….Xoşlamadığınız şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun. (Nisa surəsi, 19)
Allah bu ayədə, ilk baxışda mənfi kimi görünən hadisələrdə belə bir xeyir olduğunu xəbər verir. Güclü bir imana sahib, Allahın gücünü lazımi kimi təqdir edə bilən və Ona yaxın olan möminlər, Allahın özləri üçün yaratdığı hər hadisədə təvəkküllü davranar və hər şeydə mütləq xeyir olduğuna inanarlar. Allaha tam təslim olan və Allahın onlar üçün yaratdığı qədərə razı olan möminlər bu əhəmiyyətli sirri bildikləri üçün, qarşılaşdıqları hadisələrdə xeyir və gözəllik axtararlar. Çətinlik dərəcəsi və ya çatışmazlıq kimi görünən heç bir hadisəyə kədərlənməzlər.
Allah, hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox əhəmiyyətli xatırlatmalar edər. Bunları ağıl və hikmət gözüylə dəyərləndirən insanlar üçün ortada çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah Qatından bir dərs, xəbərdarlıq vardır. Bu xəbərdarlıqları fərq etmək və səhv etməkdən çəkinmək Allahın izni ilə insanı sonsuz qurtuluşa aparar.
Ayrıca yaşanan bu mənfi hadisələr, insana acizliyini və möhtaclığını xatırladan, Allaha olan yaxınlığını artıran səbəblərdir. Buna görə bu mənfiliklərə, insana Allahı xatırladan xeyirlər olaraq baxmaq lazımdır. Bu əslində insan üçün çox böyük bir nemət və şükür vəsiləsi, axirəti üçün də çox əhəmiyyətli bir xeyir və gözəllik deməkdir.
İnsanın gündəlik həyatının hər anında reallaşan hadisələrdə xeyir və gözəllik axtarması lazımdır. İnsan hər zaman hər hadisənin ardındakı xeyir və hikməti görməyə bilər. Ancaq, adam belə bir vəziyyətdə görməsə belə mütləq bir xeyir olduğunu bilməli və Allahın ona hadisələrin ardında gizlənən xeyir və hikmətləri göstərməsi üçün dua etməlidir.
Hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona görə bir rəftar göstərmək, möminlərə dünyada və axirətdə böyük bir qazanc təmin edər. Bu sirri bilən möminlər üçün Allahın izni ilə dünyada və axirətdə qorxu və hüzn olmaz.