Hz. Mehdi (ə.s)-ın mübarizəsində Məkkə dövrü Roma dövrü olacaq
Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi kimi Mədinədə, yəni böyük bir şəhərdə doğulacaq. Mədinənin lüğətdəki mənası böyük şəhər deməkdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən digər bir hədisdə doğum yeri olaraq Kara deyilən bir kəndə də işarə edilmişdir.
Hz. Mehdi (ə.s)-ın doğumu gizli olacaq yəni Axırzamanın böyük Mehdisi xəstəxanada deyil, evdə doğulacaq. Hz. Mehdi (ə.s)-ın bu vəziyyəti Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisdə aydın bir şəkildə bildirilmişdir.
Hz. Mehdi (ə.s)-ın fikri mübarizə apardığı mərkəz isə İstanbul olacaq. İmam Kurtubinin Tezkirəsində hz. Mehdi (ə.s)-ın İslam
ölkələrinin qərb tərəfindən çıxacağı ifadə edilmişdir. Hz. Mehdi (ə.s) İslam ölkələrinin qərb istiqamətində yerləşən böyük bir şəhərdə yəni Mədinədə doğulacaq mübarizə vaxtı gəldikdə isə bu şəhərdən çıxıb dənizi keçərək İstanbula gələcəkdir.
Hətta hədisdə; dənizdə quru bir yol açılacağı deyilərək körpüyə işarə edilmiş, hz. Mehdi (ə.s)-ın körpüdən keçərək İstanbula gələcəyi xəbər verilmişdir. Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də hz. Mehdi (ə.s)-ın İstanbula gələcəyini və İstanbulu mənəvi fəth edəcəyini Qiyamət əlamətləri adlı əsərində bildirmişdir.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdən və ustad Səid Nursinin şərhlərindən də hz. Mehdi (ə.s)-ın dəlalət və dəccaliyyət sistemini; darvinizm, materializm və ateizm kimi Quran əxlaqına qarşı mübarizə aparan dəccali fəlsəfələri, cahiliyyə sistemini fikirlə məğlub edəcəyi yerin İstanbul olduğu aydın olur.
Hz. Mehdi (ə.s)-ın Məkkədə olduğu dövr isə Quran əxlaqının dünya hakimiyyətinin reallaşması baxımından əhəmiyyətli bir dövr olacaq. Müsəlmanların öndə gələnlərinin; bütün müsəlmanlar adına mənəvi bağlılıqlarını, sevgilərini ifadə edəcəkləri dövr, onun Məkkədə olduğu dövrdür. Ancaq Məkkə dövrü hz. Mehdi (ə.s)-ın mübarizəsinin son illərinə təsadüf edəcəkdir. Ustad hz. Mehdi (ə.s)-ın bu dövrünü siyasət və səltənət dövrü olaraq adlandırmışdır. Onun zühurunun son illəri olan Məkkə dövründə İslam əxlaqının dünya hakimiyyəti reallaşacaq.
Hz. Mehdi (ə.s), Məkkədə olduğu bu dövrdən sonra Qüdsdə də uzun bir müddət iqamət edəcək. Qüdsdə hz. Süleymanın məscidini yenidən inşa edəcək, xristianlara İncilin, yəhudilərə Tövratın əsli ilə, müsəlmanlara isə Quran əxlaqına görə davranacaq.
Hədislərdə açıq şəkildə bildirildiyi kimi hz. Mehdi (ə.s), bir sonrakı dövründə Romanı da mənəvi idarəsi altına alacaq.
Mövzuyla əlaqədar hədislər
HZ. MEHDİ (Ə.S) BÖYÜK BİR ŞƏHƏRDƏ DOĞULACAQ
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mehdi, MƏDİNƏDƏN (BÖYÜK ŞƏHƏRDƏN) ÇIXACAQ və Məkkəyə gələcək….” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Həmçinin, Risalətül huruc ül Mehdi, adlı əsərin 69-cu səhifəsində hz. Mehdi (ə.s)-in “Kara kəndindən çıxacağı” ifadə edilmişdir.
HZ. MEHDİ (Ə.S.)-IN DOĞUMU EVDƏ OLACAQ
İmam Zeyn -ul Abidin əleyhissalam belə buyurmuşdur: “Bizim Qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə doğumunun gizli olması (doğumunun evdə olmasından) və xalqdan uzaq dayanmasında; Musa ilə qorxu halı (hz. Mehdiyə istiqamətli təhlükələrin sıxlığıyla; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç-içə olmasıyla) və gizli yaşamasında (davamlı gizlənərək yaşamasında);
İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, ‘ Mehdi gələcək’, bir qisminin də ‘ gəlməyəcək’ deməsində); Əyyub ilə bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qıyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, Mehdinin yanında olmasıyla), bənzərliyi vardır. ” (Kemal’ud-Din s. 322, 31. babin 3-cü hədis)
Hz. Əli ibn Hüseyn Zeynəl Abidin (ə.s) belə buyurur: “QAİMİMİZ (HZ. MEHDİ (Ə.S)-IN) DOĞUMU İNSANLARA GİZLİ QALACAQ…” (Bihar-ül Envar, cild 51, səh. 135)
HZ. MEHDİ (Ə.S) İSTANBULU MƏNƏVİ FƏTH EDƏCƏK
Hz. İbn Amr (r.ə.)-dən rəvayət edilmişdir:
Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Ey Ümmət ! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz (altıncısı) Mədinənin (şəhərin) fəthi.
– DEYİLDİ Kİ: HANSI MƏDİNƏ? (HANSI ŞƏHƏR ?)
– BUYURDU Kİ: Konstantİnopol
(Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, 204 Ramuz-el Ehadis, 296)
HZ. MEHDİ (Ə.S) PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə AİD MÜQƏDDƏS ƏMANƏTLƏRİN OLDUĞU İSTANBULDAN ÇIXACAQ
Abdullah ibn Şurefədən rəvayət edildi ki: Mehdinin yanında bəzədilmiş bir halda Peyğəmbərimiz (s.ə.v)- in bayrağı olacaq (Kitab-ül Burhan Fi Alamet-il Mehdiy-il Ahir Zaman, səh. 65)
Peyğəmbər (s.ə.v)-in bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlı olub, tikişsizdir və rəngi də qaradır. Onda bir hicr (hala) tapılar. O Rəsulullah (s.ə.v)-in vəfatından bəri açılmamış olub, Mehdi çıxınca açılacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiy-il Ahir Zaman, s.23).
Əlamətlərə gəldikdə; özü Allah Rəsulu (s.ə.v)-in köynəyi, qılıncı, bayrağı olacaq. O bayraq ki, Peyğəmbər (s.ə.v)-in vəfatından bu günə qədər heç açılmamışdır. Mehdinin zühuruna qədər də açılmayacaq. (Kıyamet Alametleri, səh. 164)
HZ. MEHDİ (Ə.S) DOĞULDUĞU BÖYÜK ŞƏHƏRDƏN ÇIXIB, KÖRPÜNÜ KEÇƏRƏK İSTANBULA GƏLƏCƏKDİR
“Konstontinopolun fəthi əsnasında səhər namazı üçün dəstəmaz alarkən bir bayraq sancacaq. Dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu izləyən hz. Mehdi (ə.s) qarşı sahilə keçəcək. Sonra bir bayraq daha sancacaq və deyəcək: Ey insanlar, ibrət alın. Dəniz İsrail övladına necə yol verirsə, bizə də elə yol verdi. Ondan sonra hamısı təkrar-təkrar təkbir gətirəcək və 12 təkbir ilə şəhərin 12 bürcü də düşəcək.” (El-Kavl-ül Muhtasar fi Alametil Mehdiyyül Muntazır, səh. 57)
HZ. MEHDİ (Ə.S) XİLAFƏT MƏRKƏZİNİN ƏVVƏLLƏR OLDUĞU YERDƏN, YƏNİ İSTANBULDAN ÇIXACAQ
İndi, hz. Mehdi kimi eşhasın (şəxslər) haqqındakı rəvayətin ixtilafatı və sirri (hz. Mehdi (ə.s.) kimi şəxslər haqqında fərqli xəbərlər olmasının səbəbi) budur ki: Hədis təfsir edənlər (hədisləri açıqlayanlar), mətn-i -əhadis təfsirlərinə və istinbatlarına tətbiq etmişlər (hədis mətnlərini öz anlayışlarına və üfüqlərinin genişliyinə bağlı olaraq şərh etmişlər). Məsələn:
Mərkəz-i səltənət o vaxt Şamda və ya Mədinədə olduğundan (rəhbərlik mərkəzi o zaman Şam şəhərində və ya Mədinə şəhərində olduğundan), vukuat-ı hz. Mehdiyə və ya Süfyaniyyəyi mərkəz-i səltənət ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir etmişlər. (Hz. Mehdi (ə.s.) və ya Süfyanla əlaqədar hadisələrin rəhbərlik mərkəzi (və ya mərkəzi şəhər) ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə zənn edərək elə şərh etmişlər).” (Sözler, səh. 359)
“Mərkəz – i Xilafət köhnə zamanda İraqda, Şamda və Mədinədə olduğundan ravilər öz ictihadlarıyla daimi elə qalacaq kimi məna verib, (Xilafətin mərkəzi (rəhbərlik və ya inzibati mərkəz) əvvəldən İraqda, Şamda və Mədinədə olduğundan, hədislərlə bağlı xəbərləri çatdıran, öz şərhləri ilə sanki həmişə elə qalacaqmış kimi mənalandırıb) “Mərkəz – i Xilafət – i İslamiyə” yaxınlarında təsvir etmişlər, Hələb və Şam demişlər (rəhbərlik mərkəzi yaxınlarında olaraq vurğulamış, Hələb və Şam demişlər). Hədisin qısa xəbərlərini öz ictihadlarıyla çatdırmışlar.” Hədisdəki qısaldılmış öz izahatı bu şəkildə öz anlayışlarına görə açıqlayıb şərh etmişlər.) (Şualar, səh. 492)
Rəvayətlərdə fərqli şəhərlər deyilsə də, Axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin Peyğəmbərimiz (s.ə.v)-in iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlərin də olduğu, xilafət mərkəzində reallaşdığıdır. Bədiüzzamanın ifadələrindən də aydın olduğu kimi, Axırzaman hədislərini köçürən alimlər, Axırzaman hadisələrini öz dövrlərindəki xilafət mərkəzlərini əsas götürərək köçürmüşlər.
Eyni zamanda, hz. Mehdi (ə.s)-ın çıxacağı yer haqqında hər alim öz zamanının xilafət mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri ifadə etmişdir. Hz. Mehdi (ə.s)-ın çıxış yeri haqqında rəvayətlərin fərqli olmasının səbəbi də budur. Çünki hədisi köçürən bu ravilərin ictihad, məlumatları və fikirləri zamanla müxtəlif rəvayətlərə qatılaraq (gətirilib çatdıranların fikirləri ilə qarışaraq) dövrümüzə qədər çatmışdır. Necə ki, Peyğəmbərimiz (s.ə.v.)-dən dövrümüzə qədər xəlifəlik mərkəzinin olduğu yer, Şam, Hələb, Kufə, Məkkə və ən son İstanbul olmaqla bir çox dəfə dəyişmişdir.
Ancaq, Axırzaman hadisələrinin baş verdiyi yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin xilafət mərkəzində reallaşdığıdır.
Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Bilindiyi kimi, son xilafət mərkəzi İstanbuldur. Xəlifəlik bu əsrin əvvəllərində rəsmi olaraq ləğv olunmuşdur və o gündən bu yana dünya üzərində başqa heç bir yerə də köçürülməmişdir. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbuldadır. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur. Bu səbəbdən, hz. Mehdi (ə.s)-ın də buradan çıxması gözlənilir (Doğrusunu Allah bilir).
HZ. MEHDİ (Ə.S.) MƏKKƏDƏ BEYƏT EDƏCƏK
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mehdi, MƏDİNƏDƏN (böyük bir şəhərdən) çıxacaq və MƏKKƏYƏ gələcək. İnsanlar onu, öz aralarından (tanıyıb) ortaya çıxaracaqları və o, istəmədiyi halda rükn ilə məqam arasında ona beyət edəcəklər.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Naim ibn Hammad, Əbu Cəfərin belə rəvayət etmişdir;
“Hz. Mehdi (ə.s), Məkkədə Peyğəmbərimizin bayrağı, köynəyi, qılıncı, əlamətləri, nuru və gözəl ifadəsiylə şam vaxtında çıxar. Axşam namazını qılanda yüksək səslə bu çağırışı edər…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
İnsanlar, nəhayət, Mehdiyə gələrlər və rükn ilə məqam arasında, özü istəmədiyi halda ona beyət edələr. “Əgər qəbul etməzsənsə, boynunu vurarıq” deyərlər. Yer və göy əhli ondan razı olar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler -Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 31)
… Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxararlar. Hacər-i Əsvədlə Məqamı İbrahim arasında ona beyət edərlər. (Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
… Və sonra istəmədiyi halda beyətini qəbul edər. Əgər siz ona çatarsanız, ona beyət edin. Çünki o yerdə də, göydə də Mehdidir. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)
HZ. MEHDİ (Ə.S.)-IN QÜDS DÖVRÜ
Naim ibn Hammad, Ertahdan təxric etdi, dedi: HZ. MEHDİ (Ə.S) BEYTUL-Müqəddəs (Qüdsə) ENƏR VƏ MİLLƏT VERDİYİ ƏHLİ-BEYTİNDEN GƏLƏNLƏRLƏ UZUN BİR MÜDDƏT YAŞAYAR…. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 77)
Hz. Mehdi möminlərlə birlikdə Beytul-Müqəddəs (Qüds) səhər namazı qılarkən, o sırada nüzul edən (yer üzünə enən) hz. İsanı təqdim edəcək və hz. İsa əllərini, onun (hz. Mehdinin) çiyininə qoyaraq, “Namazın qaməti (fərz namazı qılmaq üçün oxunan azan, namaza başlama işarəsi) sənin üçün gətirildi, buna görə sən qıldır” deyəcək və nəhayət, hz. Mehdi, hz. İsa və möminlərə imam olaraq namazı qıldıracaq. (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 25)
Əbu Əmr və Dani Sünəndə Cabir ibn Abdullahdan təxric etdilər, dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: İsa İbni Məryəm, fəcrin doğulması əsnasında, Beytul –Müqəddəsdə hz. Mehdi (ə.s) üzərinə nüzul edənə qədər mənim ümmətimdən bir tayfa haqq ilə mübarizə edəcək. O zaman hz. Mehdi (ə.s) deyəcək: “Ey Allahın Peyğəmbəri keç önə bizə namazı qıldır” O (hz. İsa) isə, “Bu ümmətin biri (HZ. MEHDİ (Ə.S)) digərinə əmirdir” deyər. (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), səh. 80, Tercüme: Müşerref Gözcü – Kahraman Neşriyat)
HZ. MEHDİ (Ə.S) YƏHUDİLƏRƏ TÖVRATIN ƏSLİ İLƏ, XRİSTİANLARA İSƏ İNCİLİN ƏSLİ İLƏ HÖKM EDƏCƏK
Cabir ibn. Yezid əl- Cofi, İmam Məhəmməd Baqirdən rəvayət edir:
“… Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s.) deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq və YƏHUDİLƏR ARASINDA TÖVRATLA XRİSTİYANLAR ARASINDA İNCİL İLƏ hökm edəcəkdir. (El-Mehdiyy-il Mev’ud, cild 1, səh. 254-255)
“Ona Hz. Mehdi (ə.s) deyilməsinin səbəbi, Şamda olan dağlardan birinə yönəlməsidir. Oradan (həqiqi) Tövrat kitablarını çıxaracaq, yəhudilərə qarşı DƏLİL toplayacaqdır. (Suyuti, el-Havi li’l Feteva, II. 81)
HZ. MEHDİ (Ə.S) ROMANI MƏNƏVİ İDARƏSİ ALTINA ALACAQ
“… Hz. Mehdi (ə.s.) və tələbələri… (Romanı) təsbih və təkbirlə mənəvi fəth edəcəklər…”
(Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 204)
(Suyuti, el-Havi li’l Feteva, II. 81)