Peyğəmbərimiz (s.ə.v) bir hədisində qiyamətin böyük əlamətlərindən biri olaraq günəşin qərbdən çıxacağını xəbər vermişdir.
“Günəş qərbdən çıxacaq, insanlar toplu şəkildə iman edəcək, ancaq daha əvvəl iman etməmiş olanların imanları özlərinə bir fayda təmin etməyəcək.” (Tecrid-i Sarih Tercümesi, XII 307; Müslim, Fiten, 118)
13-cü əsrin böyük mücəddidi Səid Nursi Həzrətləri isə bu möcüzəvi hadisənin necə reallaşa biləcəyini “Şüalar” kitabında bu şəkildə izah etmişdir:
Günəşin məğribdən çıxması və yerdən dabbətül-ərzin zühurudur. Amma günəşin məğribdən (qərbdən) tuulu (doğması) isə, açıq bir şəkildə (isbata ehtiyac duyulmayacaq dərəcədə) bir qiyamət əlamətidir. Və bədahəti (aşkarlığı) üçün, ağlın iradəsi ilə bağlı olan tövbə qapısını bağlayan bir hadisə-i səmaviyə (Allahın yaratdığı hadisə) olduğundan, təfsiri və mənası zahirdir (şərhi və mənası açıqdır), şərhə ehtiyacı yoxdur. Yalnız bu qədər var ki: Allahu aləm, o tuluun (doğuşun) səbəbi zahirisi (aydın səbəbi):
Kürə-i ərz (dünya) başının ağlı hökmündə olan Quran onun başından çıxmasıyla zəmin divanə (ağlı başında olmayan) olub, izn-i İlahi (Allahın icazəsi) ilə başını başqa səyyarəyə (planetə) dəyməsiylə hərəkətindən geri dönüb, qərbdən şərqə olan səyahətini iradə-i Rəbbani (İlahi iradə) ilə şərqdən qərbə təbdil etməklə (dəyişərək) günəş qərbdən tulua (doğulmağa) başlayar. Bəli, ərzi şəms (günəş) ilə, fərşi Ərş (yer və göy) ilə qüvvətli bağlayan hablullahil-metin (Allahın mənəvi ipi) olan Quranın qüvvə-i cazibəsi (cazibə qüvvəsi) qopsa, kürə-i ərzin (yer üzünün) ipi açılar, başıboş, avara olub əksinə və intizamsız hərəkəti ilə günəş qərbdən çıxar. Həm müsadəmə nəticəsində (toqquşma nəticəsində) İlahinin əmri ilə qiyamət qopar deyə bir şərhi vardır. (Şualar, Beşinci Şuâ, Səh. 510)
Hədisi şərifdə bəhsi keçən hadisəylə əlaqədar Səid Nursi Həzrətlərinin şərhləri də nəzərə alındığında qiyamətin lap əvvəlində yaşanacaq olan bu böyük əlamətin, ehtimalla bir kometanın dəyməsiylə dünyanın dönmə istiqamətinin tərsinə dönməsi nəticəsində reallaşacağı aydın olur. Reallaşacaq olan bu əhəmiyyətli dəyişmədən sonra ard-arda böyük zəlzələlər, qüvvətli fırtınalar baş verəcək, sunamilər meydana gələcək, yerin cazibə qüvvəsi pozulacaq, atmosfer təbəqəsi qalmayacaq, ozon təbəqəsi dağılacaq,
bunun nəticəsində kosmosdakı bütün zərərli şüalar dünyaya çatacaq və buna bənzər bir çox təbiət fəlakətləri yaşanacaq, böyük bir ehtimalla da qiyamət müddəti bu şəkildə başlamış olacaq. Fizika qanunlarının ortadan qalxacağı belə bir mühitdə yaşama imkanı olmayacağı üçün, İMTAHAN MÜHİTİ DƏ TAMAMİLƏ BİTƏCƏK. Bədiüzzaman Həzrətlərinin bu əhəmiyyətli və ehtişamlı hadisəni, “tövbə qapısını bağlayan bir ilahi hadisə” olaraq xarakterizə etməsi də, günəşin qərbdən doğulmasının ardından imtahanın ortadan qalxmasına işarə edir.
QİYAMƏTİN GÜNƏŞİN QƏRBDƏN DOĞULMASINDAN 120 İL SONRA QOPACAĞINI İDDİA ETMƏK İSƏ BÜTÜN BU İZAHLARLA ZİDDİYYƏT TƏŞKİL EDƏN BİR ŞƏRHDİR.
Allah dünya mühitini imtahana uyğun şəkildə yaratmışdır. Dünyada ağlın iradəsini qaldıracaq hadisələrin reallaşmasına Allah icazə verməz, çünki əks halda imtahana gərək qalmaz. Allah dünyada möcüzə olaraq yaratdığı hadisələri belə bir dünyagörüşünə görə şərh gətirilə bilən şəkildə reallaşdırır. Bunun nəticəsində də, Allah Özünə iman edən, Öz yaratdığı hadisələrdəki dərinliyi, hikməti, incəliyi görə bilən kəslərlə, iman etməyən ya da şübhə içində olan kəsləri bir-birindən ayırır. Səmimi iman edənlərlə, səmimiyyətsiz, ağlı və imanı zəif kəslərin eyni mövqeyə gəlməmələri üçün Allah dünya həyatında ağlın iradəsini qaldıracaq, yəni iradələrini, öz düşünmə və seçmə qabiliyyətlərini ortadan qaldıraraq görər-görməz zəruri olaraq iman etmələrini təmin edəcək hadisələr yaratmır.
Günəşin qərbdən çıxması isə çox möcüzəvi və ağlın iradəsini qaldıracaq bir hadisədir. Bu hadisənin reallaşmasıyla birlikdə artıq imtahan mühiti bitəcək, tövbə imkanı Allahın diləməsiylə qalmayacaq və qiyamət başlayacaqdır.
Ustad Səid Nursi Həzrətləri bu vəziyyəti Beşinci Şüada bu hikmətli aspektləriylə vurğulayır:
İman və təklif (məsuliyyət), iradə dairəsində (iradə və bir şeyi seçim edə bilmə gücü baxımından) bir imtahan, bir təcrübə, bir müsabiqə (yarışma) olduğundan, pərdəli və dərin tədqiqat (araşdırma) və təcrübəyə möhtac olan nəzəri məsələləri (görüş və düşüncə halında rast gəlinən və tətbiq edilməmiş məsələlər) əlbəttə bədihi (açıq və diqqətə çarpan) olmaz. Və hər kəs istər-istəməz təsdiq edəcək dərəcədə zəruri (məcbur olaraq inanılacaq şəkildə) olmaz. Ta ki Əbu Bəkirlər ən yuxarı mərtəbəyə (ucaların ən ucasına) çıxsınlar və Əbu Cəhllər ən aşağı mərtəbəyə (aşağıların ən aşağısına) düşsünlər. İradə (bir şeyi seçim edə bilmə gücü, iradə) qalmazsa təklif (məsuliyyət) ola bilməz. Və bu sirr və hikmət üçündür ki, möcüzələr nadir hallarda baş verər.
Həm darı təklifdə (dünyada) gözlə görünəcək olan əlaməti qiyamət (qiyamət əlamətləri) və eşratı saat (qiyamətin şərtləri), bir qisim mütəşabihatı Quraniyə (Quranda bir-birinə bənzəyən, məcazi mənası da ola bilən ayələr) kimi qapalı və şərhli (şərh gətiriləcək şəkildə) olur. YALNIZ, GÜNƏŞİN MƏĞRİBDƏN (QƏRBDƏN) ÇIXMASI BƏDAHƏT DƏRƏCƏSİNDƏ (İSBATA EHTİYAC DUYULMAYACAQ ŞƏKİLDƏ AÇIQ) HƏR KƏSİ TƏSDİQƏ (İNANMAĞA) MƏCBUR ETDİYİNDƏN, TÖVBƏ QAPISI BAĞLANAR, DAHA TÖVBƏ VƏ İMAN MƏQBUL OLMAZ. (Beşinci Şüa)
Günəşin qərbdən çıxmasından sonra 120 il də həyatın davam edəcəyi iddiasının yanlışlığı iki cəhətlə aşkardır. Birincisi, imtahanın qalmadığı, tövbə imkanının bitdiyi bir mühitdə 120 il həyatın olması Adətullaha uyğun deyil. İkinicisi isə, günəşin qərbdən çıxmasıyla birlikdə dalbadal başlayacaq olan qiyamət hadisələrinin insanın yaşayışına imkan buraxmamasıdır. BÖYÜK ZƏLZƏLƏLƏRİN YAŞANDIĞI, DƏNİZLƏRİN YARILDIĞI, SUNAMİLƏRİN OLDUĞU, ÇOX ŞİDDƏTLİ FIRTINALARIN YAŞANDIĞI, ATMOSFERİN QALMADIĞI, OZON TƏBƏQƏSİNİN QALXDIĞI, VƏ DAHA BİR ÇOX FÖVQƏLADƏ TƏBİƏT FƏLAKƏTİNİN REALLAŞDIĞI BİR MÜHİTDƏ NƏİNKİ 120 İL, HƏTTA 120 SAAT BELƏ YAŞAMAQ MÜMKÜN DEYİL. Belə bir dəhşətli, amma eyni zamanda Allahın şanının ucalığının ən mükəmməl şəkildə təcəlli edəcəyi belə ehtişamlı bir mühitdə OLSA-OLSA ƏN ÇOX 120 DƏQİQƏ YAŞANA BİLƏR. AMMA HADİSƏLƏRİN ŞİDDƏTİ İNSANLARA BU VAXTI 120 İL KİMİ HİSS ETDİRƏCƏK.
Ancaq;
Peyğəmbərimiz (s.ə.v)-in hədisdə bəhs etdiyi “günəşin qərbdən çıxması” ifadəsi təşbehli cəhətiylə də şərh oluna bilər. O zaman da hədis hz. Mehdi (ə.s)-ın zühuruna işarə edir. Bu hədisdə günəşə bənzədilən hz. Mehdi (ə.s.) ola bilər. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa bir hədisdə də hz. Mehdi (ə.s)-a günəş bənzətməsi edilir.
HZ. MEHDİ (Ə.S.) BÜTÜN QƏM VƏ ZÜLMƏTLƏRİ ARADAN QALDIRACAQ GÜNƏŞDİR. Lütfkarlıqda olduğu zaman çox bərəkətli bir yağışdır. (Muhammed B. Resul El Hüseyn El Berzenci, Kıyamet Alametleri, səh. 188)
Günəşin qərbdən çıxması ifadəsindəki qərb sözünün məcazi mənası da, bu hədisin digər hədisi şəriflərlə birlikdə araşdırılması nəticəsində açıqlıq gətirilə bilər. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa bir hədisdə hz. Mehdi (ə.s)-ın “qərbdən” çıxacağı bildirilir:
Hafiz Əbu Nuaymın rəvayət etdiyi hədisi şərifdə Rəsulu Əkrəm Əfəndimiz belə buyurmuşdur: Məhz (elə müşkül (çətinlikli, sıxıntılı) bir) zamanda MƏĞRİB (QƏRB) MƏMLƏKƏTİNİN ƏN UZAQ BÖLGƏSİNDƏN və Rəsulu Əkrəm Əfəndimizin möhtərəm qızı Fatmanın övladlarından bir kəs ortaya çıxacaq. Bax, o şəxs Axırzamanda fəaliyyətdə olacaq olan Mehdidir. Və Mehdinin zühuru da qiyamət əlamətlərinin ilkidir. (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Müellif Ali bin Hüsammeddin el Muttaki, Kahraman Neşriyat Kitabevi, səh. 16)
Hədisdə hz. Mehdinin “məğrib, yəni Qərb ölkələrinin ən uzaq bölgəsindən” çıxacağı xəbər verilmişdir. Bilindiyi kimi Türkiyə, İslam ölkələrinin ən qərbində yerləşir. Hədisdəki məlumatlar, hz. Mehdinin Türkiyədən çıxacağına işarə edir. Bu hədis nəzərə alındığında günəşin qərbdən doğulacağını xəbər verən hədisi şərifdəki məlumatın da eyni şəkildə hz. Mehdi (ə.s)-ın qərb tərəfindən zühur edəcəyinə işarə etdiyi düşünülə bilər.
Bu təqdirdə, hz. Mehdi (ə.s)-ın zühuru üçün, Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərinə əsaslanaraq hicri 1400-cü ili əsas götürsək, günəşin qərbdən doğuşundan 120 il sonra qiyamət başlayacaq ifadəsi də hicri 1520-ci illərə uyğun gəlir. Səid Nursinin verdiyi tarixlərdə də hicri 1520-ci illər müsəlmanlığın zəifləməyə başlayacağı və küfr sisteminin dünyaya tam hakim olacağı illərdir. Səid Nursinin izahlarına görə də bu illərdən iyirmi-iyirmi beş il sonra qiyamət gözlənilir. (Doğrusunu Allah bilir)