Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın adının Peyğəmbərimiz (s.ə.v)-in adına, hz. Mehdi (ə.s)-ın atasının adının da Peyğəmbərimiz (s.ə.v)-in atasının adına uyğun olacağı ifadə edilmişdir.
Əbu Davud ilə Tirmizinin İbni Məsud (r.ə)-dən nəql etdiklərinə görə, Allahın Elçisi (s.ə.v) belə buyurmuşdur: “Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaqdır…”. (1)
Əbu Hüreyrə (r.ə)-dən rəvayətə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
“Dünya həyatından yalnız bir gün qalmış olsa belə, mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (Mehdi) gələnə qədər Allah (c.c) o günü şübhəsiz uzadar”- Əhməd ibn Hənbəl “Müsnəd” gəldiyində çıxartmışdır-
Abdullah ibn Ömər (r.ə)-dən rəvayətə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mənim Əhli-beytimdən adı, adıma uyğun olan bir adam (Mehdi) bütün ərəblər üzərində hakimiyyət yaradana qədər dünya (yox olub) getməz”.
Başqa bir rəvayətə görə, belə buyurmuşdur:
“Dünya həyatından yalnız bir gün qalmış olsa belə, mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adamı (Mehdini) göndərənə qədər Allah (c.c) o günü şübhəsiz uzadar. O, daha əvvəl zülm və əziyyət ilə doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq”. Tirmizi, Ebu Davud, Nesai, Beyhaki ve Ebu Amr Ed-Dâni şərh etmişlər.-
Yenə Abdullah ibn Ömər (r.ə)-dən başqa bir rəvayətə görə belə buyurmuşdur:
“Mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (yer üzündə) hakimiyyət yaradana qədər dünya (yox olub) getməz. O, daha əvvəl zülm və əziyyət ilə doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq”. – Əbul Qasım Təbarani “Əl- Mucəmus-sagir” əsərində açıqlamışdır. Həmçinin, Tirmizi “Əl-Cami” əsərində və Əbu Davud “Sünən” adlı əsərində təqribən eyni mənaya gələn, lakin bəzi ləfzlərin yerləri dəyişik şəkildə açıqlamışlar. (1) (Kıyamet Alametleri, Genişletilmiş 9-cu nəşr, səh.159-160)
Hədisdə xüsusilə diqqət çəkilən, bu adların bir-birlərinə “uyğun” gələcək olmasıdır. Yəni hz. Mehdi (ə.s) birbaşa “Əhməd ya da Məhəmməd” atası da “Abdullah” adıyla gözlənilməməlidir. (Doğrusunu Allah bilir)
Əhməd Məhəmməd hz. Mehdi (ə.s) adı Allahın Axırzamanda gələcək şəxsə verdiyi addır. Bu adı ona Rəsulullah (s.ə.v) bildirmişdir. Yəni doğumundan adı “Əhməd Məhəmməd Mehdi” olmayacaq. Bu Allah tərəfindən ona verilən addır. Onsuz da Peyğəmbərimiz (s.ə.v) də hədislərində “adı adıma uyğun gələr” deyir, “eynisidir” demir. Eyni şəkildə “atasının adı da mənim atamın adına uyğun gələr” deyir. Burada bir işarə, bir sirr vardır.
Həmçinin, bu mövzuda bunu da düşünmək lazımdır. Əgər bir insanın ailəsi uşaqlarının hz. Mehdi (ə.s) olmasını istəmirsə, ona başqa bir ad qoyaraq, guya onun hz. Mehdi (ə.s) olmasına maneə törətmiş olacaqdır. Eyni şəkildə uşağının adını “Əhməd Məhəmməd” qoysa da, bir tərəfədən guya, əgər olsa uşağının hz. Mehdi (ə.s) olmasını zəmanət altına almış olacaqdır. Belə bir məntiqin etibarlı olmayacağı çox açıqdır. Allah dilədiyi adamı qədərdə seçmiş və onu, “Əhməd Məhəmməd Mehdi” olaraq adlandırmışdır. Bir kimsənin doğuşdan bu adla adlandırılması və ya adlandırılmaması bu vəziyyətə mane olmayacaqdır.