onlardan uzaqlaşacaq, beləcə dəlalət əhli ayrılacaq. Belə ki, cahil biri bu cür deyəcək: “Allaha qovuşmaq mövzusunda ali-Məhəmmədə (Peyğəmbərimiz (s.ə.v)-in soyundan birinə)) ehtiyac yoxdur.” (Gaybeti Numanı, səh. 161)

Allah insanlıq tarixi boyunca hər qövmə, haqq dini, gözəl əxlaqı, axirətin varlığını, dünya həyatının keçiciliyini izah edəcək
37sl9peyğəmbərlər və elçilər göndərmişdir. Allah bu elçiləri vəsilə edərək insanları hidayətə və haqq dinə dəvət etmişdir.

Hz. Mehdi (ə.s) da, Peyğəmbərimiz (s.ə.v) tərəfindən hicri 1400-cü ildə gələcəyi müjdələnilmiş olan insanların hidayətinə vəsilə olacaq bir elçidir. Allah, hz. Mehdi (ə.s)-ın əliylə dəccaliyyət sistemini; Darvinizm, materializm, kommunizm, faşizm kimi insanlara ağrı-acı, narahatlıq və döyüş gətirən, bütün dünyanı qana və gözyaşına boğan bu şeytanı sistemləri fikirlə təsirsiz hala gətirəcək. Hz. Mehdi (ə.s) dövründə insanlar Allaha iman edəcək, Quran əxlaqını mənimsəyəcək, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun yaşayacaq, barış, qardaşlıq, birlik və dinclik içində olacaqlar.

Ancaq bu mühitin əvvəlində hz. Mehdi (ə.s.) bir müddət tələbələriylə birlikdə gözlərdən uzaq bir həyat sürəcək. Bu müddətdə, tələbələri arasında özünü müsəlman kimi göstərən, ancaq həqiqətdə iman etməyən münafiqlər çıxacaq, bunlardan bəziləri hz. Mehdi (ə.s)-ın yanından; “Allaha iman etmək üçün Peyğəmbər (s.ə.v)-in soyundan bir adama ehtiyacımız yoxdur,…” kimi misallar verərək ayrılacaqlar. Tarix boyunca Allahın peyğəmbərlərinin, elçilərin, mücəddidlərin, müctəhidlərin, böyük alimlərin, mürşidlərin inkarçılar tərəfindən qəbul edilmədiyi kimi tələbələri arasından çıxan bəzi münafiqlər də hz. Mehdi (ə.s)-ı qəbul etmək istəməyəcəklər:

Əgər səni yalanlayırlarsa, səndən əvvəlkilər də yalanlandı; … (Fatır surəsi, 25)

Halbuki, din əxlaqından uzaqlaşıldığı, pisliyin, şiddətin, ədalətsizliyin və əxlaqsızlığın artdığı zamanlarda Allah; cəmiyyətlərə haqq dini izah edəcək, onları haram hərəkətlərdən çəkindirəcək və yaxşılığı əmr edəcək peyğəmbərlər, elçilər, mücəddidlər, mürşidlər, hidayət öndərləri göndərərək insanları din əxlaqına dəvət etmişdir.

Ey Adəmoğulları, içinizdən sizə ayələrimi xəbər verən elçilər gəldiyində, kim çəkinsə və (davranışlarını) düzəltsə işdə onlar üçün qorxu yoxdur, onlar qəmli olmayacaqlar. (Əraf surəsi, 35)

flowers 46Axırzamanda; fitnənin, pisliyin artdığı, haramların halal, halalların haram sayıldığı bir dövrdə də Allah, hz. Mehdi (ə.s)-ı Axırzamanın ən böyük mücəddidi (yeniləyən, hər yüz il başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük alim), hakimi, mürşidi və qütbü əzəmi olaraq göndərəcək.

Ustad Səid Nursi həzrətləri Məktubatında, hz. Mehdi (ə.s)-ın Axırzamanın böyük fəsadı zamanında göndəriləcəyini belə bildirmişdir:

“Cənabı Haqq; … Axırzamanın ən böyük fəsadı zamanında; əlbəttə, ən böyük bir müctəhid, həm ən böyük bir mücəddid (ehtiyac olduğunda ayə və hədislərdən hökm çıxaran böyük islam alimləri və öndərləri), həm hakim, həm Mehdi, həm mürşid, həm qütbü əzəm (zamanın ən böyük dini lideri) olaraq bir şəxsi nuranini (nurlu bir şəxsi) göndərəcək və o şəxs də, Əhli beyti Nəbəvidən hz. Peyğəmbər (s.ə.v)-in soyundan) olacaq.” (Məktubat | İyirmi Doqquzuncu Mektup | səh.49)

Hz. Mehdi (ə.s) insanlar arasında Qurani Kərim və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsiylə hökm edəcək. Münafiqlər və Allahı inkar edənlər nə qədər maneə törətməyə çalışsalar da, hz. Mehdi (ə.s) Allahın izniylə vəzifəsini ən gözəl şəkildə yerinə yetirəcək.

Hədisdə, həmçinin, “ali-Məhəmməd” ifadəsiylə, hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in soyundan olduğuna bir daha diqqət çəkilmişdir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313