Hz. Mehdi (ə.s)-ın vəzifə müddəti müxtəlif dövrlərdən təşkil olunar
Hz. Mehdi (ə.s), Allahın izniylə 35-40 yaşları arasında vəzifəyə başlayacaq. Özü 40 yaşlarında zühur etdiyindəxalq tərəfindən onun hz. Mehdi (ə.s) olduğu bilinməyəcək, ancaq zaman keçdikcə bu aydın olacaq. Bəzi kəslərin iddia etdikləri kimi; Hz. Mehdi (ə.s) zühur edər–etməz aydın olacaq axirət xüsusiyyətlərinə sahib; atom bombasının, tankların, topların belə təsir etmədiyi, başının üstündə açıq-aşkar görünən bir şəkildə bulud üzərində mələklər görünən bir adam olmayacaq.
Mələklərin görünməsi, ancaq mələklər aləmində reallaşan, mələklərin görəcəyi bir hadisə olacaq. (Doğrusunu Allah bilir.) Ancaq Peyğəmbərimiz (s.ə.v)–in səhih hədislərində belə bir Mehdi tərifi qətiyyən yoxdur. Allahın adətullahında (qayda qanununda), yaradılan hər insan imtahan olunur. Bu cür axirət xüsusiyyətlərinə sahib heç bir peyğəmbər yer üzünə gəlməmişdir.
Hz. Mehdi (ə.s) insanlar tərəfindən Allahın onu meydana gətirib vəsilə edəcəyi çox saydakı uğuru ilə tanınacaq. İslam əxlaqının dünyaya hakim olmasına Allah onu vəsilə edəcək və insanlara hz.Mehdi (ə.s)-ı tanıdacaq. Ancaq əsas hz.İsa (ə.s)-ın; onun imamlığında, arxasında namaz qılmasıyla özünün hz.Mehdi (ə.s) olduğu aydın olacaq, “Allahualəm bu insan hz. Mehdi (ə.s)-dır” deyiləcəkdir.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in Axırzamanla əlaqədar hədislərində keçən; “Hz. Mehdi (ə.s) 14 il yaşayacaq”, “Hz. Mehdi (ə.s)-ın həyatı 30 ildir” və “Hz. Mehdi (ə.s) dünyada 40 il qalacaq …” şəklindəki ifadələr, hz. Mehdi (ə.s)-ın həyatının, fikri mübarizəsinin və Quran əxlaqına söykənən mənəvi hökmranlıq müddətinin müxtəlif dövrlərinə işarə edilir.
Hədislərdə hz. Mehdi (ə.s) ilə əlaqədar çox təfərrüatlı məlumatlar verilmiş və bu mübarək Axırzaman şəxsinin həyatının əhəmiyyətli dövrlərinə diqqət çəkilmişdir. Məsələn, hədislərdə hz. Mehdinin ortaya çıxmazdan əvvəl çox böyük zülmlərə uğrayacağı, hücum və böhtanlara məruz qalacağı təsvir edilir. Həbs dövrləri, təzyiqlər hz. Mehdinin həyatının çox əhəmiyyətli bir dövrünü meydana gətirəcək. Hz. Mehdi kimi tələbələri də dövrün inkarçılarından çox şiddətli əziyyətlər görəcək, çox şiddətli sınaqlardan keçiriləcəklər.
Hz. Mehdi və tələbələrinin inkar edənlərlə, Axırzaman münafiqləriylə, bəzi şəriət alimləriylə və Axırzaman dəccalıyla aparacağı fikri mübarizə də bu zaman aralıqlarından biridir. Hədislərdə hz. Mehdinin tələbələrinin sayının 313 olduğu da bildirilir. Bu ədəd düşünülsə bu qədər adamın hz. Mehdinin ətrafında birləşmələrinin, öyrədilmələrinin, imani istiqamətdən yetkinləşmələrinin də müəyyən bir zaman alacağı daha yaxşı aydın olur. Bütün bu hadisə və inkişaflar, hz. Mehdinin ortaya çıxmasından və iqtidar sahibi olmasından əvvəl uzun bir dövr keçəcəyi və bu dövrün müəyyən mərhələləri olacağını göstərir.
Yenə hədislərdən hz. Mehdinin bütün millətlərə hakim olmasının da uzun bir dövr alacağı aydın olur. İslam alimlərinin də ifadə etdikləri kimi, ölkələrin hz. Mehdi (ə.s) tərəfindən bir-biri ardınca mənəvi cəhətdən və fikri cəhətdən fəth edilməsi müəyyən bir zaman alacaq.
Hz. İsanın yer üzünə ikinci dəfə gəlişinin ardınca yaşanacaqlar, dəccal ilə aparılacaq fikri mübarizə, islam əxlaqının bütün dünyaya hakim olmasının ardından yaşanacaq Əsri Səadət dövrü hədislərdə fərqli zamanlarda olaraq və çox təfərrüatlı ifadə edilmişdir.
Hz. Mehdinin vəzifə müddətindəki bu dövrlər, Peyğəmbərimiz (s.ə.v)-dən bu şəkildə rəvayət edilmişdir:
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mənim ümmətimin içində hz. Mehdi (ə.s) çıxacaq, 5 VƏ YA 9 İL (HÖKM SÜRƏRƏK) yaşayacaq. Bir adam ona gələcək və: Ey Mehdi (ə.s)! Mənə (mal) ver deyəcək. O da onun paltarının ətəyini açıb, içinə daşıya biləcəyi qədər mal dolduracaq.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“…Malı böləcək və insanlara peyğəmbərlərinin sünnəsiylə davranacaq İslamı aradakı qonşu diyarlara bildirəcək, 7 İL QALACAQ sonra vəfat edəcək və müsəlmanlar namazını qılacaqlar.” (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)
Əbu Abdullah Hüseyn ibn Əlidən rəvayətə görə; “Hz. Mehdi (ə.s) 19 İL hökm edəcək.(Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Təbərani və Əbu Nuaymın, Əbu Səid əl-Hudri (r.ə)-dən rəvayətlərinə görə; Rəsulullah belə buyurmuşdur: “Mənim Əhli-beytimdən bir adam çıxacaq. O, mənim sünnəmi izah edəcək. Allah (c.c.) onun hörməti xətirinə səmadan yağış endirəcək. Yer üzü (Allah (c.c.)-ın əmri ilə) bərəkətini üzə çıxaracaq. O, daha əvvəl zülm və haqsızlıqla doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq. BU SÜNNƏTİ 7 İL EDƏCƏKDİR .“ (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Hz. Əlidən rəvayətə görə; “Hz. Mehdi (ə.s), bütün xurafatları yox edəcək və bütün sünnələri də yerinə qoyacaq. Konstantinopolu, Çini, Deyləm dağını fəth edəcək. HZ. MEHDİ (Ə.S) BU HALDA 7 İL QALACAQDIR. Onun hər ili, sizin on iliniz kimidir.” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Darakutni və Təbaraninin, Əbu Hureyrə (r.ə)-dən rəvayətlərinə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mənim ümmətimin içində hz. Mehdi (ə.s) olacaq. HƏR NƏ QƏDƏR 7 VƏ YA 8, YAXUD DA 9 İLDƏN AZ OLSA BELƏ, daha əvvəl bənzəri olmayan bir şəkildə ümmətimdən günahsız və günahkar olan hər kəs onun dövründə nemətləndiriləcək.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
Nuaymın, Zühridən rəvayətinə görə; “Hz. Mehdi (ə.s) 14 İL yaşayacaq, sonra normal bir şəkildə öləcək.“ (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
Yenə Nuaymın Bukyə ibn Velitdən rəvayətinə görə; “Hz. Mehdi (ə.s)-ın həyatı 30 ildir.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“Yenə Nuaymın, Dinar ibn Dinardan rəvayətinə görə; “HZ. MEHDİ (Ə.S) DÜNYADA 40 İL QALACAQ.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
17-ci əsrin böyük islam alimi, mücəddid Mədinəli Allamə Məhəmməd ibn Rəsul əl-Hüseyni əl-Bərzənci “Qiyamət Əlamətləri” adlı çox əhəmiyyətli əsərində hz. Mehdinin hakimiyyət müddəti ilə əlaqədar çox əhəmiyyətli bir xüsusa diqqət çəkmiş və İbni Həcərin əl-Kavlül Müxtəsər adlı əsərini qaynaq olaraq göstərərək, “Bu rəvayətlərin hamısı zühuru və gücü etibarilə doğrudur” demiş. YƏNİ HƏDİSLƏRDƏ İFADƏ EDİLƏN FƏRQLİ TARİXLƏRİN HAMISI DOĞRUDUR VƏ BU TARİXLƏR ALLAHIN İZNİYLƏ ÇOX UZUN BİR ÖMÜR SÜRƏCƏK OLAN HZ. MEHDİNİN HƏYATININ FƏRQLİ DÖVRLƏRİNİ İŞARƏ EDİR.
Məhəmməd ibn Rəsul əl-Hüseyni əl-Bərzənci bu əhəmiyyətli şərhləri etmiş: Birincisi, Peyğəmbər (s.ə.v) ümmətini xüsusilə Əhli-beytini bir çox şeylə müjdələmişdir. Onların hər cür zülm və işgəncələrindən qurtarılacaqlarını izah etmişdir. Bu da ancaq uzun bir müddət ediləcək ədalətə bağlıdır. Yeddi və doqquz il kimi qısa bir müddət isə buna kafi deyil.
İkincisi, Mehdi eynilə Zülqərneyn ilə Süleyman kimi bütün dünyaya hökm edəcək. Digər ölkələrdə məscidlər, binalar quracaq, doqquz ilə qədər az bir müddət, aparacağı fikri mübarizəyə və digər işlərə çatmaz. Üçüncüsü, onun zamanında ömürlər uzanacaq. Ömürlərin uzanması, onun da uzun ömürlü olmasını tələb edir… Əks halda ömürlərin uzanmasının bir mənası qalmaz.
Dördüncüsü, O, romalılarla doqquz illik bir barış andlaşması bağlayacaq; buna görə Konstantinopolda yeddi il iqamət edəcək. Oraya iki dəfə gedişi və qayıtması təbii ki, illər çəkəcək. Süfyani ilə aparacağı fikri mübarizə də belə. Çünki yuxarıda da ifadə etdiyimiz kimi, Süfyani özünə beyət etdikdən üç il sonra andlaşmağı pozacaq və buna görə onunla fikirlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Hindi və digər ölkələri fəth etməsi də, şübhəsiz ki, illər çəkəcək. Necə ki, bütün bu izah etdiklərimiz, müxtəlif rəvayətlərdə var.
Bütün bu işlər, hökmranlıq müddətinin doqquz ildən çox olduğunu göstərir elə isə, YEDDİ İL İLƏ MƏHDUDLAŞDIRILMASI, BÜTÜN ÖLKƏLƏRƏ TAM MƏNASIYLA YEDDİ İL HAKİM OLMASI ETİBARIYLADIR, ON DOQQUZ İL İLƏ MƏHDUDLAŞDIRILMASI, SÜFYANİ İLƏ FİKRİ MÜBARİZƏ APARMASI, ONU FİKİRLƏ MƏĞLUB EDİB, ÖLKƏLƏRƏ (MƏNƏVİ VƏ FİKİRLƏ) HAKİM OLMASI VƏ BÜTÜN İNSANLARIN ƏMRİNİN ALTINA GİRMƏSİ ETİBARIYLADIR… (yəni bu zamanda keçən müddət etibarıyladır ki, bu da on doqquz il çəkər…)
Yuxarıda ifadə etmişdik: O, romalılarla doqquz il barışacaq, onlarla fikri mübarizə aparması və vəziyyətə hakim olması, təqribən on il davam edər, Şama girməsi, Süfyaninin ona beyət etməsi, üç il sonra beyətdən imtina etməsi, buna görə onunla fikri bir mübarizə aparması və buna görə, bu aradan bir çox illərin keçməsi təxminən iyirmi dörd il çəkər…
Məkkəyə girməsi, orada Məkkə əmrinin düşüncə sistemini çökdürməsi, bu səbəbdən bütün Hicaz ölkələrinə mənəvi cəhətdən və fikirlə hakim olması da az-çox qırx ili çəkər.. Sonra bütün ölkələrə mənəvi və fikri cəhətdən hakim olması, Xorosanlı Haşiminin zühur etməsi … də az vaxt almaz!.. Qaldı ki doqquz və ya az bir zaman hakim olması, İsa (ə.s)-ın nüzulundan (yer üzünə ikinci dəfə gəlişindən) sonra olması ehtimalı var… (Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk Yayıncılık, 185, 186)