Son günlərdə artan yağışlar Axırzamanın bir əlamətidir
Tez-tez yağan yağışlar səbəbiylə sel fəlakətlərinin artması qiyamətdən öncə yaşanacaq Axırzamanın işarələrindən biridir. Keçdiyimiz günlərdə dünyanın müxtəlif bölgələrindən gələn sel fəlakəti xəbərləri də yaşadığımız dövrün Axırzaman olduğunu təsdiq edən xüsusiyyətdir.
Peyğəmbər (s.ə.v), bundan 1400 il öncə hal-hazırda yaşadığımız Axırzamanda artan yağıntıların ciddi fəlakətlərə səbəb olacağını hədislərində bildirmişdir:
Göydən şiddətli yağış yağıb daş binalar istisna olmaqla, bütün kərpic evlər yıxılmadıqca qiyamət qopmaz. (Ahmed b. Hanbel, Müsned 13/291, hadis no. 7554)
Heç bir ev və daxmadan yan keçməyən şiddətli yağış yağana qədər qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 253)
Tarixin heç bir dövründə olmadığı qədər çox sayda fəlakət xəbərini hər gün televiziyalarda izləyir, qəzetlərdə oxuyuruq. Təbii fəlakətlərin son illərdə həm sayı, həm də həcmi artdığı statistik bir həqiqətdir. Yaşadığımız əsrdə baş verən təbii fəlakətlər dünyanın bir çox ölkəsində milyonlarla insana təsir etmiş və hesablana bilməyəcək böyüklükdə maddi ziyana gətirib çıxarmışdır. Son illərdə sel nəticəsində baş verən itkiləri araşdırsaq, Axırzamanın əhəmiyyətli işarələrindən birinin reallaşmaqda olduğunu çox aydın şəkildə görə bilərik.
2008-ci ildə Hindistanda iyun ilə sentyabr aylarındakı yağıntılar səbəbindən yaranan sel fəlakətində mindən çox adam öldü.
Pakistanda son günlərdəki şiddətli yağışların gətirib çıxardığı sellərdə 32 adam həyatını itirdi.
Çində keçən ilin may ayında meydana gələn şiddətli zəlzələnin mərkəzi Vınçüen şəhəri, güclü yağışların təsiri altında qaldı. Bəzi bölgələrdə ciddi sel fəlakəti və torpaq sürüşməsi meydana gəldi. Təxminən 1 milyon 880 min adamın həyatına təsir edən bu fəlakətlərdə 8 adam həyatını itirdi.
Çində keçən ay şiddətli yağışlar səbəbindən yaranan sel fəlakətində 7 adam öldü, 22 adam itkin düşdü.
Vyetnamın şimalındakı bölgələrdə bu ayın əvvəlində şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 22 adam həyatını itirdiyi, 14 adamın itkin düşdüyü bildirildi.
Bəzi Avropa ölkələri də sel fəlakətlərindən təsirləndi.
İngiltərənin şimal hissəsində keçən ay və bu ay təsirli olan yağış və su basqınları yaşayışa mənfi təsir etdi.
Çexiya respublikasında da keçən ayın son həftəsində güclü təsiri olan yağışların səbəb olduğu sellərdə 13 adam öldü. Şiddətli yağış, xüsusilə, ölkənin cənub hissəsini təsiri altına aldı.
2000-ci ildə Mozambikdə 1 milyon adam sel səbəbindən evsiz qaldı.
2002-ci ildə Hindistan, Nepal və Banqladeşdə mövsümdən aslı olaraq musson yağışlarının gətirib çıxardığı fəlakətlərdə təxminən 1000 adam öldü.
Çində 2003-cü ildə şiddətli yaz yağışlarından 2000 adam öldü, 300 min adam evsiz qaldı.
1991-ci ildə Banqladeşdə baş verən sellərdən sonra 120.000-dən çox adam öldü, milyonlarla adam evsiz qaldı.
2007-ci ildə Asiyada baş verən sellərdə 216 adam öldü, 20 milyon adam evsiz qaldı.
2007-ci ildə Şimali Koreyada həddindən çox artan yağıntıların səbəb olduğu sel fəlakətində 214 adam öldü, 80 adam itkin düşdü.
2007-ci ildə Meksikada baş verən sel fəlakətində evlər dağıldı, 500 min adam evsiz qaldı.
Tercüman, 16 Nisan 2009
Habertürk, 6 Temmuz 2009
Hürriyet, 6 Temmuz 2009
Bütün bu inkişaflar göstərir ki, yaşadığımız dövr Peyğəmbərimiz (səv)-in hədislərində işarə etdiyi qiyamətdən əvvəl yaşanacaq olan Axırzamandır. Hadisələr eynilə Axırzaman hədislərində təsvir edildiyi kimi bir-bir reallaşır.
Bütün səmimi müsəlmanlar, Allahın Quranda vəd etdiyi İslam əxlaqının dünyaya hakim olmasını və hz. Mehdi (SƏV)-in çıxışını həyəcanla gözləyirlər. Allah qəti olaraq reallaşacaq olan bu vədini Nur surəsində belə bildirmişdir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir (Nur Surəsi, 55)
Vakit, 14 Temmuz 2009
Sabah, 21 Temmuz 2009