Hz. Mehdi (ə.s), adam tapa bilməyəcəkləri dövrdə zühur edəcək
Hişam ibn Salim imam Sadiq (ə.s)-ın belə buyurduğunu rəvayət edir: “XALQIN BÜTÜN TƏBƏQƏSİ İQTİDARA ÇATMADIQCA HZ. MEHDİ (Ə.S) ZÜHUR ETMƏYƏCƏK.” Beləcə heç kim “ƏGƏR BİZ İQTİDAR OLUB HÖKUMƏT QURSAYDIQ ƏDALƏTLİ DAVRANARDIQ” deyə bilməyəcək.“ (Bihar-ül Envar, 52-ci cild, səh. 244)
Hz. Mehdi (ə.s) zühur etmədən əvvəl onun yaşadığı cəmiyyətdə insanlar özlərini idarə etmələri üçün hər təbəqədən bir çox adamı başlarına lider olaraq keçirmiş, ancaq axtardıqları ədaləti, dincliyi, sağlamlığı, barışı və etibarı cəmiyyətdə təmin edə bilməmiş olacaqlar. Halbuki, hz. Mehdi (ə.s) ilə birlikdə bütün dünyaya Allahın dini və Quran əxlaqı hakim olacaq. Hz. Mehdi (ə.s)-ın zühurundan sonra heç kim; “əgər biz iqtidar olub hökumət qursaydıq ədalətli davranardıq” iddiasında ola bilməyəcəklər. Hz. Mehdi (ə.s), Allah (c.c.)-ın izniylə Quran əxlaqı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsiylə hökm edəcək və onun vəsiləsiylə bütün dünyaya din əxlaqının təmin etdiyi ədalət, dinclik, sevgi və mərhəmət ruhu hakim olacaqdır.