Header

…Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi.(Tövbə surəsi, 118)

Aa4a

…Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi.(Tövbə surəsi, 118)

İnsan bəzi qüsurlara, əskikliklərə, acizliklərə sahib olaraq yaradılmış bir varlıqdır. Özünə verilən ömür müddətində bəzi mövzularda qəflətə düşərək unudub yanıla bilər və bir çox səhv edə bilər. Ayədə, Uca Allahın sonsuz mərhəməti, qullarına bu səhvləri düzəltməsi üçün tövbə kimi böyük bir nemət verdiyi xəbər verilir. Səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər bir insan Allahın özünü bağışlamasını ümid edə bilər. Allahdan bağışlanma diləmək, tövbə etmək saleh bir mömin xüsusiyyətidir. Bu davranışlar möminin Allah qarşısında nə qədər aciz və zəif olduğunu bilməsinin də bir ifadəsidir. Çünki iman gətirənlər səhvləri və əskiklikləri olduğunu və bütün ömürləri boyu da səhv edə biləcəklərini bilərlər, bundan ötəri Allahın rəhmətini istəyərlər.

Möminlər Quranın hökmlərinə uyğun olmayan bir davranışları olduğunda dərhal Allahdan bağışlanma diləyərlər. Çünki Uca Allah Quranda, nə etsələr etsinlər, sonunda etdiklərindən peşman olduqlarında və qəti olaraq tövbə etdiklərində iman gətirənləri bağışlayacağını bildirmişdir.

Mömin, imanı artdıqca öz səhvlərini daha yaxşı anlamağa başlayır. İçində olduğu vəziyyəti daha dəqiq qavradığı, Allah qorxusu çox daha artdığı üçün, bir tərəfdən səhvlərini düzəltməyə, təkrarlamamağa çalışarkən, bir tərəfdən də səhvləri üçün davamlı olaraq bağışlanma diləyir. Məhz şüurlu bir möminin göstərməsi lazım olan davranış budur.

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 17) Allah tövbə edərək günahlarından təmizlənməyi istəyən qullarından razı olduğunu belə bildirmişdir:

“… Şübhəsiz ki, Allah, tövbə edənləri sevər, təmizlənənləri də sevər.” (Bəqərə surəsi, 222)

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313