Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi Axırzamanda ömürlər uzanacaq
Axırzamanda texnologiya sahəsində baş verən inkişaflar, Allahın izni ilə tibb sahəsində fövqəladə irəliləmələrə səbəb olacaq. Qızıl dövrdə yaşanan hər cür elmi və texnoloji inkişafla tibbi işləri sürətləndirəcək, Allahın izni ilə insanların bir çox xəstəliyə tutulmalarının qarşısı alınacaq, xəstəliklərə diaqnoz qoyulmasını asanlaşdıracaq və müalicə imkanlarını artıracaq.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində hz. Mehdi (ə.s)-ın yaşadığı Axırzamanda tibb sahəsində yaranacaq bu cür inkişafa diqqət çəkmişdir. Onun dövründə keçmişdə müalicəsi mümkünsüz kimi görünən bir çox xəstəliyin müalicə edilə biləcəyi, hədisdə belə işarə edilmişdir:
İmamı Zaman (hz. Mehdi (ə.s)) dövründə KORLAR GÖRMƏ QABİLİYYƏTİNİ QAZANACAQ və XƏSTƏLƏR ŞƏFA TAPACAQ. Bihar-ül Envar, cild 51, səhifə 70
Axırzamanda insan həyatına və sağlamlığına böyük əhəmiyyət veriləcək, insanlar həkim ya da dərman tapa bilmədikləri ya da gec və ya səhv müalicə edildiyi üçün çarəsiz olaraq yaşamayacaq, hər ehtiyacı olana o an kömək ediləcək. Hər hansı bir insan ayrı-seçkiliyi edilmədən, kasıb-zəngin, yaşlı-gənc demədən, hər kəsin sağlamlıq problemlərinə çox diqqət göstəriləcək. İnsanların sağlamlığı üçün mövcud olan bütün imkanlar sınanacaq, hər cür ehtimal qiymətləndiriləcək.
Bütün insanların sağlam bir həyat yaşaya bilmələri üçün elmin və texnoloji inkişafların işığında qidalanma siyəsətləri ən mükəmməl hala gətiriləcək. Yeməklərdəki hər cür zərərlər təsirsiz hala gətirəcək, iş və elmi araşdırmalar ediləcək. Yeməklərin xolesterolunu ya da sağlamlığa zərərli digər tərəflərini ortadan qaldıracaq elmi metodlar inkişaf etdiriləcək. Bədənə zərər verən hər cür yemək və içkilərlə əlaqədar tədbir görüləcək, insanların keyfiyyətli və təmiz qidalarla bəslənmələri təmin ediləcək. Bunun nəticəsində də xəstəliklər və infarkt, yüksək təzyiq kimi səbəblərə gətirib çıxaran ölümlər azalacaq, insanların ömürləri görülməmiş bir şəkildə uzanacaq (Doğrusunu Allah bilir).
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Qızıl dövrdə tibb və sağlamlıq sahəsində reallaşacaq bu inkişaflara işarə edilmiş və bu dövrdə insanların “ömürlərinin uzanacağı” belə bildirilmişdir.
Onun (hz. Mehdi (ə.s)-ın) zamanında… ömürlər uzanacaq. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar səh. 43)
Peyğəmbərimiz (s.ə.v), hədislərində Axırzamanda ömürlərin uzanmasına diqqət çəkərkən digər tərəfdən də bu zamanda zühur edəcək hz. Mehdi (ə.s)-ın ömrünün hz. Adəm və hz. Nuh kimi uzun olacağını bildirmişdir.
“Həzrəti Mehdi (ə.s)-da əvvəlki peyğəmbərlərin bəzi xüsusiyyətləri vardır. Bunların arasında HƏZRƏTİ ADƏM (Ə.S) VƏ HƏZRƏTİ NUH (Ə.S)-da OLAN UZUN ÖMÜRLÜLÜK də vardır.” (Bihar-ul Envar, cild. 51, Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, Sf.217)
|
Hürriyet,13 Eylül 2008 | Hürriyet ,5 Temmuz 2009 |
Hürriyet,4 Kasım 1999 | habervaktim.com, 22 Temmuz 2009 |