İçeriğe geç

Mehdi (ə.s)-ın çıxış zamanı ilə əlaqədar hədislər

Mehdinin çıxış zamanı ilə əlaqədar hədislər bunlardır. Bu hədislərdən ümmətin ömrünün hicri 1500-cü ili keçməyəcəyi açıq şəkildə görülür:

Ənəs ibn Malikdən O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: Dünyanın ömrü, axirət günlərində yeddi gündür. Allah Təala buyurdu ki: Rəbbin qatında bir gün sizin saydıqlarınızın min ili kimidir. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi bu dünyanın yeddi min illik ömrü qədər savab yazar. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

Əhməd İbni Hənbəl davamında nəql etdi. Dünyadan beş min altı yüz il keçmişdir. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək. (Celaleddin Suyuti’-El-Keşfu Fi Mücazeveti Hazin el-Ümmeti El Elfe Ellezi Dellet Aleyh el-Asar; Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri Pamuk Yayınları, səh. 299)

“Mənim ümmətimin ömrü 1500 ili çox keçməyəcək.” (Suyuti, el-keşfu an mücavezeti hazihil ümmeti el-elfu, el-havi lil fetavi, Suyuti. 2/248, tefsiri ruhul beyan. Bursevi. (arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-ilel, səh. 89)

Abdullah (r.ə)-dən rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki: Əhli-beytimdən adı adıma uyğun bir adam başa keçəcək… Dünyanın ancaq bir günlük ömrü qalmış olsa, onun başa keçməsi üçün Allah Təala o günü uzadar.   (İmam Tirmizi, Sünen-i Tirmizi, 4/92)

33

Hz. Əlidən rəvayət olunduğuna görə Rəsulullah (s.ə.v) belə buyurdu: Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış olsa da, Allah (c.c) mənim Əhli-beytimdən bir şəxsi göndərəcək.(Ebu Davud, Sünen-i Ebu Davud, 5/92)

İbni Macə və Əbu Naim, Əbu Hüreyrədən nəql etdilər, o dedi: Peyğəmbər (s.ə.v) buyurdu: Əgər dünyadan bir gün qalsa, Allah o günü uzadar və Əhli-beytimdən birini Məlik edər. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 10; Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 27; İmam Şarani, Tezkiretil Kurtubi, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, İstanbul 1981, səh.437)

Dakkaq ibn Zeydi Cühənidən rəvayət etdilər.Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də Onun son minində olacağam.    (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 89)

33

Ancaq gözlənilən odur ki; aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə yaxşılığın əsli zühur edib onun alçaqlığını örtə.. Və nisbəti əliyyənin etibarlısı Mehdi gəlsin.  Allah ondan razı olsun. (İmam-ı Rabbani Ahmed-i Faruki Serhendi, Mektubat-ı Rabbani, Hakikat Kitabevi, 1/569)

Şəriətin təsdiq xüsusiyyətləri, milləti yeniləmək bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsa (ə.s)-ın Mehdi (r.ə)-in bu min illik içində var olmalarıdır. (İmam-ı Rabbani Ahmed-i Faruki Serhendi, Mektubat-ı Rabbani, Hakikat Kitabevi, 1/611)

Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullah (s.ə.v)-in ölümünün üzərindən min il keçdikdən sonra istəsə az olsunlar. Onların çox kamallı olmaları bunun üçündür ki: Şəriətin möhkəmləndirilməsi, bir tamam həbslə meydana gələ. Aradan min il keçdikdən sonra, Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək kudümünü (gəlişini), Xatəmür-rüsul Rəsulullah (s.ə.v) müjdələmişdir. İsa (ə.s) da aradan min il keçdikdən sonra nüzul edəcək.   (İmam-ı Rabbani Ahmed-i Faruki Serhendi, Mektubat-ı Rabbani, Hakikat Kitabevi, 1/440)

33

“… Birinci cümlə, min beş yüz (1500) mövqesiylə Axırzamanda bir taifə-i mücahidinin (din üçün çalışanların, cihad edənlərin) son zamanlarına və ikinci cümlə min beş yüz altı (1506) mövqesilə üstün mübarizənin tarixinə…. işarə edər. (…) bu tarixə qədər (1506) zahir və aşkar, bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın eyham edər.” (Bediüzzaman Said Nursi, Sikke-i Tasdik-i Gaybi, səh.46)

Çünki onun (hz. Mehdi (ə.s)-ın) zühuru, yüzilliyin əvvələrində olacaq. (İmam-ı Rabbani Ahmed-i Faruki Serhendi, Mektubat-ı Rabbani, Hakikat Kitabevi)

 

Bədiüzzaman “Ümmətimdən bir qrup qiyamət qopana qədər haqq uğrunda mübarizə etməyə davam edəcək” (Buhari, İ’tisam:10; Müslim, İman: 247; İbni Mace, Mukaddime: 1; Tirmizi, Fiten: 51)” hədisi şərifini açıqlayarkən, hədisi əslinə əbcəd hesabına vurmuş, ‘Hətta yetiyəllahu biəmrihi = Qiyamət qopana qədər‘= 1545, kafirin başında qopacaq Qiyamətə işarə edir.  (Bediüzzaman Said Nursi, Kastamonu Lahikası, səh. 23) (Mehdi ve Deccal, Şaban Döğen, Gençlik Yayınları, səh. 164) şəklində ifadə etmişdir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz