…..Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir. (Hud surəsi, 92)
Ayədə Allahın insanları da, etdiklərini də əhatə etdiyi bildirilir. Allahın hər yeri əhatə etdiyi, bizə şah damarımızdan da yaxın olduğu, hansı səmtə yönəlsək, Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Allah hər yerdədir. Allah, tək mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri əhatə etmişdir və Allah bütün kainatda təcəlli edir.
Allah zamandan və məkandan münəzzəhdir. Allahın Özü başqadır. Allahın təcəlliləri isə hər yerdədir. Göyləri, yeri, bu ikisi arasında olan hər şeyi, kainatda işləyən bütün qanunları, hər an meydana gələn bütün hadisələri yaradan Rəbbimiz, “Xəbir” sifətiylə hər şeyin iç üzündən və gizli tərəflərindən də xəbərdardır. Üstəlik Allahın “bilməsi” sərhədsizdir.
Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah, insanın içinə də, xaricinə də hakimdir. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri və ya tətbiq etmədikləri, ya da gizlicə hazırladıqları hər şeydən xəbərdardır. Yer üzündə Allahdan xəbərsiz heç bir şey ola bilməyəcəyi kimi heç kim də, Allahın məlumatı xaricində ürəyindən bir şey keçirə bilməz. Allah hər kəsin ürəyindən keçəni mütləq bilir. Bu vəziyyətdə insan Allaha qarşı son dərəcə səmimi və boyun əyici olmalı, zəifliklərini, əksiklərini, qüsurlarını, imani zəifliklərini Allaha səmimi bir şəkildə açmalı, özünü imani olaraq gücləndirməsi üçün dua etməli və Ondan kömək istəməlidir.
Ürəyindən keçirdiyi hər düşüncəni Allahın bildiyindən xəbərdar olan möminlər, izdihamda olduqları zaman da, kimsənin görmədiyi mühitlərdə də Quran əxlaqına uyğun gəlməyən hər hansı bir davranış göstərməkdən eynilə çəkinməlidir. Çünki Quran əxlaqına uyğun olmayan bir davranışı, istər hər kəsin içində, istərsə də tək başına etsin, istər aşkara vursun, istərsə də saxlasın, Allahın bunu biləcəyini və özünü hər davranışından sorğuya çəkəcəyini bilir. Allahın onun bu mövzudakı səmimiyyətini sınayacağını və imtahan qəsdiylə özünə müxtəlif uyğun mühitlər yaradacağını da bilir. Bu səbəblə möminlər, Allahın sərhədlərini qorumada son dərəcə dəqiq davranarlar.