Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 il sonra gözlənilir
İmam Rəbbani həzrətləri Məktubati-Rəbbani adlı əsərində 261-ci məktubda hz. Mehdi (ə.s)-ın, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçdikdən sonra, “min ilə ikinci min il arasında” gələcəyini bildirir:
(İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 1-ci cild, 261. Mektub, səh. 628)
Burada imam Rəbbani çox açıq və aydın bir şəkildə öz vəfatından sonra deyil, Peyğəmbərimiz (s.ə.v)-in irtihalından, yəni vəfatından sonra deyir. Bu ifadə əhəmiyyətlidir, çünki bəzi insanlar imam Rəbbani həzrətlərinin heç bir şərhə məhəl qoymayacaq qədər dəqiq olan “yəni Rəsulullah əfəndimizin irtihalından (vəfat etməsindən) etibarən” ifadəsini “imam Rəbbaninin vəfatından sonra” şəklində səhv şərh edir.
Hz. Mehdi (ə.s)-ın zühurundan narahat olan haqqında danışılan kəslər özlərinə görə hz. Mehdi (ə.s)-ın çıxışını mümkün qədər irəlidəki illərə təxirə salmağa və bu şəkildə də öz ağıllarına görə 500-600 il qazanmağa çalışırlar.
Halbuki, imam Rəbbani həzrətlərinin yuxarıdakı şərhlərinə görə, inşaAllah hz. İsa (ə.s) və hz. Mehdi (ə.s), bu min ilə ikinci min il arasında gələcəklər. (yəni hicri 1400-cü illərdə.) Ümmətin ömrü Rəsulullah (s.ə.v)-dən intiqal edən (nəql edilən) rəvayətlərə görə hicri 1500-cü ili keçməyəcək.
Ətraflı məlumat üçün baxın:
HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNUN GUYA BİR SONRAKİ ƏSRƏ QALDIĞI
YƏNİ ÖZÜNÜN HİCRİ 1400-CÜ İLDƏ ZÜHUR ETMƏYƏCƏYİ İDDİASINDA OLANLARA CAVABLAR