Hz. Mehdi (ə.s) İstanbuldan çıxacaq
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın İstanbuldan çıxacağını göstərən bir çox məlumat verilmişdir. Bir hədisdə hz. Mehdi (ə.s)-ın Türkiyədən çıxacağı və mübarizəsinin sonuna qədər də buradan ayrılmayacağı belə bildirilmişdir:
MEHDİ ROMADAN, TÜRKLƏRDƏN (çünki, keçmişdə Türkiyəyə Roma diyarı deyilirdi.) AYRILMAYACAQ. (İş’afü’r-Rağıbîn’den naklen Tılsımlar Mecmuası, Bediüzzaman Said Nursi, səh. 212)
HZ. MEHDİ (Ə.S) XİLAFƏT MƏRKƏZİNİN ƏVƏLLƏR OLDUĞU YERDƏN ÇIXACAQ
Axırzamanda reallaşacağı xəbər verilən hədislərin əsas mərkəzini hz. Mehdi (ə.s) və mehdiyyət meydana gətirir. Axırzamandakı əhəmiyyətli hadisələrin çoxu mehdiyyət ətrafında inkişaf edər. Bu hadisələrin yerləri haqqında müxtəlif rəvayətlər mövcuddur, ancaq Bədiüzzaman Səid Nursi, bu mövzuya bu şəkildə açıqlıq gətirmişdir:
İndi, hz. Mehdi kimi eşhasın (şəxslər) haqqındakı rəvayətin müzakirəsi və sirri (hz. Mehdi (ə.s.)) kimi şəxslər haqqında fərqli məlumatların olmasının səbəbi) budur ki: Ehadis təfsir edənlər (hədisləri şərh edənlər), hədis mətini təfsirlərinə və istinbatlarına tətbiq etmişlər (hədis mətnlərini öz anlayışlarına və üfüqlərinin genişliyinə bağlı olaraq şərh etmişlər). Məsələn: Səltənət mərkəzi o vaxt Şamda və ya Mədinədə olduğundan (rəhbərlik mərkəzi o zaman Şam şəhərində və ya Mədinə şəhərində olduğundan), hadisələr hz. Mehdiyə və ya Süfyaniyyəyə səltənət mərkəzi ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir etmişlər. (hz. Mehdi (ə.s.)) və ya Süfyanla əlaqədar hadisələrin inzibati mərkəzi (və ya mərkəzi şəhər) ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə zənn edərək bu cür şərh etmişlər).” (Sözler, səh. 359)
Bir başqa sözündə isə Bədiüzzaman Səid Nursi mövzunu belə açıqlamışdır:
“Xilafət mərkəzi əvəllər İraqda, Şamda və Mədinədə olduğundan ravilər (hədis nəql edən) öz şərhləriylə daimi bu cür qalacaq kimi məna verib, (Xilafətin mərkəzi (rəhbərlik və ya inzibati mərkəz) qədimdən İraqda, Şamda və Mədinədə olduğundan, hədislərlə bağlı xəbərləri çatdıranlar öz açıqlamaları ilə sanki həmişə elə qalacaqmış kimi əlaqələndiriblər) “Mərkəz-i Xilafət-i İslamiyə” yaxınlarında təsvir etmişlər, Hələb və Şam demişlər (inzibati mərkəz yaxınlarında olaraq hazırlamışlar, Hələb və Şam demişlər). Hədisin qısa xəbərlərini öz şərhləriylə çatdırmışlar. “Hədisdəki qısaldılmış əsas izahatı bu şəkildə öz anlayışlarına görə açıqlayıb şərh etmişlər.) (Şualar, səh. 492)
Rəvayətlərdə fərqli şəhərlər keçsə də, Axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin Peyğəmbərimiz (s.ə.v)-in iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlərinin də olduğu Xilafət mərkəzində reallaşdığıdır. Bədiüzzamanın ifadələrindən də aydın olduğu kimi, Axırzaman hədislərini köçürən alimlər, Axırzaman hadisələrini öz dövrlərindəki Xilafət mərkəzlərini əsas götürərək köçürmüşlər. Eyni zamanda, hz. Mehdi (ə.s)-ın çıxacağı yer haqqında, hər alim öz zamanının Xilafət mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri ifadə etmişdir. Hz. Mehdi (ə.s)-ın çıxış yeri haqqında rəvayətlərin fərqli olmasının səbəbi də budur. Çünki hədisi köçürən bu ravilərin (hədis nəql edən) anlayışları, məlumatları və fikirləri zamanla müxtəlif rəvayətlərə qarışaraq (rəvayətləri dövrümüzə çatdıranların fikirləri ilə qarışaraq) günümüzə qədər çatmışdır. Necə ki, Peyğəmbərimiz (s.ə.v.)-dən dövrümüzə qədər Xəlifəlik mərkəzinin olduğu yer, Şam, Hələb, Kufə, Məkkə və ən son İstanbul olmaqla bir çox dəfə dəyişmişdir.
Ancaq, Axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin Xilafət mərkəzində reallaşdığıdır.
Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Bilindiyi kimi, son Xilafət mərkəzi “İstanbuldur”. Xəlifəlik bu əsrin əvvəllərində rəsmi olaraq yığışdırılmışdır və o gündən bu günə qədər dünya üzərində başqa heç bir yerə də köçürülməmişdir. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbuldadır. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur. Bu səbəbdən, hz. Mehdi (ə.s)-ın da buradan çıxması gözlənilir. (doğrusunu Allah bilir).
HZ. MEHDİ (Ə.S), İSTANBULDA SAXLANILAN MÜQƏDDƏS ƏMANƏTLƏRLƏ BİRGƏ ÇIXACAQ
Abdullah ibn Surefədən rəvayət edildi ki:
Hz. Mehdi (ə.s)-la, bəzənmiş bir halda Peyğəmbərimiz (s.ə.v)-in bayrağı olacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 65)
Peyğəmbər (s.ə.v)-in bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlı olub tikişsizdir və rəngi də qaradır. Onda bir hicr (ay-ulduz) tapılar. O, Rəsulullah (s.ə.v)-in vəfatından bu yana açılmamış olub, hz. Mehdi (ə.s) çıxanda açılacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 23)
HZ. MEHDİ (Ə.S) İSTANBULU MƏNƏVİ OLARAQ FƏTH EDƏCƏK
Hz. ibn Əmr (r.ə.)-dən rəvayət edilmişdir: Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz (altıncısı) Mədinənin (şəhərin) fəthi.
– Deyildi ki: Hansı mədinə? (Hansı şəhər?)
– Buyurdu ki: Konstantinopol.
(*) Bu Konstantinopolun hz. Mehdi (ə.s) tərəfindən ediləcək fəthidir.
(Muhammed B. Resul El Hüseyin El Berzenci,Kıyamet Alametleri, s. 204 – Ramuz-el Ehadis, səh. 296)
Doğrunu, səhvi ayırd edən, aldatmayan, oğurlamayan və dininə bağlı əmiriniz (hz. Mehdi (ə.s.)) Konstantinopolu (İstanbulu) fəth edəcək. (Mehdilik ve İmamiye, səh. 196)
Dünyada heç bir zaman qalmayıb, ancaq tək bir gün qalsa belə o gündə mənim ailəmdən bir şəxsin (hz. Mehdi (ə.s)-ın) Deyləm dağına (yaxud əyalətinə) və Konstantinopol şəhərinə (İstanbula) sahib olması üçün Allah (c.c) şübhəsiz o günü uzadacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 74 / Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 440)
Hz. Mehdi (ə.s) Konstantinopolu və Deyləm dağını fəth edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)