İçeriğe geç

Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi, 15)

Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi, 15)

Ayədə möminlərin Quranı dinlədiklərində göstərdikləri rəftar izah edilmişdir. Möminlərin ayələri eşidər-eşitməz səcdəyə qapanmaları və Allahı həmd ilə təsbih etmələri şübhəsiz ki, onların imanlarının gücündən; Allahın böyüklüyünün, gücünün, qüdrətinin fərqində olub Allahın qədrini haqqıyla təqdir etmələrindən və Allaha qulluq etməkdən duyduqları böyük həzdən qaynaqlanır.

 

Möminlər Allahın özlərinə içində heç bir şeyin əksik buraxılmadığı və Allahın əmr və tövsiyyələrini göstərən  bir kitab göndərmiş olmasından böyük bir həyəcan duyarlar. Eyni şəkildə Quranın hər bir ayəsinin Allahın onlara olan sevgisinin mərhəmətinin və ədalətinin bir təcəllisi olduğunu bilmənin şövqünü də yaşayarlar. Üstəlik bütün bunları qavraya biləcək bir şüur ​​açıqlığına sahib olmalarından ötəri ruhlarında böyük bir sevinc duyar və Allaha çox səmimi və dərin bir sevgiylə bağlanarlar. Bu da onlara böyük bir dinclik verər.

 

Möminlər üçün Allahı zikr etmək, “ən böyük ibadət” dir. Möminlər həyatları boyu bu şüurla hərəkət edərlər. Allahı zikr etmək isə düşünərək və bu düşüncələrini dilə gətirərək olar. Allahın onlara verdiyi nemətləri tək-tək düşünər və nə qədər böyük bir rəhmət içində olduqlarını fərq edərək Allaha şükür edərlər. Əlbəttə ki, Uca Allah bütün insanlara şah damarından daha yaxındır və bütün yaratdıqlarını rəhmətiylə əhatə edəndir.

 

Allah ayənin davamında, imanın ən açıq göstəricilərindən birinin təkəbbürlük göstərməmək olduğunu bildirmişdir. Uca Allah Quranın bir çox ayəsiylə də insanlara təvazökar olmağı əmr etmişdir. Qürur və təkəbbürün isə Quranda şeytanın bir xüsusiyyəti olduğu bildirilmiş və iman edənlərin qürurdan mütləq çəkinmələri xatırladılmışdır. Bu səbəbdən, möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri təkəbbür və qürurdan çəkinməsi, təvazökar, şəfqətli, mülayim və yumşaq bir əxlaq göstərməsidir.

images

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz