Hz. Xızır (ə.s) ilə heç kim bacara bilməz. Dəccal da Xızır (ə.s)-dan dəhşətli dərəcədə qorxar.
(Adnan Oktarın 27 Avqust 2010-cu il tarixli Kocaeli TV reportajından bir bölüm.)
Hz. Xızır (ə.s), iddia edilən Ergenekon təşkilatının şifrəli olmasına necə vəsilə olmuşdur?
Hz. Xızır (ə.s), hz. Mehdi (ə.s)-a elmi mübarizəsində necə kömək edir?
İman etməyənlər hz. Xızır (ə.s) –dan niyə çox qorxarlar?
Hörmətli Adnan Oktar, hz. Xızır (ə.s)-ın daha əvvəl bilinməyən hansı xüsusiyyətlərini açıqlamışdır?
Hörmətli Adnan Oktar, Hz. Musa (ə.s)-ın hz. Xızır (ə.s)-a etiraz etdiyi mövzular ilə öz taleyi arasındakı bənzərliklər haqqında hansı yeni məlumatlar vermişdir?
“Qatımızdan özünə bir rəhmət verdiyimiz və tərəfimizdən özünə bir elm öyrətdiyimiz qullarımızdan bir qul.” (Kəhf surəsi, 65)
Burada bildirilən qul hz. Xızır (ə.s)-dır.
Bu ayədə keçən hz. Xızır (ə.s) mövzusunda bütün Əhli Sünnə alimləri həmfikirdir. Hörmətli Adnan Oktar reportajlarında “Ledün elminə” sahibi olan Hz. Xızır (ə.s)-ın Quranda bildirilən xüsusiyyətləri, üstün elmi və vəzifələri haqqında təfsilatlı olaraq şərhlər verir və bütün Müsəlmanları bu mübarək adam haqqında məlumatlandırır. Hörmətli Adnan Oktar hz. Xızır (ə.s)-ın elmini, hal-hazırda yaşadığımız axır zamandakı vəzifələrini, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) ilə İslam əxlaqının yer üzündə yayılması üçün birlikdə mübarizə etdiklərini belə izah etmişdir:
Hz. Xızır (ə.s) hər bir əhəmiyyətli hadisənin içindədir
“Əgər deməmişəmsə indi deyirəm, bilin. Hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s) birlikdə namaz qılacağı kimi mühüm bir hadisədən hz. Xızır (ə.s) uzaq durmaz. Belə bir hadisəni buraxması mümkün deyil, inşaAllah. Yəni, mütləq oradadır. Amma xalq onu tanımaz. Yəni, hz. Xızır (ə.s) hər bir mühüm hadisənin içindədir. Dövlətlərin qurulmasında, dövlətlərin yıxılmasında da iştirak edir. Hz. Mehdi (ə.s) dövründə, yəni indi də hz. Xızır (ə.s) vəzifə başındadır inşaAllah.” (Hörmətli Adnan Oktarın 14 Mart 2010-cu il tarixində www.Harun-Yahya.tv də canlı olaraq yayınlanan reportajından.)
Hz. Xızır (ə.s) çox az adamın gözünə görünər
“Hz. Xızır (ə.s)-ı çox az insan görər. Yəni hər kəslə görüşməz. Onu həddindən artıq çox az insan görər. Hz. Mehdi (ə.s)-ın, hz. İsa Məsih (ə.s)-ın hz. Xızır (ə.s)-la əlaqəsi olacaq, hətta övliyalardan da şəxslər olacaq. Üçlər, yeddilər, qırxlar deyilən varlıqlar vardır. Bəzən də onlarla görüşər. Yəni, elə tez-tez ortaya çıxan, tez-tez görüşən bir adam deyil, nazlıdır inşaAllah.” (Hörmətli Adnan Oktarın 2 Noyabr 2009-cu il tarixində Adıyaman Asu və Kral Qaradəniz TV-də canlı olaraq yayınlanan reportajından.)
Hz. Mehdi (ə.s) hz. Xızır (ə.s)-la görüşdüyünü bilməz
Hz. Xızır Əleyhissalam hz. Mehdi (ə.s) ilə tez-tez görüşmüşdür. Hz. Mehdi (ə.s)-ın isə xəbəri belə olmaz. Məsələn, hz. Xızır (ə.s) onunla Hüseyn Əmi (yaxın bir insan cildinə girərək) tərzində görüşdüyünü deyəcək. Hz. Mehdi (ə.s)-ın isə xəbəri belə olmaz. Hz. Xızır (ə.s) bəzi yerlərdə əşya olaraq görünə bilir. Hz. Mehdi (ə.s) bunu haradan bilə bilər? Əlbətdə ki, bilə bilməz. Hz. Mehdi (ə.s) axıra kimi, yəni vəfatına qədər də elə bir şeyi (yəni hz. Xızırla görüşdüyünü) bilməyəcək. Heç bir şəkildə də belə bir iddiası olmayacaq. Amma hüsnü zənnlə, “Allah razı olsun, inşaAllah elə olaram” deyər. (Hörmətli Adnan Oktarın 5 Mart 2010- cu il tarixində www.HarunYahya.tv də canlı olaraq yayınlanan reportajından.)
Hz. Xızır (ə.s) dövlət qurulmalarında və dağılmalarında iştirak edər, İstanbulun fəthində də şəxsən vəzifə almışdır.
APARICI: Bu qədər çox yer fəth edildi, yalnız İstanbul haqqında hədisi şərif olması sizcə hz. Mehdi (ə.s)-ı işarə edir?
ADNAN OKTAR: Təbii ki, inşaAllah. Hədisdə:” Konstantinopol fəth ediləcək. Oranı fəth edən əsgər nə gözəl əsgərdir. Oranı fəth edən komandir nə gözəl komandirdir “– deyilir. Fateh Sultan Mehmet bunu eşitdikdə çox həyəcanlandı maşaAllah. Ağşəmsəddin müəllimimiz çox dərin düşüncəli, möhtəşəm bir insan idi. İstanbulun fəthində hz. Xızır (ə.s) vəzifələndirilmişdir. Ağşəmsəddin hz. Xızır (ə.s)-ı bir qıraqda oturarkən görmüşdür.
APARICI: Onların da mənəvi köməkçiləri olmuşdur.
ADNAN OKTAR: Hz. Xızır (ə.s) dövlətlərin dağılmasında, qurulmasında vəzifələndirilər. Məsələn, Osmanlının dağılmasında da vəzifədə idi, iş başında idi. Dövlət quruluşlarında da vəzifədə olar. Quranda da bu açıqca ifadə edilir, Kəhf surəsinə baxanlar görərlər. Yəni bir dövlətin dağılmasına qərar verildiyində və yaxud qurulmasına qərar verildiyində hz. Xızır (ə.s) mütləq orada olar. Yəni 40-lar, 7-lər, oradakı yüksək mövqelərdəki dövlət adamlarının başındadır. Bizim bilmədiyimiz mənəvi sultanlar vardır. Vəzifə əhlindən olanlar vardır. (Hörmətli Adnan Oktarın 1 Noyabr 2009-cu il tarixdə Kayseri TV və Kanal 35 də canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s) Ledün elminin mürşididir
“Ledün Elminin ustadı olduğunu söylədim. Ledün Elminin, Batını Elminin ustadıdır və bunu dəfələrlə izah etmişəm. Müəllimdir, mürşiddir. Ledün elminin mürşididir. Amma eyni zamanda da bənnadır.” (Hörmətli Adnan Oktarın 3 Aprel 2010-cu il tarixində www.HarunYahya.tv də canlı olaraq yayınlanan reportajından)
Hz. Xızırın (ə.s) bir xüsusiyyəti də bənna ustası olmasıdır
“Onlar orada uçulmaq üzrə olan bir divar gördülər…” (Kəhf Surəsi, 77)
Bu ayədəki divar eyni zamanda hz. Süleyman (ə.s)-ın məscidinin divarına da işarə edir. Bu divarın yenilənməsinə, abadlaşmasına da işarə edir. Yəni o məscid hz. Mehdi (ə.s) tərəfindən yenidən abadlaşdırılacaq. Hz. Süleyman (ə.s)-ın məscididir və bu rəvayətlərdə var. Amma, baxın, burada hz. Xızır (ə.s)-ın bir xüsusiyyətini görürük. Quranda, “Dərhal onu tikdi”- keçir. Yəni hörgü ustası (bənna) olması aydın olur. Bu ayə eyni zamanda hz. Mehdi (ə.s)-ın bütün massonlara da hakim olacağını bildirir. Yəni, hz. Mehdi hamısını dinə gətirəcək, hamısının iman etməsinə vəsilə olacaq, hamısının Müsəlman olmasına səbəb olacaq və bütün bənna ustalarını da özünə tabe edəcək. Onlar əsrlərdən bəri, min illərdir ki, Adonu gözləyirlər. Onların lideridir o. Yəni əfsanələrində onların lideri Adon adlı biri olacaq. Min illərdir ki, onu gözləyirlər.
“Dərhal onu tikdi (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. “. Burada onun pulsuz divarı tikməsi bildirilir. Bunu da Allah rizası üçün, bir hikmətlə və ödəniş almadan edir. Bu hz. Mehdi (ə.s)-ın da bir xüsusiyyətidir. (Hörmətli Adnan Oktarın 26 Mart 2010-cu il tarixində www.HarunYahya.tv də canlı olaraq yayınlanan reportajından)
Küfrün dərin dünya dövlətinin başçısı şeytandır, hz. xızır (ə.s) isə müsəlmanların dərin dünya dövlətinin başçısıdır.
Hz. Mehdi (ə.s) də məhz küfrün qapısını sökəcək. Darvinizmin, materializmin qapısını sökəcək, gətirib masasının üstünə qoyacaq. “Kim sökdü” – dediklərində də – “Bu qoç igid sökdü”, deyəcəklər. Biz, “görəsən hz. Mehdi (ə.s)-dır” desək fərq etməz. Bizmi mükafatlandıracağıq? Hz. Mehdi (ə.s) insanlardan mükafatmı gözləyəcək? Xeyr, Allahdan gözləyir. Hz. Mehdi (ə.s) Allahın rizası üçün edəcək. İnsanlar onu alqışlasın, təqdir etsin, bəyənsin, qəbul etsin deyə deyil. Hz. Mehdi (ə.s)-ın elə bir istəyi yoxdur, heç vaxt da olmayacaq. Həmişə axirəti istəyəcək. Baxın, tam 40 ilini iman həqiqətlərinə həsr edəcək, rəvayətlərdə də 40 il keçir. Hz. Musa (ə.s) da 40 il çöldə yaşamışdır, bilirsiniz. Bununla Allah: “40 yaş, yetkinlik yaşıdır” – deyir.
40 rəqəmi Quranda da çox keçir. Məsələn 40-lar, 7-lər, 3-lər vardır. İmanlılardan ibarət olan bir dərin dünya dövləti vardır. Bunlar onların adlarıdır. Hz. Xızır (ə.s)-ın da bir dərin dünya dövləti vardır. Küfrün də dərin dünya dövləti vardır, başçısı da şeytandır. Bir də müsəlmanların dərin dünya dövləti vardır, onun da başçısı hz. Xızır (ə.s)-dır. Dərin dünya dövləti hər dövrdə var, hər zaman olar. Qiyamətə qədər də olacaq. Yəni Xızır (ə.s) hər vaxt vəzifədə olacaq inşaAllah. Qiyamətdə isə bir kənara çəkiləcək və qiyaməti seyr edəcək. Necə ki, İstanbul fəth edilərkən kənarda oturub seyr etdi, qiyamət qoparkən də elə, bir kənara çəkilib insanların halını seyr edəcək inşaAllah. Son ana qədər vəzifədə olacaq inşaAllah. (Hörmətli Adnan Oktarın 3 Mart 2010-cu il tarixində TV Kayseridə canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s), irəlidə islama zərər verəcəyini düşündüyü kəsləri və yaxud cisimləri təsirsiz hala gətirməklə mükəlləfdir
ADNAN OKTAR: Hz. Xızır (ə.s)-ı təbii ki, açıqlamağa çalışırlar. Onda mən bir az da məlumat verim.
ALTUĞ BERKER: Çox yaxşı olar, çox maraqlananlar olur.
ADNAN OKTAR: Bəli, inşaAllah. Hz. Xızır (ə.s), İslama irəlidə zərər verəcəyini gördüyü, düşündüyü kəsləri və yaxud cisimləri – məsələn bir bina və yaxud bir bölgə, bir ərazi ola bilər- təsirsiz hala gətirməklə mükəlləfdir. Bir də hz. Xızır (ə.s) bir işi edərkən, davamlı olaraq zamanın içinə girib çıxdığı üçün onun tapılması, təsbit edilməsi də mümkün deyil. Məsələn, burada bir vəzifəni yerinə yetirər, birdən zamanın və məkanın xaricinə çıxar, yox olar.
Normal insan görünüşündə olar. İnsan başa düşə bilməz. Vəzifəsini yerinə yetirər və gedər. Məsələn, 1999-cu ildə Türkiyədə şeytan tamamilə dəhşətə gəldi və şeytan tərəfdarları məğlub oldular. Nə olduğunu onlar bilirlər. Yəni, zamanı gəlincə özləri izah edəcəklər. Gördükləri möcüzələri, ağlasığmaz hadisələri (yəni onlara görə ağlasığmaz), bizim ağlımızın dərk etdiyi qədər anlayacağımız hadisələri bilirlər. Yalnız bu qədərini söyləyim. (Hörmətli Adnan Oktarın 26 Mart 2010 tarixində Kocaeli TVdə canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s) iddia edilən Ergenekon təşkilatının şifrələnməsinə vəsilə olmuşdur
İddia edilən Ergenekon təşkilatının mühakimə içərisində böyük bir idarəsi qurulur. Məhkəmələrdə də, başqa yerlərdə də ola bilir. Hələ də bu idarənin qurulması davam edir. Yəni o mövzuda yoxlanılmırlar. Quruluşları təhlükəsizlik içindədir. Onlar da davam edir. Çox təmkinlidirlər. Məsələn, telefon istifadə etmirlər, ulaqla (xəbərçi vasitəsi ilə) danışırlar, bəziləri danışır amma onlar da anında bilinirlər.
İndi bunların təsbiti və tutulması demək olar ki, qeyri-mümkündür. Rəhmətlik Turqut Özala sui-qəsd edildiyini bilirsiniz. “Mən bilirəm amma deyə bilmərəm” – demişdi. Məsud Yılmaz da deyə bilmədi. Ecevid də deyə bilmədi. Rəhmətlik Ecevidə də sui-qəsd etdilər.
Onlar kim tərəfindən satıldıqlarını düşünürdülər. Onları hz. Xızır (ə.s) ələ verdi. Səbəbi budur. Yəni hz. Xızır (ə.s)-ın hadisəyə əl qoymasıdır. Başqa bir səbəbi yoxdur. Onların birincisini, ikincisini, hamısını bilən hz. Xızır (ə.s)-dır, inşaAllah. Bu səbəbdən Mehdiyyətin qəzəbinə uğradılar. (Hörmətli Adnan Oktarın 4 Oktyabr 2009-cu il tarixində Kanal 35 və Kral Qaradəniz TV-də canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s), hz. Mehdi (ə.s) əleyhdarlarına qarşı bir gücdür
“Hz. Xızır (ə.s), Mehdi (ə.s) əleyhdarlarına qarşı bir gücdür. Yəni hz. Mehdi (ə.s)-ın düşmənlərinin qarşısını ala bilən bir gücdür və görünüb sonra gözdən itən bir gücdür. Hz. Mehdi (ə.s)-ın bu qədər müvəffəqiyyətli olmasının səbəblərindən biri də budur. Hz. Xızır (ə.s) Mehdi (ə.s)-a kömək edən bir varlıqdır. Hz. İsa (ə.s)-a kömək edir. Dövlət quruluşlarında, dövlət dağılmalarında vəzifə alır. Bunların hamısını Quranda hz. Xızır (ə.s) hekayəsinə baxan görər. Yəni Cənabı Allah: “Biz bir ölkənin dağılmasına qərar verdiyimizdə, bir görüşmə vaxtı təyin etdik” (Kəhf Surəsi, 59) – deyir. Bu görüşmə hz. Xızır (ə.s)-ın və o dövrün vəkillərinin, üçlərin, yeddilərin, qırxların etdiyi yığıncaqdır, yəni “Aqarta” (Hz. Xızırın qrupu).” (Hörmətli Adnan Oktarın 26 Mart 2010-cu il tarixində Kocaeli TV-də canlı olaraq yayınlanan reportajından)
Aqarta (qrup) həm hz. Xızır (ə.s)-ın, həm də hz. Mehdi (ə.s)-ın qrupudur
“Aqarta dedikləri qrup, yığıncaqlarını təbii ki, bizim bildiyimiz binalarda təşkil etmirlər. Yəni yerin layları, yerin altı da onların məkanlarıdır. Yer altındakı mağaralar da onların məkanıdır. Çünki, maddənin içinə daxil olma xüsusiyyətləri var, maddənin içinə girib çıxa bilirlər. Divardan keçə bilirlər. Eyni ilə Cin kimi. Cinlərdə də bu xüsusiyyət vardır. Məsələn, cinlər də yeraltı mağaralarında gəzərlər. Aqarta deyilən şey budur. Yəni, yeraltı mağaralarındakı həyatdır, oradakı edilən yığıncaqlardır. Bir də onların şambalaları (yəni onlara qarşı çıxanlar) var, yəni onların şeytan qarşılığı. Şeytanın qrupu.
Şambala qrupu – Dəccaliyyətin qrupudur. Əslində ölən, dəccal deyilən şey, şeytandır. İnsan şəklində zühur edir, onları insan zənn edirlər, öldürülən o olmuş olur. Yəni, onun fikir sistemi tamamilə məhv edilmiş olur. O, normalda kor, pərişan, formasız bir insan şəklində görünür. Məsələn, babalarına Lucifer (şeytan) deyirlər. Ateist massonlar, Darvinin bütün təlimlərini luciferdən öyrəndiklərini deyirlər. İstəsəniz qaynağını göstərə bilərəm. Bütün təfsilatları luciferin istiqamətləndirdiyini deyirlər. Darvinizmi onlara izah edən, onun bu mövzularda işlər görməsini təmin edən luciferdir.
Babası Erasmus Darvin də masson idi, bu da massondur. Məndə ikisinin də sənədi var. Ateist massonlar idilər. Buna görə bunların başçıları şeytan olur. Şeytan insan şəklinə bürünür və dəccal deyilən varlıq budur. Bir də bunun yeraltı qrupu olur. Bu qrupa da şambala deyilir. Onlar bu əsrdə məğlub oldular, fağırlaşdılar. Yəni Aqarta deyilən şey, hz. Xızır (ə.s)-ın qrupudur, həm də hz. Mehdinin (ə.s) qrupudur.” (Hörmətli Adnan Oktarın 26 Mart 2010-cu il tarixdə Kocaeli TV-də canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s)-ın şifrələri də hurufu mukattada (quranda bəzi surələrin əvvəlində gələn hərflər) ola bilər
“Hurufu mukattanın cinlərlə əlaqəli olduğunu bilirdim. Amma şəxsən özüm müşahidə etdim. İnsanlar üçün ürküdücü bir mövzu olduğuna görə xırdalıqları ilə açıqlamaq istəmirəm. Amma dəqiq müşahidə etdim. Çünki hurufu mukattanın deyilməsiylə bir şeylər oldu, bəziləri də bunu gördü. Yəni 3-4 adam birdən gördü, inşaAllah. Lazım olsa sonra söyləyərəm. Cinlərin anladığı bir şey var. Mənim anladığıma görə onlarla əlaqəli bir şifrədir, Allahualəm. Çünki, Quran həm insə, həm cinsə endirilib. İnsan və cinlərə endirilmiş bir kitabdır.
Onların anlamasını təmin edən, Quranı anlamasını təmin edən, Quranla əlaqələrində də təsirli olan bir şifrə ola bilər. Onun xaricində də bir çox sirri var. Hz. Xızır (ə.s) ilə də əlaqəlidir, hz. Xızır (ə.s)-ın şifrələrinin də bu hurufu mukattanın içində olduğunu zənn edirəm. Mən “zənn edirəm” deyirəmsə mütləq bir mənası vardır. Baxın, hz. Xızır (ə.s) ilə əlaqəli, mənası olan açar sözlərdir inşaAllah. “Zənn edirəm” deyirəm. inşaAllah. Amma məni tanıyanlar bilirlər ki, öz ağlıma görə danışmaram. Bir şeyi görmədən, eşitmədən, etmədən, araşdırmadan yəni qənaətim olmadan demərəm.” (Hörmətli Adnan Oktarın 18 Mart 2010-cu il tarixdə www.HarunYahya.tv də canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır heç ümid etmədiyimiz, gözləmədiyimiz bir adam şəklində insanların qarşısına çıxar. (Adnan Oktarın 16 Aprel 2010 tarixli Kocaeli TV reportajından)
Hz. Mehdi (ə.s) hz. Xızır (ə.s) kimi elmlərə və hikmətə sahib olacaq
“Allahın ən üstün ağıl sahibi olduğuna imanımız olduğu kimi Mehdi (ə.s) üçün də, onun bütün işlərinin də hikmətli olduğundan qətiliklə əmin olmalıyıq. Yəni hz. Mehdi (ə.s)-ın bütün işləri hikmətlidir. Xırdalığında gizlənən hikmətin fərqində olmasaq belə etməliyik. Yəni etdiyi işlərin ardında hikmətlər vardır. Amma çoxları bunu bilə bilməz, ona yalnız tabe olmalıyıq. Hikmətinin səbəbi Xızır Həzrətlərinin gəmiyə ziyan verməsi, divarın tikilməsi kimi etdiyi işlərin arxasındakı hikmətlər kimi sonra ortaya çıxması ilə aydın olacaq. Yəni hadisənin reallaşdırmasından sonra hikməti aydın olar. Eyni ilə hz. Xızır (ə.s) kimidir. Zahirinə baxıb hz. Mehdi (ə.s) barədə şübhəyə düşməyin, inşaAllah. Hz. Musa (ə.s)-a yolları ayrılana qədər aşkar etdiyi hərəkətlərinin hikməti ona aydın olmamışdır. Yəni özünü açıqca bildirməmişdir.” (Hörmətli Adnan Oktarın 21 Dekabr 2009-cu il tarixdə Kocaeli TV və Mavi Qaradəniz kanalında canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s) bir dinə bağlı olmadığı, xüsusi bir şəriəti olduğu üçün ondan çox qorxurlar.
ADNAN OKTAR: “İndi hz. Xızır (ə.s)-dan niyə qorxurlar bilirsinizmi? Bir səbəbini danışım mı? İndi Müsəlmanlardan o qədər qorxmazlar. Çünki Müsəlman Qurana tabedir. Yəni Allahdan qorxar, Qurana görə hərəkət edər. Buna görə ölçüb-biçər sonra hərəkət edəcəyi üçün və şəriətə görə, Qurana görə hərəkət edəcəyi üçün müəyyən şeyləri edə bilməz. Bir çox şeyi edə bilməz. Lakin, hz. Xızır (ə.s) hər hansı bir dinə bağlı deyil. Yəni Qurana, İncilə, Tövrata bağlı deyil. Allah ona xüsusi bir şəriət verib, ona bağlıdır. İndi onları dəhşətə gətirən budur. Məsələn, hz. Xızır (ə.s) bir şey edir, Qurana görə olmaması lazım olan bir şey edir. Qurana görə qətiliklə olmaz, amma onun öz şəriətinə görə olar.”
ALTUĞ BERKER: “Hz. Musa (ə.s) ona görə çaşır. inşaAllah.”
ADNAN OKTAR: Elədir, ona görə bəzən hz. Xızır (ə.s)-ı çox mərhəmətsiz görürlər. Harada, nə vaxt, nə edəcəyini bilmədikləri üçün, harada, nə vaxt nəyə cavab verəcəklərini bilmədikləri üçün, heç bir vaxt təsbit edə bilmədikləri üçün hz. Xızır (ə.s)-ı ağlasığmaz dərəcədə mərhəmətsiz görürlər. Hz. Xızır (ə.s) tutulması mümkün olmayan bir insandır. Nə vaxt harada ortaya çıxacağı bəlli olmaz, harada, necə gözdən itəcəyi də müəyyən olunmaz və Qurana da tabe deyil, yalnız öz şəriətinə tabedir. Öz şəriətinə görə də nəyi doğru-düzgün bilirsə, onu da edər. Etdiyində də qarşısındakını pərişan edər və heç bir şəkildə qarşısındakı adam ona qarşı çıxa bilməz. Xızır (ə.s)-ın da ölçüsü budur. Allah onu vəli qullarına toxundurtdurmaz və hz. Xızır buna qarşı çox məsuliyyətlidir, onun vəzifəsi budur.
Yəni yaxşıları qoruyar, pisləri də təsirsiz hala gətirər. Dinə, İslama zərər verəcəyindən əmin olduğu kəsləri təsirsiz hala gətirər və yaxud hər hansı bir cisim olsa belə, o cismi də təsirsiz hala gətirər. Müsəlmanın da davamlı yolunu açar, məsələn, hz. Mehdi (ə.s)-ın, hz. İsa (ə.s)-ın yolunu açar. Dəccalın ən çox qorxduğu kəs hz. Xızır (ə.s)-dır. Məsələn, dəccal hz. Mehdi (ə.s)-dan, hz. İsa (ə.s)-dan qorxmur, onlarla mübahisə etmək istədiyini deyər. Amma hz. Xızır (ə.s)-ı görər-görməz nitqini udar, rəngi ağarar, qorxar. Hz. Xızır (ə.s)-ı tanıyar, kim, nə olduğunu bilər. Bütün şambala dəstəsi onu tanıyır. Hz. Mehdi (ə.s) çox şəfqətli, mərhəmətlidir, məzlumdur, Qurana qarşı çox məsuliyyətli və ciddidir. Ondan bir pislik gəlməyəcəyini bildikləri üçün qorxmazlar. Yəni o mənada məzlumdur. Amma hz. Mehdi (ə.s)-a, hz. İsa (ə.s)-a qarşı çıxanlar hz. Xızır (ə.s)-ı rəqib bilmiş olarlar, bunu bilməlidirlər. Gizli, açıq mütləq təsbit edər. Baxın, bunu Quranda da görürük. (Hörmətli Adnan Oktarın 26 Mart 2010 tarixində www.HarunYahya.tv də canlı olaraq yayınlanan reportajından)
Hz. İsa (ə.s) ilə hz. Xızır (ə.s) hal-hazırda dünya siyasətinə birlikdə istiqamət verirlər
Hz. İsa (ə.s) hafizdir və nəfəs kəsəcək bir ağla malikdir. Onun yoldaş qrupu ondan çox istifadə edəcəklər. Onun sözlərinə görə hərəkət edəcəklər. Hz. İsa (ə.s) dünya siyasətində təsirli olacaq. Hz. Xızır (ə.s) ilə də əlaqədədir. Yəni hz. Xızır (ə.s)-la hz. İsa (ə.s) bağlantı halındadırlar. Hz. İsa (ə.s) və hz. Xızır (ə.s) sonradan hz. Mehdi (ə.s) ilə qarşılaşacaqlar, inşaAllah. Hal-hazırda hz. Xızır (ə.s) ilə hz. Məsih (ə.s) dünyaya birlikdə istiqamət verirlər, inşaAllah. (Hörmətli Adnan Oktarın 3 Mart 2010-cu il tarixdə TV Kayseridə canlı olaraq yayınlanan reportajından)
Türk İslam Birliyini idarə edən, hz. Xızır (ə.s)-ın idarə etdiyi dünya dövlətidir
Dünyada iki dənə gizli hökumət vardır. Biri dinsiz dünya dövləti, massonların idarə etdiyi, o biri də yenə hz. Xızır (ə.s)-ın idarə etdiyi bir dərin dünya dövləti vardır. İkinci, bunun əleyhdarıdır. İndi Türk İslam Birliyini idarə edən, hz. Xızır (ə.s)-ın idarə etdiyi dünya dövlətidir. Baxın, mən bunu bir sirr olaraq deyirəm. (Hörmətli Adnan Oktarın 29 Dekabr 2009-cu il tarixində Kocaeli TV və Mavi Qaradəniz kanalında canlı olaraq yayınlanan reportajından)
Hz. Xızır (ə.s) ölümsüz deyil, qiyamətdən əvvəl canı alınacaq
APARICI: Bir dinləyicimiz Əlif Aydoğan Ankaradan bizə Allahın Ənbiya surəsi, 34-cü ayədə “heç bir bəşərə ölümsüzlüyü vermədik” deyə bildirdiyini deyir, bu vəziyyətdə hz. Xızır (ə.s) insan olmaya bilərmi? deyə sual vermiş.
ADNAN OKTAR: İndi, Əlif xanım ola bilər ki, bu xüsusiyyəti bilmir. Hz. Xızır (ə.s)-ın qiyamətin qopmasından qısa bir müddət əvvəl canı alınacaq. Yəni onun vəzifəsi bitir. Vəzifəsi bitəndə canı alınacaq. Amma o vaxta qədər vəzifədədir. Bu səbəbdən də vəfat edəcək, inşaAllah. Amma, təbii ki, bizim alışdığımız, başa düşdüyümüz bir insan deyil. Yəni, bir fövqəladə olan bir şey var. Hz. İsa (ə.s) da elədir. Mələyi xatırladır, hz. Xızır (ə.s) kimi qeyri-adi bir insandır. Yəni davamlı olaraq cildini dəyişdirə bilən bir insandır, hər insanın şəklinə girə bilir. Amma, normal bir insan bunu edə bilmir. Qeyri-adi biridir, amma insandır. Bəşər cinsindəndir. (Hörmətli Adnan Oktarın 14 Mart 2010-cu il tarixində www.HarunYahya.tv də canlı olaraq yayınlanan reportajından)
Hörmətli Adnan Oktarın hz. Musa (ə.s) və hz. Xızır (ə.s) hekayəsi haqqında açıqladığı yeni məlumatlar
“Hz. Musa (ə.s) hz. Xızır (ə.s) ilə olan söhbətində etiraz etdiyi mövzuları əslində özü yaşamışdı. Yəni, burada üç mövzu var, üçünü də özü yaşadı. Quranda bu mövzular ifadə edilir. Məsələn, Allah göstərməsin, istəməyərəkdən, qəza ilə bir adam öldürdü. Yəni, birini qorumaq məqsədi ilə digərini yumruqla vurdu. Hz. Musa (ə.s) çox qüvvətli idi, boylu buxunlu idi. Gücünün necə təsir edəcəyini təxmin edə bilmədiyi üçün elə adamı vurar-vurmaz orada yıxıldı öldü. Təbii ki, bu Müsəlman üçün dəhşət verici bir şeydir, çox böyük bir əzabdır.
Quranda, “Allah səni çox böyük bir əzabdan qurtardı” – deyilir. Bu vəziyyətə görə çox kədərləndi. Əlbəttə ki, müsəlman kədərlənməli deyil, amma çox əzab çəkdi və bu onun taleyində idi. Onu Allah öldürdü. Əzrail Əleyhissalam öldürdü. Əslində Əzrail Əleyhissalam da öldürmədi, Allah öldürdü. Lakin, Allah onun öldürmüş olması kimi ona göstərdi. Halbuki, onun canını alan Allahdır və hz.Musanın onu öldürməsində də bir hikmət var. Hz. Xızır (ə.s) da bir uşağı öldürür. Kəhf Surəsi, 74-cü ayədə hz. Musa (ə.s)-ın: “Bir cana qarşılıq olmadan, tərtəmiz bir canımı öldürdün?”- dediyi bildirilir. Ona cavab olaraq hz. Xızır: “Sən də öldürdün”- deyə bilərdi. Elə deyilmi? Hz. Xızırın da uşağı öldürməsi Allahın əmri ilə idi, ona görə öldürdü. Çünki ayələrdə, hz. Xızırın bütün bunları özünə görə etmədiyi bildirilir.
Kəhf Surəsi, 82-ci ayədə Allah: “Uşağa gəldikdə, onun ata-anası mömin kimsələr idi. Buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq” – buyurur. Hz. Xızır (ə.s) öldürdüyü uşağın gələcəkdə anasına-atasına hücum edəcəyinə, onların dininə, imanına hücum edəcəyinə, zərərli bir insan olacağına görə elə olmaması üçün bu başdan öldürməli olduğunu deyir. Yəni cəhənnəmə getməsin deyə öldürdüyünü deyir və başlanğıcda etdiyi hərəkətlərin hikmətini ona açıqlamır, lakin sonra açıqlayır. Hz. Xızırın bu hərəkətlərinin hikmətini bilmədiyinə görə, ona düzgün olmayan hərəkət kimi göründü.
Məsələn, Kəhf surəsi 71-ci ayədə Hz. Musanın: “İçindəkilərini batırmaq üçünmü onu deşdin?” –dediyi bildirilir. Hz. Xızır gəmini deşdi. Gəmi suya qərq oldu. Ayədə bildirildiyinə görə hz. Xızır (ə.s) etdiyi hərəkətlərin hikmətini sonra açıqladı: “Gəmi, dənizdə işləyən yoxsulların idi, onu xarab etmək istədim, (çünki) irəlidə hər gəmini zorla ələ keçirən bir padşah var idi.” (Kəhf Surəsi, 79). Həmin padşah saz, möhkəm gəmiləri zorla ələ keçirəcəyinə görə onu xarab edir və padşahın xarab gəmini almayacağını və kasıbların özünə qalacağını bildirdi. Sonra gəmini təmir edib istifadə edə biləcəklərini, amma o anda padşahın əlinə keçməsinə bu cür mane olduğunu deyir. Amma başlanğıcda hz. Musa (ə.s) bu hərəkətlərin düzgün olmadığını zənn edir, çünki o anda mahiyyətini, hikmətini bilmir. Kəhf Surəsi, 71-ci ayədə Allah, Hz. Musanın (ə.s): “And olsun, sən çaşdırıcı bir iş etdin.” – dediyini xəbər verir.
Halbuki özü də eyni hadisə ilə qarşılaşır. Onu da anası kiçik bir gəminin içinə qoyur və hz. Musa (ə.s)-ı suya buraxır. Normalda bu vəziyyətdə uşaq ölər. Yəni yeni doğulmuş bir uşağı kiçik bir qayığın içinə qoysan və onu bir çaya buraxsan 99% ölümlə nəticələnər. 1% ehtimalla xilas olar. Anası onu oraya qoyarkən öldürmək qəsdiyləmi qoydu? Xeyr. Xilas olsun deyə, Allah onu qurtarar ümidi ilə qoydu. Çünki Allah ona uşağın xilas olacağını vəhy etdi və bu məlumatı Allah onun ürəyinə saldığı üçün usağı qoydu və göndərdi. Necə ki, uşaq sonra xilas oldu. Baxın, orada da bir xilas etmə məqsədi var. Elə deyilmi? İkisində də gəmidir, birində böyük, o birisində kiçik. İkisində də insanları qurtarmaq məqsədi var. Hz. Xızır (ə.s) bunu ayrıca olaraq bildirir, amma hz. Musa (ə.s) onu fərq edə bilmədi.
Yenə bir qəsəbəyə gedirlər, bilirsiniz, uçulmuş olan bir divar görürlər. Bu həm hz. Süleymanın (ə.s) məscidinə işarədir, çünki onun da divarı uçmuşdur. Bu divar hz. Mehdi (ə.s) dövründə yenidən bərpa ediləcək. Bir də Ayasofyaya işarədir inşaAllah. Buradakı hikmət də yenə eyni şəkildə oxşardır. Çünki, ayədə xəbər verildiyinə görə hz. Musa (ə.s) orada, o divarı düzəltdiklərində: “Əgər istəsəydin həqiqətən buna qarşılıq bir ödəniş (muzd) ala bilərdin. (Kəhf Surəsi, 77)”– deyir. Bu ayəyə görə hz. Xızır da eyni zamanda divar ustasıdır (memar, bənna). Bəs niyə tikdiyi divara qarşılıq pul almadı? Çünki, bunu Allah rizası üçün etdi. O divarın altında iki yetim uşağa aid xəzinələr olduğunu və gələcəklərini düşünür.
Ayədə hz. Xızır (ə.s)-ın: “Divar isə, şəhərdə iki yetim uşağın idi, altında onlara aid bir xəzinə vardır, ataları saleh biri idi. Rəbbin dilədi ki, onlar yetkinlik dövrünə çatsınlar və öz xəzinələrini çıxartsınlar. (Kəhf Surəsi, 82)” – dediyi bildirilir. Yəni xəzinələri tapacaqlarını deyir. İki yetim uşaq dedikdə bu hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-a işarə edən bir şərhdir və gizli xəzinələrin tapılacağı, müqəddəs xəzinələrin tapılacağına da dair bir işarədir. Əgər dərindən düşünülsə Quranın sirli istiqamətləri həddindən artıq çoxdur. Məsələn, hz. Musa (ə.s)-ın getdiyi yerdə iki nəfər xanım var idi. Orada çobanlar var idi. O iki xanımlar isə çobanlardan uzaqda dayanır və heyvanlara su vermək istəyirlər amma, çobanlar olduğu üçün quyuya yaxınlaşa bilmirlər, qorxurlar.
Hz. Musanı görən kimi isə onun kişiliyini, şəxsiyyətini görürlər və ona inanırlar, güvənirlər. Hz. Musa (ə.s) da heyvanları götürdü və onları sulamaq üçün qadınlara kömək etdi. Deməli, təmiz, keyfiyyətli xüsusiyyətlərə malik olan, yaxşı bir müsəlmana etibar etmək olar. Ondan uzaq dayanılmır. Allahdan qorxan bir müsəlman kişiyə bir müsəlman qadın yaxınlaşa bilər. Amma, Qadın Allahdan qorxmayan bir adamdan (kişidən) isə uzaq durmalıdır. Hz. Musa (ə.s) o heyvanları aldı və apardı. Heç bir qarşılıq istəmədən apardı suladı. Riskli olsa da sulatdı və geri qaytardı. Bunu pulsuz, ödənişsiz, Allah rizası üçün etdi. Hz. Xızır (ə.s) da hz. Musanın qoyunları niyə pulsuz sulatdığını soruşdumu? Heç bir qarşılıq gözləmədən etdiyini soruşdumu? Xeyr. Hz. Xızır (ə.s) hz. Musadan soruşmur heç.
Amma, hz.Musa (ə.s) soruşur. Hz. Musa orada niyə ödənişsiz iş gördüsə, hz. Xızır (ə.s) da orada o məqsədlə ödənişsiz etdi. Əslində hz. Xızır (ə.s) onu dolayı yolla, yəni məcazi olaraq başa salırdı, amma hz. Musa (ə.s) onu da fərq etmədi. Çünki hz. Xızır (ə.s) zahir elmində alim, daxili elmində ustad idi. Amma ona ledün elminin və daxili elminin dərinlikləri haqqında qısaca bir məlumat vermiş oldu. Hz. Musa (ə.s) hz. Xızırın hərəkətlərinə səbir edib davam etsə idi ledün elminin və daxili elminin dərinliklərini ona göstərə bilərdi. Ledün elminin əsl sultanı, əsl tətbiq edicisi, tək tətbiq edicisi Allahdır və bu elmi dünyada çox əhatəli olaraq tətbiq edir, amma insanlar bunu anlamazlar. Məsələn, cənnət, cəhənnəm mövzularında, cəhənnəmə insanın niyə getdiyini, tale mövzusunda ledün elmini Allah sıx olaraq tətbiq edir.
Yəni daxili elmini tətbiq edər. Amma, insanlar bunu bilməzlər. Bilməmələri də o qədər də bir qəbahət sayılmır. Amma iman etməmələri çox böyük bir problemdir. Elmin daxili hissəsini öyrənsələr “bəli” deyərlər. Yəni dərhal anlayarlar. Bu hekayədə də daxili elminin dərinliyini görmüş oluruq. Yəni hz. Musa (ə.s)-ın hz. Xızır (ə.s)-la qarşılaşması hadisəsində. Kəhf surəsi, 61-ci ayədə Allah: “balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.”- deyə bildirir. Artıq balıq ayrılır, yəni balıq dövrü bitir, onun yerinə dolça (su qabı, su tökən) dövrü başlayır. Quranda “O da su qabını quyuya uzatdı. “Ey müjdə… Bu bir uşaqdır.” (Yusuf Surəsi, 19) – deyə xəbər verilir. Allah belə bir təfsilat verməzdi. Yəni, sadəcə uşağı quyudan götürdüklərini deyərdi.
Amma, dolçanı uzatdıqları deyilir. Allah, başqa bir şey uzatdıqlarını da deyə bilərdi. Lakin, dolça deyir. Dolça qəsdən seçilmiş bir sözdür və ayənin arxasından: “ey müjdə bir uşaq”- deyilir. Deməli dolça dövründə doğulan bir uşaq İslamı dünyaya hakim edəcək. Bunu haradan anlayırıq? İncildən də anlayırıq. İncildə də iki dənə şərhlə bu mövzu çox təfsilatlı olaraq izah olunur. İzah etmişdim, bilirsiniz. İncildə “Və o adamın arxasıca gedin, ona beyət edin “ – deyir. Allah dolça dövrünə mənsub bu adama beyət etməli olduğumuzu bildirir. Allah “İzləyin, evinə qədər arxasınca gedin” – deyir. (Hörmətli Adnan Oktarın 17 Aprel 2010-cu il tarixində Kahramanmaraş Aksu TV-də canlı olaraq yayınlanan reportajından)