Hz. Mehdi (ə.s)-ın zamanında elektron xəbərləşmə
Səmadan bir münadi çıxacaq və “Haqq, ali-Məhəmmədindir“, yerdən də bir münadi çıxacaq və O da “Haqq, İsanın alindədir”(HAQQ HZ. İSA (Ə.S.)-IN SOYUNDADIR) şəklində səslənəcəkdirlər. Abbas (r.ə) bu mövzuyla bağlı olaraq “Yerdən gələn səs şeytandan, səmadan gələn səs isə Allahdandır” buyurmuşdur.
(Beklenen Mehdi’nin Alametleri, Əhməd İbni Həcəri Mekki-Heytemi, səhifə 53)
Axırzamanda televiziya, radio, internet kimi radio dalğalarıyla yayılan hər cür səs və görünüş, səmadan elektron dalğalar şəklində yer üzünə çatacaq və bu yolla insanlara “Haqq, ali-Məhəmmədindir“, yəni hz. Mehdi (ə.s.) Peyğəmbərimiz (s.ə.v)-in soyundan olduğu haqqında məlumat yayılacaq. Yer üzündəki bütün insanlar bu səs və görünüşü eşidib, izləyəcək.
Yerin altında fəaliyyət göstərən massonlar, ateist “dərin dünya dövləti” yəni Dəccal komitəsi tərəfindən yerin altından yayılan səhv və aldadıcı məlumatlar olacaqdır. “Haqq, İsanın alindədir” (HAQQ HZ. İSA (Ə.S.)-IN SOYUNDADIR) şəklində məlumat yayacaqlar. Hz. İsa (ə.s.)-ın evləndiyini, uşağı olduğunu, onun sülaləsinin davam etdiyini və dövrümüzdə onun soyundan olan kəslərin yaşadığını iddia edəcəklər. Hal-hazırda massonların ortaya atdığı “müqəddəs fincan” iddiası bu mövzuya dəlildir. Bu xüsusiyyətin Axırzamanda bu şəkildə zühur etməsi Rəsulullah (s.ə.v)-in ayrı bir möcüzəsidir.