Axırzaman əlamətlərinin son 30 ildə toplu şəkildə reallaşması
· Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən və ən böyük hədis imamlarından olan imam Suyutinin nəql etdiyi 8 səhih hədisdə dünyanın ömrünün 7000 il olduğu, Peyğəmbərimizə qədər bu müddətin 5600 ilinin keçdiyini xəbər verilmişdir.
· 7000-dən 5600-ü çıxdıqda geriyə 1400 il qalır.
· Başqa bir hədisdə isə Peyğəmbərimiz “ümmətin ömrünün 1500 ili çox keçməyəcəyini” xəbər vermişdir.
· Hal-hazırda hicri 1430-ci ildə olduğumuzu və hicri 1500-cü ilə qədər də hicri 14-cü əsrdə olduğumuzu hesabayarsaq, onda hz. Mehdinin mütləq bu əsrdə gəlməsinin lazım olduğu ortaya çıxır.
· Çünki geriyə hz. Mehdinin çıxa biləcəyi başqa bir əsr qalmamışdır.
·Hicri 1400-cü ilin əvvəlindən etibarən Peyğəmbərimizin hədislərində bildirdiyi Axırzaman əlamətlərinin hamısının ard-arda reallaşması Axırzamanda olduğumuzu və hz. Mehdinin bu əsrdə gələcəyini açıq-aydın göstərir.
· Bundan əlavə bütün bu əlamətlərin son 30 ildə toplu şəkildə reallaşması, dünyanın ömrünün 7000 il olduğunu, Peyğəmbərimizə qədər bu müddətin 5600 ilinin keçdiyi və İslam ümmətinin qəbul edilmiş ömrünün də 1500 ili o qədər də keçməyəcəyi baxımından hədisləri təsdiq edir.
HİCRİ 1400-CÜ İLİN ƏVVƏLİNDƏN ETİBARƏN SON 30 İL İÇİNDƏ ARD-ARDA REALLAŞAN ƏLAMƏTLƏR İSƏ BUNLARDIR:
1. 1975-ci ildə Fəratın suyunun kəsilməsi. Keban su anbarının inşa edilməsiylə bu vəziyyət reallaşdı.
2. 1979-cu ildə Əfqanıstanın işğalı.
3. 1979-cu ildə Kəbəyə basqın edilməsi və Kəbədə qan axıdılması. 400-dən çox adam həyatını itirdi.
4. 1980-ci ildə İran-İraq savaşı
5. Göy üzünü alov və duman bürüməsi (Dünyanın ən böyük tankerlərindən biri 1979-cu ildə İndependenta İstanbulda partladı. Bütün göy üzünü duman örtdü, səs-küyündən yatanlar oyandı.)
6. Ramazan ayında 15 gün arayla ay və günəş tutulmaları. (1981 və 1982-ci illərdə eyni şəkildə reallaşdı.)
7. 1986-cı ildə Halley quyruqlu ulduzunun doğulması.
8. Buynuzu xatırladan iki uclu ulduzun çıxışı (24 fevral 2009-cu ildə Lulin quruqlu ulduzu göründü. Bu quyruqlu ulduz hədislərdə bildirilənlə eyni ilə uyğunlaşır. Bütün quyruqlu ulduzlar şərqdən qərbə gedərkən, Lulin qərbdən şərqə doğru gedirdi. Hədisdə iki buynuzlu olacağı bildirilir, Lulin də iki buynuza bənzəyən bir görünüşə malik idi. Hədisdə çox parlaq olacağı bildirilir, Lulin də digər quyruqlu ulduzlardan 6 dəfə daha parlaq idi.)
9. Günəşdən bir əlamətin meydana çıxması. (1996-cı ildə günəşdə böyük partlayışlar oldu, həmçinin, 11 avqust 1999-cu ildə əsrin ən son günəş tutulması. İlk dəfə bu qədər çox adamın izləyə bildiyi günəş tutulması.)
10. 1990-cı ildə Azərbaycanın işğalı
11. Tozlu, dumanlı bir fitnə (11 sentyabr 2001-ci ildə ABŞ-dakı terror hücumlarından sonra yaranan duman)
12. Bağdadın alovlarla məhv edilməsi (2003-cü ildə ağır bombardmanlarla məhv edilmişdir.)
13. İraqlıların pulunun qalmaması (ABŞ işğalının ardından İraqda pulun dəyəri düşmüş, ardından İraq dinarı tədavüldən çıxmışdır)
14. Səhrada bir ordunun batması. (İşğalın ardından təxminən 80.000 nəfərlik İraq ordusu yox olmuşdur)
15. İraqa və Şama embarqo tətbiq olunması (Səddam dövründə başlamış və 10 ildən cox tətbiq olunmuşdur.)
16. İraqın yenidən qurulması (İşğaldan sonra məhv edilmiş şəhərlər yenidən qurulmağa başlanmışdır)
17. İraq xalqının Şama qaçması (ABŞ işğalı və bombardmanlar səbəbindən xalq Şimala qaçmışdır)
18. İraqın üç hissəyə bölünməsi (ABŞ-ın işğalından sonra İraq feli olaraq üç hissəyə bölünmüşdür.)
19. Şamda fitnələr (Suriyada yaşanan qarışıqlıqlara işarə edilir)
20. Fərat ilə Dəclə arasında qarşıdurmalar olması (İraq ilə İran arasındakı döyüşə işarə edilir)
21. Şəhərlərin məhv edilməsi (II Dünya müharibəsində Hiroşima və Naqasaki tamamilə yox olmuşdur.)
22. Şərq tərəfdən bir alovun görünməsi (1991-ci ildə İraq Küveyti işğal etdikdən sonra neft quyularını yandırmış, Küveyt və Basra körfəzini böyük bir alov bürümüşdür)
23. Şam və Misir məliklərinin öldürülməsi (1981-ci ildə Enver Sədat, 1982-ci ildə Livanlı lider Bəşir Cemayel öldürüldü.)
24. Köhnə İordaniya kralının öldürülməsi. (İordaniya kralı Abdullahın 1951-ci ildə ingilislər tərəfində öldürülməsi)
25. Sistemlərin dəyişməsi (1989-cu ildə Berlin divarının yıxılması, 1991-ci ildə SSRİ-nin dağılması)
26.Kütləvi qırğınların meydana gəlməsi
27. Adamın qamçısının ucuyla danışması
28. Böyük bir iqtisadi böhranın olması
29. Günahsız uşaqların öldürülməsi
30. Küləklər və qasırğalar
31. Quraqlıq olması
32. Sel daşqınlarının olması
33. Zəlzələlərin artması
34. İldırımların çoxalması
35. Günahsız vətəndaşların qətlə yetrilməsi
36. İnsanların bir-birindən qaçması
37. Allahın açıq-aşkar inkar edilməsi
38. Haramların halal sayılması
39. Saxta peyğəmbərlərin çoxalması
40. Ömürlərin uzanması
41. Səhraların yaşıllaşdırılması