Hz. Mehdi (ə.s)-ın köməkçiləri özlərinə ediləcək təzyiqlərdən qorxmayacaqlar
“Hz. Mehdi (ə.s) əlini köməkçilərinin çiyni ilə sinəsi arasında gəzdirəcək, beləcə onlar haqlarında veriləcək heç bir hökmdən çəkinməyəcəklər, heç bir qərar onlara çətin gəlməyəcək.“
(Bihar-ül-Envar, c.: 52, səh.:345, El Melahim va el Fitan, səh.:205; Mikyaal el-Mekarim, c.1, səh.:144/235)
Hədisdə hz. Mehdi (ə.s)-ın tələbələrinin də təzyiq ilə qarşılaşacaqlarına diqqət çəkilmişdir. İslam əxlaqını yaymaq üçün səmimi səy içində olan hər möminin qarşılaşdığı çətinliklərin bənzəri hz. Mehdi (ə.s)-ın tələbələrinin də başına gələcəkdir. Hz. Mehdi (ə.s)-ın köməkçiləri özlərinə ediləcək təzyiqlərdən qorxmayacaqlar və iradəli olacaqlar. Hz. Mehdi (ə.s)-ın köməkçilərinin əleyhlərində məhkəmə hökmlərinin də çıxa biləcəyinə hədisdə işarə edilir. Hz. Mehdi (ə.s)-ın köməkçiləri əleyhlərinə çıxa biləcək qərarlardan təsirlənməyəcəklər və Allah rizası üçün etdikləri elmi işlərdə, şövqlərində heç bir azalma olmayacaq.