Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)
Ayədə göylərdə və yerdə olanların hamısının Allahın bir lütfü, bir neməti olduğu xəbər verilir. Allah göylərdə və yerdəki bütün nemətlərini insanların faydasına təqdim etmişdir. Vicdanını istifadə edərək ətrafındakı mükəmməl nizamı idrak edə bilən insanlar üçün bütün kainat, Allaha olan sevgilərini artıracaq səbəblərlə doludur. Yağış gətirən buludlar, yaşamağa əlverişli tək planet olan dünya, kəsilməz olaraq bizə fayda verən günəş, yüzlərlə mineral yerləşdirilərək məhsul almağı əlverişli hala gətirilən torpaqlar və içində milyardlarla canlının yaşadığı dənizlər kimi saymaqla bitməyəcək bir çox nemət ilk baxışda insan həyatı baxımından son dərəcə əhəmiyyət daşıyan və gözlə görülə bilən nemətlərdir. Bununla yanaşı, bizi bir yerdən başqa bir yerə aparan avtomobillər, istifadə etdiyimiz mobil telefonları, kompüterlər, internet, oturduğumuz evlər, kranı açdığımızda axan isti su, tənəffüs etdiyimiz oksigen … Hamısı, Uca Allahın bizim üçün boyun əydirdiyi və işimizi asanlaşdıran gözəlliklər və nemətlərdir.
Allah, bir ayədə insanların, “Onun nemətlərini bir ümumiləşdirmə edərək belə saymağa gücü çatmayacağını” bildirmişdir. (Nəhl surəsi, 18) Allah bu ayəsində insanları sahib olduğu nemətlər üzərində düşünməyə çağırır. Dərin düşünən iman sahibləri Allahın yaratdığı nemətləri və nemətlərdəki təfərrüatları əskiksiz görməyə cəhd edərlər. Hər an, hər dəqiqə Allahı xatırlamaq, zikr etmək, şükür və beləliklə, daha çox sevmək, iman edənlərin ürəklərinin eşq ilə Allaha bağlanmasına vəsilə olacaq.
Allahı eşqlə sevən bir kimsə, heç bir zaman Allahın nemətlərini unutmaz. Günəşin hər səhər yenidən doğuşuna bir nemət olaraq baxar; hər yağış yağdığında, hər yarpaq düşdüyündə, hər yediyi tikədə, hər nəfəs aldığında Allahı xatırlayar. Hər şey ona Allahı xatırladar və Allahın izni ilə heç bir şey ona Allahı unutdura bilməz.
Yaşadığımız dünyanı bizim üçün qüsursuz bir şəkildə Allah yaratmışdır. İnsana düşən isə dünya üzərində bu ehtişamlı strukturları görərək, Allaha qulluq etməyi həyatının ən vacib həqiqəti kimi qəbul etməsi və yalnız bunun üçün çalışmasıdır. Çünki insan saysız-hesabsız nemətə möhtacdır, amma Allah heç bir şeyə ehtiyacı olmayandır.