Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)
Quranda bir çox ayədə insanların nemətlərlə olduğu kimi, sıxıntı və çətin mühitləriylə də qarşılaşa biləcəklərini xəbər verir. Allaha səmimi olaraq iman edən bir insan, bütün hadisələrin Allahın idarəsində və təyin etdiyi qədər istiqamətində yaşadığına qəti olaraq iman edər, Uca Allahın hər çətinliyin arxasınca mütləq bir asanlıq yaradacağına inanır. Allah ayəsində bu həqiqəti müjdələyir.
Allah sonsuz mərhəməti, şəfqəti və ədalətiylə, yaratdığı hər hadisədə həm bir asanlıq edər, həm də hər insanı gücünə görə sınaqlardan keçirər. Allahın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara yüklədiyi məsuliyyətlər hamısı insanların gücü nisbətindədir. Çünki bütün insanları yoxdan var edən Rəbbimiz hər insanın nəyə nə qədər gücünün çatdığını ən yaxşı biləndir. Sonsuz ədalət sahibi olan Allah insana gücünü aşan bir məsuliyyət verməz. Bu, Allahın bir vədidir, Rəhman və Rəhim sifətinin bir təcəllisidir.
Allahın inananlara bir sınaq olaraq verdiyi müxtəlif çətinlik və sıxıntılar qarşısında möminlər həmişə üstün əxlaq göstərərlər və başlarına gələn hər şeyin bir qədər üzrə reallaşdığını bilmənin rahatlığını yaşayarlar. Həyatlarının hər anının sonsuz mərhəmət sahibi olan Rəbbimizin dilədiyi şəkildə reallaşdığını, hər şeyin böyük xeyir və gözəlliklərlə yaradıldığını bilmənin inamı içindədirlər.
Allahın, yaratdığı və şər olaraq görünən bütün hadisələri də müsəlmanların xeyirinə çevirəcəyini bilirlər və Allahın sözünün mütləq reallaşacaq bir vəd olduğuna qəti olaraq inanarlar. Bu, Allaha qəti bir məlumatla inanan və Quranın haqq kitab olduğunu bilən insanların iman şəklidir. İmanlarındaki bu qəti qərarlılıq vasitəsiylə müsəlmanlar, dünya həyatında hər an canlı, şövqlü, imanın gətirdiyi gözəl bir coşğu içində yaşayarlar.