Hz. Mehdi (ə.s)-ın Məkkə dövrü
Hz. Mehdi (ə.s)-ın Məkkə şəhərində keçirəcəyi dövr İslam əxlaqının hakimiyyəti dövrü olacaq. Müsəlmanların irəli gələnləri, bütün müsəlmanların hz. Mehdi (ə.s)-a olan mənəvi bağlılıqlarını və sevgilərini mənəvi beyət yeri olan Məkkə şəhərində özünə təqdim edəcəklər. Müsəlmanlar baxımından mənəvi dəyəri çox yüksək və müqəddəs bir məkan olduğu üçün Allah (c.c) hz. Mehdi (ə.s)-a beyət üçün Məkkə şəhərini seçmişdir (Doğrusunu Allah bilir). Hz. Mehdi (ə.s)-a bu şəhərdə ediləcək beyətlə əlaqədar rəvayət edilən hədislərdən bəziləri belədir:
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Mehdi, MƏDİNƏDƏN (BÖYÜK BİR ŞƏHƏRDƏN) çıxacaq və Məkkəyə gələcək. İnsanlar onu, öz aralarından (tanıyıb) ortaya çıxaracaqlar və o, istəmədiyi halda Rükn ilə Mövqe arasında ona beyət edəcəklər.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində mədinə sözünü şəhər mənasında işlətdiyi Peyğəmbərimiz (s.ə.v)–dən rəvayət edilən aşağıdakı digər bir hədisdən də aydın olur:
Hz. İbni Əmr (r.ə)-dən rəvayət edilmişdir: Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Ey Ümmət! Altı şey vardır ki; onlar olmadan qiyamət qopmaz (altıncısı) mədinənin (şəhərin) fəthi. -Deyildi ki: HANSI MƏDİNƏ? (HANSI ŞƏHƏR?) -Buyurdu ki: KonstantİnopoL. (Kıyamet Alametleri, s. 204 Ramuz-el Ehadis, 296)
Hz. Mehdi (ə.s)-a Məkkə şəhərində müsəlmanlar tərəfindən mənəvi bağlılığın və sevginin ifadə ediləcəyini bildirən digər hədislər isə belədir:
Naim ibn Hammad, Əbu Cəfərdən belə rəvayət etmişdir; “Hz. Mehdi (ə.s.), Məkkədə Peyğəmbərimizin bayrağı, köynəyi, qılıncı, işarələri, nuru və gözəl ifadəsiylə şam vaxtında çıxar. Şam namazını qılıb yüksək səslə bu müraciəti edər…” Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar
İnsanlar sonunda Mehdiyə doğru gəlirlər və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda ona beyət edərlər. “Əgər qəbul etməzsənsə, boynunu vurarıq” deyərlər. Yer və göy əhli ondan razı olar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler -Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, Sf. 31)
… Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxararlar. Həcəri Əsvədlə Mövqeyi İbrahim arasında ona beyət edərlər. (Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, sf. 20)…
Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız, ona beyət edin. Çünki o yerdə də, göydə də Mehdidir. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, sf. 35)
Məkkə şəhərinin müsəlmanlar baxımından bir çox əhəmiyyətli tərəfləri vardır. Müsəlmanların müqəddəs yığıncaq yeri olan Kəbənin Məkkə şəhərində olması etibarilə də Allahın hz. Mehdi (ə.s)-a beyət üçün Məkkə şəhərini seçməsi müsəlmanlar baxımından son dərəcə hikmətli və gözəl bir seçimdir.
MƏKKƏ ŞƏHƏRİNİN MÜSƏLMANLAR ÜÇÜN DAŞIDIĞI BƏZİ MƏNƏVİ MƏNALAR:
• Məkkə Peyğəmbərimiz (s.ə.v)-in doğulduğu şəhərdir.
• İslamiyyətin ilk doğulduğu şəhər Məkkədir.
• Müsəlmanların görüş yeri Məkkədəki Kəbədir.
• Yenə Peyğəmbərimiz (s.ə.v)-ə ilk vəhy Məkkə yaxınlarındakı Hira dağında gəlmişdir.
• Yer üzündə inşa edilən ilk məscid Məkkədəki Məscidül-Həramdır.
• Bundan başqa, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə “Ziyarətlər ancaq üç məkana edilər. Məkkədəki Məscidül-Hərama, Mədinədəki mənim bu məscidimə və Qüdsdəki Əl-Əqsa məscidinə.” buyurmuşdur. Rəsulullahın bu hədisi ilə bu üç şəhər, İslamda müqəddəs yer kimi elan edilmişdir. 1 Bu hədis düşünüldüyündə, hz. Mehdi (ə.s)-ın da beyətləri Məkkə şəhərində qəbul edəcəyi son dərəcə mənalıdır.
• Hz. İbrahim (ə.s), Allahın əmri üzərinə Məkkədə Kəbəni tikdikdən sonra, insanları Allaha ibadət etmək üçün bu şəhərə dəvət etmişdir.
• Allahın müsəlmanlara fərz etdiyi Həcc ibadətini yerinə yetirmək üçün müsəlmanların görüş yeri kimi Allah Məkkəni seçmişdir. Məkkə və ətrafı Haram bölgəsi qəbul edilmişdir.
• Məkkə sevimli Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bütləri qıraraq bütpərəstliyi yerlə yeksan etdiyi, tövhid inancını təbliğ etdiyi yer olması baxımından da son dərəcə əhəmiyyətlidir.
• Bir çox səhabə, Peyğəmbərimiz (s.ə.v)-ə ilk olaraq Məkkədə beyət edərək müsəlman olmuşlar.
• Həcc mövsümündə 12 adamdan ibarət olan Mədinəli bir qrup Peyğəmbərimiz (s.ə.v)-ə Məkkənin Akabe bölgəsində beyətlərini təqdim edərək müsəlman olmuşlar. Sonrakı il isə yenə həcc dövründə bu səfər 72 adam gəlib eyni yerdə müsəlman olmuşlar. İslam tarixində bu gözəl hadisə 1-ci və 2-ci Akabe Beyətləri adlandırılmışdır.
• Peyğəmbərimiz (s.ə.v)-in babası Əbdülmüttəlib, əmisi Əbu Talib, xanımı hz. Xədicə anamız, Peyğəmbərimiz (s.ə.v)-in kiçik yaşında ölən oğulları Qasım və Abdullahın, bir çox səhabə və İslam böyüklərinin qəbirləri Məkkədəki Cənnətül Mala da var.
• Peyğəmbərimiz (s.ə.v)-in Məkkədən Mədinəyə hicrət edərkən hz. Əbubəkr ilə birlikdə Məkkəli inkarçılardan gizlənmək üçün yerləşdikləri Sevr mağarası Məkkədəki Sevr dağındadır.