İmam Rəbbani həzrətləri hz. Mehdinin zühurundan əvvəl bir çox əlamətin reallaşacağını bildirmiş və bu əlamətləri də möcüzə hallar kimi xarakterizə etmişdir:
MEHDİNİN ZÜHURU YAXINDADIR. ONUN ZÜHURU ZAMANI, YÜZ (ƏSR) BAŞINA GƏLƏNƏ QƏDƏR NƏ QƏDƏR MEBDELƏR (BAŞLANĞIC ƏLAMƏTLƏRİ) VƏ MÜQƏDDİMƏLƏR (ÖN ƏLAMƏTLƏR) ZÜHUR EDƏCƏK….
MEHDİ DAHA BÖYÜKDÜR. Bu səbəbdən, İslama və müsəlmanlara böyük güc gələcəkdir. Onun vəlayətinin zahiri və daxili böyük qənaəti vardır. Bir çox möcüzə halların və kəramətlərin sahibi olacaq. ONUN DÖVRÜNDƏ, BİR ÇOX HEYRƏT YARADAN HALLAR BAŞ VERƏCƏK…. Onun cismən zühurundan əvvəl, MÖCÜZƏ HALLAR BAŞ VERƏCƏK. İmamı Rəbbani, Məktubatı Rəbbani, 2-ci cild, 381. Məktub, səh. 1184-1186)
İmam Rəbbani həzrətlərinin bildirdiyi bu möcüzə hadisələrin hamısı hicri 1400-cü ildən başlayaraq dövrümüzə qədərki 30 illik müddətdə Peyğəmbərimiz (s.ə.v)-in izahıyla möcüzəvi şəkildə təsbeh dənələri kimi bir-birini izləyərək reallaşmışdır.
Allah Elçisi sallallahu əleyhi və səlləm buyurdu: “… köhnəlmiş ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər.”
Əbu Hureyre radıyallahu anh. Tirmizi.
Qiyamət əlamətləri bir-birini izləyərək baş verəcək. Bir silsilə muncuqların ard-arda qopması kimi. (ramıq-Əl Ehadis, 277/6; Camiü’s-Sagir, 3/167)
(Digər hədislər üçün baxın. <http://www.hazretimehdi.com/cikis.php>)
Aşağıda yalnız az bir qisminə yer verdiyimiz Axırzaman əlamətləri bəzi kəslərin guya hz. Mehdi (ə.s)-ın zühuru digər bir əsrə qalmışdır iddiasını tamamilə etibarsız hala gətirir:
-1-
İmam Rəbbani həzrətləri hz. Mehdi (ə.s)-ın zühuru üçün iki dişli münəvvər bir ulduzun çıxışını əhəmiyyətli bir əlamət kimi bildirmiş, belə ki, bu ulduzun bütün xüsusiyyətlərini ən incə təfərrüatlara qədər təsvir etmişdir:
Səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
“Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi Məlik Xorasana gəldiyi zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ, MÜNƏVVƏR BİR BUYNUZ ÇIXAR.”
Bu rəvayətin edildiyi haşiyədə yazıldığına görə, o sütunun iki başı vardı…
ŞƏRQ TƏRƏFİNDƏ ÜZƏ ÇIXAN O BƏYAZ; ƏVVƏLLƏR NURLU BİR SÜTUN KİMİYDİ. SONRA, O ƏYİLMƏYƏ BAŞLADI; BUYNUZ ŞƏKLİNİ ALDI.
Ehtimal edilir ki, onun: -iki başlı, adının verilməsi, bu etibara görədir: HƏR İKİ TƏRƏFİ DƏ İNCƏDİR, DİŞƏ BƏNZƏYİR; BUNUN ÜÇÜN, HƏR İKİ TƏRƏFDƏ BAŞ ETİBAR EDİLMİŞDİR. Necə ki, bir süngünün də hər iki tərəfi incə olsa, onun üçün də: -İki başlı, təbirini istifadə edər. Qardaşım şeyx Məhəmməd Tahir Bedahşi Confordan gəldi. Belə izah edir: -O SÜTUNUN ÜST TƏRƏFİNDƏ DƏ İKİ BAŞI VAR; İKİ DİŞƏ BƏNZƏYİR. İKİSİ ARASINDA DA QISA BİR AYRILIQ VAR. Bu mənanın təşhisi səhrada hasil oldu.
Eyni xəbəri, bir başqa birlik də verdi. Halbuki, bu doğuş, Mehdinin zühuru zamanında olacaq zühur deyil. Çünki, ONUN ZÜHURU, YÜZ İLİN BAŞLARINDA OLACAQ. İndi də, yüz başını, on səkkiz il keçmiş vəziyyətdədir.
Hədisi şərifdə, Mehdinin əlamətləri haqqında belə izah edilmişdir:
“ŞƏRQ TƏRƏFİNDƏ BİR QUYRUQLU ULDUZ DOĞULUB İŞIQ SAÇACAQ.” BU ULDUZ ARTIQ DOĞULMUŞDUR. AMMA ODURMU, YOXSA ONUN BİR OXŞARIDIRMI? Bu ulduza quyruqlu ulduz adının verilməsi, ehtimal ki, belə izah etməyə gətirib çıxarır: SABİTLƏRİN SEYRİ, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR) (4)… BU ULDUZUN VƏZİYYƏTİ DƏ, ONUN SEYRİNƏ GÖRƏDİR. YƏNİ ÜZÜ MƏŞRİQ TƏRƏFİNƏ DOĞRU, ARXASI DA MƏĞRİB TƏRƏFİNƏDİR. BU PARILTI DA, ONUN ARXA TƏRƏFİNDƏDİR. Bu məna zəruri olaraq, ona:
-Quyruq… adının verilməsinə gətirib çıxarır.
ONUN HƏR GÜNKÜ YÜKSƏLİŞİ İSƏ, MƏŞRİQDƏN MƏĞRİBƏDİR. ANCAQ O, QISRİ (ÖZÜNƏ XAS VƏZİYYƏTİNDƏ AĞIRLIQ DAŞIYAN) SEYRİ İLƏ FƏLƏKİ ÜZVÜMÜN SEYRİNƏ BAĞLIDIR. İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, səh.1184
İmam Rəbbani həzrətlərinin “BU ULDUZ ARTIQ DOĞULMUŞDUR. AMMA ODURMU, YOXSA ONUN BİR BƏNZƏRİDİRMİ?” ifadəsindən, bütün təfərrüatlarıyla təsvir etdiyi həmin ulduzun öz dövründə çıxmadığı aydın olur. Əgər bu xüsusiyyətlərlə birə-bir uyğunlaşan və 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçən Lulin quyruqlu ulduzu o dövrdə də görünsəydi heç şübhəsiz ki, imam Rəbbani həzrətləri bunu çox açıq və əmin bir üslubla ifadə edərdi. Hz. Mehdi (ə.s)-ın zühuru üçün əsas dəlillərdən qəbul etdiyi bu əlamətin öz dövründə təsdiqlənməməsi, hz. Mehdi (ə.s)-ın o dövrdə çıxmadığına və hz. Mehdi (ə.s)-ın bu kometanın görüləcəyi qarşıdakı bir əsrdə, yəni indiki vaxtda zühur edəcəyinə dair dəlil təşkil edir.
-2-
İmam Rəbbani həzrətləri hz. Mehdi (ə.s)-ın Quran əxlaqına tamamilə zidd, küfranı bir həyat tərzinin hər tərəfdən açıq və ictimai bir şəkildə yaşanacağı bir dövrdə hz. Mehdi (ə.s)-ın zühur edəcəyini ifadə edir:
… Bir hədisi şərifdə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “KÜFR HƏR YANI ZƏBT EDİB, HÖKMÜ CƏMİYYƏTDƏ AŞKAR İŞLƏNMƏDİKCƏ, MEHDİ ZÜHUR ETMƏZ. BU VAXTDA, BAŞ VERƏN İSƏ, KÜFRÜN ZƏBTİDİR. ONUN QÜVVƏTİDİR. İSLAMIN VƏ MÜSƏLMANLARIN DA ZƏİFLİYİDİR.
Bu vaxt, Rəsulullah (s.ə.v), əhli-İslamın qəribə düşəcəklərini izah etdiyi vaxtdır. Nə xoş onlara. Bundan əlavə, Rəsulullah (s.ə.v) onları müjdələmişdir. (İmamı Rəbbani, Məktubatı Rəbbani, 2-ci cild, 381-ci Məktub, səh. 1184-1186)
Bilindiyi kimi imam Rəbbani həzrətlərinin yaşadığı illər islamın ən parlaq yaşandığı illər idi. Müsəlman aləminin başçısı bir xəlifə vardı. Bununla əlaqədar olaraq,bu hədisi şərifdə bəhsi keçən küfr sisteminin hər yerə hakim olması imam Rəbbaninin yaşadığı dövrdə yox idi. Deməli,imam Rəbbani özündən sonrakı bir dövrə, insanların islam əxlaqından getdikcə uzaqlaşıb dəlalətə düşdükləri bir dövrə diqqət çəkir və hz. Mehdi (ə.s)-ın da bu dövrdə zühur edəcəyinə işarə etmişdir. Hz. Mehdi (ə.s)-ın zühuru zamanı da müsəlman aləmi çox böyük bir zülm sistemində olacaq, başlarında mənəvi bir liderləri olmayacaq. Peyğəmbər (s.ə.v)-ın təsvir etdiyi dövr, hər cür dindənkənar sistemin ən son həddə yaşanağı Axırzamandır və yaşadığımız zaman da bu zamana uyğun gəlir. Elə isə hz. Mehdi (ə.s)-ın zühuru da yaşadığımız bu dövrdə olacaq.
-3-
Hicri 1400-cü ildə, hədisdə Peyğəmbərimiz (s.ə.v)-in şərh etdiyi kimi Fəratın suyu, üzərində qurulan anbar ilə kəsilmişdir.
“Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini şərhi zamanı yaxınlaşır. Hər kim, o zaman orada olarsa, o xəzinədən bir şey götürməsin.” (Hədisi Buxari və Müslim rəvayət etmişlər.) (Riyazü’s-salihin min hədisi seyyidi’l-mürselin, İmam Nevevi’, 3/332)
-4-
Yenə Peyğəmbərimiz (s.ə.v), Əfqanıstanın işğal ediləcəyini;
“Talikana (Əfqanıstana) heyif oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla bilən insanlar vardır. Onlar Axırzaman hz. Mehdi (ə.s)-ın köməkçiləridir.” (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 59)
hədisiylə bildirmişdir. Rusların Əfqanıstanı 1979-cu ildə, yəni hicri 1400-cü ildə işğal etməsi bu hədisi təsdiqləmişdir.
-5-
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri kimi Ramazan ayında iki il üst-üstə günəş və ay tutulmalarının olacağını xəbər vermişdir.
“Hz. Mehdi (ə.s) üçün 2 əlamət vardır ki… Bunun birincisi, Ramazanın birinci gecəsi ayın, ikincisi də ortasında günəşin tutulmasıdır.”? (əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
“Hz. Mehdi (ə.s)-ın çıxmasından əvvəl bir Ramazan ayında günəş iki dəfə tutulacaq.” (ölüm-qiyamət-Axirət və Axır Zaman Əlamətləri, səh. 440)
“… Günəşin orucluq ayının ortasında, ayın isə sonunda tutulması…” (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 37)
“Hz. Mehdi (ə.s)-ın gəlişi Ramazan ayında ayın iki dəfə tutulmasına səbəb olacaq.” (Qiyamət Əlamətləri, səj. 200)
Hicri 1400-cü ildə 1981 və 1982-ci illərdə ard-arda və Ramazan ayında günəş və ay tutulmaları reallaşmışdır. 81 və 82-ci illərdə ardıcıl reallaşan bu səma hadisələriylə hədis tam təsdiqlənmişdir.
-6-
Yenə dünyamızın yaxınından ancaq 76 ildən bir keçən Halley kometası 1986-cı ildə, yəni hicri 1406-cı ildə keçmiş və Peyğəmbərimiz (s.ə.v)-in hədisdə;
O gəlmədən əvvəl, şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək. (əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
şəklində bildirdiyi daha bir əlamət də reallaşmışdır.
-7-
Peyğəmbərimiz (s.ə.v) hədisində;
“… AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ. Və heç bir şey onun qarşısında dayana bilməyəcək. Belə bir şey olduqda evinizdə oturun…” (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı səh. 311)
Deyərək, həqiqətən də Azərbaycana aid Dağlıq Qarabağ torpaqları 1988-ci ildə ermənilər tərəfindən işğal edilərək bu hədis də yenə hicri 1400-cü ildə reallaşmışdır.
-8-
1979-cu ildə (hicri 1 məhərrəm 1400-cü ildə) Həcc əsnasında Kəbədə böyük bir qırğın olmuşdur. (1 məhərrəm 1400) Hadisənin meydana gəlmə tarixi hicri 1400-cü ilin ilk günüdür. Həmin vaxtda 30 adam həyatını itirmişdir. Peyğəmbərimiz (s.ə.v) hədisdə;
ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ÇIXACAĞI İL, insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər… Birlikdə Beyti-Şərifi təvaf edəcəklər, sonra Minaya çatdıqda, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cemrəsinin üzərinə axacaq.” (Qiyamət Əlamətləri, səh. 168-169)
şəklində ifadə edərək “hz. Mehdi (ə.s)-ın çıxacağı il” Kəbədə belə əhəmiyyətli bir hadisənin olacağından bəhs edir. “Çıxacağı il” ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də hz. Mehdi (ə.s)-ın çıxacağı tarix 1979-cu ili göstərir. 1979-cu ildə reallaşan bu hadisənin ardından 7 il sonra həcc əsnasında daha bir qanlı hadisə baş verdi. Bu səfər də, 402 adam öldürülmüşdür. Ancaq bu hadisənin ilkindən fərqi son hadisənin Kəbənin içində deyil, yanında reallaşmış olmasıdır. Bu 2 hadisə də hədislərdə hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq izah edilən “Kəbə basqını və Kəbədə qan axıdılması” hadisələriylə eyni şəkildə baş vermişdir.
Bir sıra Axırzaman əlamətləri var və bu əlamətlərin 30 illik bir zaman ərzində reallaşması, həm Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi Axırzamanda yaşadığımızı, həm də bütün müsəlmanlar tərəfindən böyük bir həyəcan və ümidlə gözlənilən hz. Mehdi (ə.s)-ın zühurunu müjdələyirlər. Buna görə də böyük və kiçik əlamətlər adlandırılan əlamətlərin hamısı müsəlmanlar üçün son dərəcə əhəmiyyət daşıyır. Bu əlamətlərdən hər hansı birinin reallaşdığını görmək müsəlmanların ümidlərini gücləndirir, həyəcanlarını artırır və şövqlərini qat-qat yüksəldir.