Header

Ey iman gətirənlər! Zənnə çox qapılmayın (Hucurat surəsi, 12)

Aa4a

Ey iman gətirənlər! Zənnə çox qapılmayın (Hucurat surəsi, 12)

Ayədə möminin çəkinməsi lazım olan üç əhəmiyyətli rəftardan söz edilir; zənnə qapılmamaq, qeybət yəni dedi-qodu etməmək və təcəssüs etməmək, yəni gizli tərəfləri araşdırmamaq … Bunlar eyni zamanda bir-birləriylə əlaqəli davranışlardır. Çünki qeybət edən, yəni bir mömini arxasından çəkişdirən adam, onsuz da onun haqqında bəzi pis zənlər bəsləyir deməkdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənlər üzərinə belə bir davranışı göstərir. Ayədə qadağan edilən bu mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə görülən pis əxlaq xüsusiyyətləridir və ortaq xüsusiyyətləri; möminləri incidən, möminlər arasındakı həmrəyliyi zədələyən, sevgi, şəfqət və mərhəməti azaldan davranışlar olmasıdır. Uca Allah Quranda möminləri bu davranışlardan qəti olaraq məhrum etmişdir.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə çox təbii qarşılanan bu vərdişlərin əslində nə qədər narahatlıq verən hərəkətlər olduğu ayədəki qeybətlə əlaqədar bənzətmədən də başa düşülə bilər. Sonsuz hikmət sahibi olan Allah, qeybəti qardaşının ətini yeməyə bənzətmiş və bunun nə qədər iyrənc olduğunu bildirmişdir.

Ayədə keçən qüsurlar içində diqqət yetirilməsi lazım olan bir başqa rəftar da zənn etməkdir. Zənn, ürəkdə meydana çıxan və açıqlanmadıqca möminin tək özünün təsbit edib tədbir ala biləcəyi bir hadisədir. Bu səbəblə, möminlərin son dərəcə diqqətli olması lazım olan bir vəziyyətdir. Əgər mömin lazım olan tələbkarlığı göstərməyib, qəflətə düşsə, öz-özünə düşünərkən ayədə günah sayılan bir çox pis fikirdə ola bilər. Bu səbəbdən, möminin yalnız rəftarlarında deyil, niyyətində, duyğu və düşüncələrində də həmişə saleh olmağa diqqət göstərməsi lazımdır. Möminin digər iman edən qardaşları haqqındakı düşüncələri həmişə gözəl zənn içində olmalıdır. Bu da möminlərin bir-birləri haqqında hər zaman müsbət düşünmələri mənasını verər. Beləcə, iman edənlərin birliyinə maneə törədə bilər. Fəaliyyətlərə qarşı da çox güclü bir mənəvi mane törətmiş olar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313