Header

“…Həqiqətən mal sevgisini Rəbbimi zikr etməkdən ötəri seçdim…” (Sad surəsi, 32)

Aa4a

“…Həqiqətən mal sevgisini Rəbbimi zikr etməkdən ötəri seçdim…” (Sad surəsi, 32)

Bu ayədə hz. Süleymanın sahib olduğu ehtişamlı mallarla əlaqədar olaraq Allahı təriflə ucaltdığı xəbər verilmiş, mala olan sevgisinin qaynağının Allahı zikr etmək olduğu vurğulanmışdır. Hz. Süleyman sahib olduğu malları özünə Allahın verdiyinin fərqindədir, bunlardan zövq alaraq şükür edir.

Quranın digər bəzi ayələrində mal sevgisinin insanları azdıra biləcəyi xəbər verilir. Bəzi insanlar əllərindəki malı sahiblənərək bundan ötəri qürurlanır. Allaha möhtac olduqlarını unudar və daha çox mal əldə etmək üçün çalışar. Allaha qulluq etmək üçün yaşamaq əvəzinə, zənginlik üçün yaşayarlar.

Hz. Süleyman hekayəsi bizə möminlərin mal və mülkə bu cür insanlardan çox daha fərqli baxdığını, bunları yalnız Allahı zikr etmək üçün bir vəsilə olaraq gördüyünü göstərir. Möminlər bütün malın və mülkün Allaha aid olduğunu, Ondan gəldiyini və yenə Onun istəyi ilə yox olacağını çox yaxşı bilirlər.

Özlərinə verilən zənginliyə görə arxayınlığa qapılmaz, ya da əllərindəkini itirməkdən qorxmazlar. Allahın verdiyi bütün imkanlara şükür edər və bu imkanları Onun rizası üçün Onun yolunda istifadə edirlər. İman edən birinə Allah böyük bir mülk, ehtişam və iqtidar nəsib edəndə də, bunların hamısını bir nemət və imtahan vəsiləsi olaraq görər, Allaha olan hörmət, qorxu və sevgisi daha da artar. Hz. Süleyman heç kimə nəsib olmayan bir iqtidarı əlində tutmasına baxmayaraq, hər zaman Allaha qarşı səmimi və dərin bir hörmət içində olmuş və bütün imkanları ilə Onun dininə xidmət etmişdir.

Hz. Süleyman malı Allah rizası üçün sevmişdir. Quranda hz. Süleymanın Allahdan yenə Onun yolunda xərcləmək üçün ona böyük bir mülk nəsib etməsini istədiyi bildirilir. Hz. Süleyman kainatdakı bütün elmlərin, mülkün və hökmün həqiqi sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu hər vaxt bilərək, hər işində Allaha yönəlmiş (Sad surəsi, 30), Rəbbimizə qarşı boyun əyici və təslimiyyətli davranmışdır. Sahib olunan zənginliklər Allahın rizasını qazanacaq işlərdə istifadə edilərək, bu edilənlərdən Allahın razı olması ümid edilər.images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313