Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın bir şəxs olduqlarını ifadə etmişdir
Halbuki, demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılar, lakin insanların iradələri əlindən alınmaz. (1) ELƏ İSƏ O EŞHAS (yəni Axırzamanın vacib şəxsləri -HZ. MEHDİ (Ə.S) və HZ. İSA (Ə.S)), hətta o Dəccal da ÜZƏ ÇIXDIĞI VAXT (2)ÇOXLARI, hətta özü də BİDAYƏTƏN (BAŞLANĞICDA) Dəccal olduğunu BİLMƏZ. (3) BƏLKƏ NURU–İMANIN DİQQƏTİYLƏ, O EŞHASI AXIRZAMAN (yəni Axırzamanın vacib şəxsləri HZ. MEHDİ (Ə.S) və HZ. İSA (Ə.S)) TANINA BİLƏR. (Hz. Mehdi (ə.s), hz İsa (ə.s) yalnız dərin iman sahibi bəzi möminlərin diqqətləriylə tanına biləcək.) (Sözlər, səh. 343-344)
(1) “…ELƏ İSƏ O EŞHAS (yəni Axırzamanın vacib şəxsləri -HZ. MEHDİ (Ə.S) və HZ. İSA (Ə.S))… ÇIXDIĞI ZAMAN…
Ustad Axırzamanda zühur edəcək hz. Mehdi (ə.s) və yenə Axırzamanda nüzul edəcək hz. İsa (ə.s)-a diqqət çəkir. Səid Nursi həzrətləri burada bu iki möhtərəm şəxsdən bir şəxsi mənəvi kimi bəhs etməmişdir. Əksinə onlar üçün “o eşhas” yəni “şəxslər” ifadəsini istifadə edərək hz. Mehdi (ə.s) və hz. İsa (ə.s.)-ın bir adam, bir şəxs olduqlarını və Axırzamanda gələcəklərini ifadə edir.
(2) …ÇOXLARI, hətta özü də BİDAYƏTƏN (BAŞLANĞICDA) Dəccal olduğunu BİLMƏZ…
Ustad Səid Nursi həzrətləri, onları görəcək bir çox insanın hz. Mehdi (ə.s) və hz. İsa (ə.s.)-ı başlanğıcda tanımayacaqlarını, hətta əvvəllər bu şəxslərin özlərinin belə bu həqiqəti bilməyəcəklərini ifadə etmişdir. Ancaq bu şəxslər daha sonrasında Allahualəm deyilərək zənni-qaliblə aydın olacaqlar. Ustadın burada bəhs etdiyi kəslərin bir şəxs olduqları isə çox açıqdır.
(3) BƏLKƏ İMAN NURUNUN DİQQƏTİYLƏ, O EŞHASI AXIRZAMAN (yəni Axırzamanın vacib şəxsləri HZ. MEHDİ (Ə.S) və HZ. İSA (Ə.S)) TANINA BİLƏR. (Hz. Mehdi (ə.s), hz İsa (ə.s) yalnız dərin iman sahibi bəzi möminlərin diqqətləriylə tanına biləcək.)
Ustad, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s.)-ın ilk əvvəl ancaq bəzi dərin iman sahibi müsəlmanların diqqətli analizləri ilə tanına biləcəklərini ifadə etmişdir. Ancaq bir insan, bir şəxs, insanlar tərəfindən tanına bilər, aydın ola bilər, seçilə bilər. Bu müsəlmanlar, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hz. Mehdi (ə.s) və İsa (ə.s) ilə əlaqədar əlamətlərdən, bu kəslərin Axırzamanın vacib şəxsləri olduqlarını anlayacaqlar. Peyğəmbərimiz (s.ə.v)-in hədisi şəriflərindəki təyin etdiyi, Axırzamanda gələcək hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın bir şəxs olduqları açıq bir şəkildə aydın olur.