Ənbiya surəsi 50, 52-68-ci ayələrin təfsiri

ADNAN OKTAR: “Bu, onlara nazil etdiyimiz mübarək bir zikrdir.” Mübarək bir kitabdır Quran. “Siz onu inkarmı edirsiniz?” Quranı inkarmı edəcəksiniz deyir Allah.

 

“Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?” – demişdi. İbrahim (ə.s)-dan bəhs edir Allah. Hz. İbrahim (ə.s) dövründə adamlar heykəlləri düzəltmişdilər, qarşısında iki qat olurlar, heykəldən kömək diləyirlər, heykəldən özlərini qurtarmasını istəyirlər. Çində də Maonun heykəllərinin qarşısında diz çökürlər, Koreyada iki qat, Şimali Koreyada o pozğun adamın heykəllərinin qarşısında diz çöküb bellərini bükürlər. “Bu heykəllər nədir?” deyir Hz. İbrahim (ə.s). “Biz atalarımızı onlara ibadət edən gördük!” dedilər. “Ənənəvi inancımız budur deyirlər, yəni ənənə olaraq belə gəldi deyirlər. “Dedi ki: And olsun ki,” and içir, “siz və atalarınız açıq-aşkar bir azğınlıq içindəsiniz”. Doğru yoldan azmısınız, anormalsınız deyir. Rahat şəkildə deyir.

 

 “Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?” – demişdilər” Deyirlər İbrahim (ə.s)-a. “İbrahim demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.” “Mən bundan əminəm” deyir. “Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!” Yəni göz görə-görə, açıq-aşkar etmərəm mən bunu deyir. Yəni “qaydasıyla edəcəyəm, amma bütün bütlərinizə tələ quracağam” deyir. Anti büt, büt dağıdıcı.

 

 “Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.” Bütün bütləri qırıb-tökür. Mehdi (ə.s) nə edəcəkdir? Bütün bütləri qırıb-dağıdacaqdır. Amma İbrahim (ə.s) bütlərdən birini buraxır. Bəzən bütlərdən biri və ya ikisi buraxılar. “Ona bəlkə müraciət edərlər deyə” deyir. O da İslama xidmət qəsdiylə olar. “Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Araşdırırlar, “kim etdi bunu” deyirlər, “bütün bütlərimiz getdi, yerlə-yeksan oldu” deyirlər. “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” Hər yerdə izah edir o dövrdə. Onda radio-televiziya yox idi. İbrahim də (ə.s) bazarlarda olduğu hər yerdə izah edir. “Dedilər ki: Elə isə, onu camaatın gözü qabağına gətirin ki ona (necə bir cəza verəcəyimizi) şahid olsunlar.” Nəzarətə götürürlər, tuturlar. Deməli, peyğəmbərlər də həbs olunur, vəlilər də həbs olunur, həbs edilirlər, elə deyilmi? İşgəncə görürlər.

 

   “Onlar dedilər: “Ey İbrahim, bunu Tanrılarımızı sənmi bu günə saldın?” “Bu bütləri sənmi dağıtdın, bunları sənmi parçaladın” deyirlər. Çünki onların qurulmuş nizamında o dövrdə özünə görə darvinist, materialist, ateist bir sistem var, hər dövrdə vardır bu. Onun dağılmağını istəmirlər, İbrahim (ə.s) da mükəmməl dağıtdığı üçün nəfəslərini kəsir.

 

Vurğulayım ki, İbrahim (ə.s) çox yamandır, bəzi elə insanlar vardır, məsələn, mübarizə aparar, amma avamlıq və ağılsızlıq edər. İbrahim (ə.s) hərtərəfli ağıllıdır, maşaAllah. “Xeyr dedi” baxın, yalan deyir, buna məsləhət deyilir. Bu yalan deyil. “Xeyr” deyir, əslində o qırıb. Doğru deməyi günahdır, haramdır burada, yalan deməsi lazımdır. “Xeyr” dedi. Bu etmişdir, bu onların böyüyüdür, əgər danışa bilirsə, ondan soruşun”, demək ki, bütü alçaltmaq, kiçiltmək ağıllı bir metodla edilməlidir və məsləhət yalan deyil, ağıllı olmaq lazımdır. “Bunun üzərinə öz vicdanlarına baş vurdular. “Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər.” Yəni öz-özlərinin zalım olduqlarını anlayırlar. Deməli, təbliğ edilərkən məsələn, biz deyirik ki, mehdiyyət şəxsdir.

Biz bunu izah edəndə bunu anlamayan heç kim qalmır hər kəs anlayır. İnad etmələri əhəmiyyətli deyil, vicdan cəhətdən həqiqətən zalım olduqlarına özləri qərar verirlər. Yəni “zalımlıq edirik, həqiqətən dürüstlük etmirik” deyirlər. Amma bir qismi də təbii məsləhət məqsədiylə yalan söyləyir. Onlara mən bir şey demirəm, təqdim olaraq Mehdi (ə.s)-ın rahat fəaliyyət göstərməsi üçün mehdiyyəti gündəmə gətirməyə bilərlər. Yəni “şəxsi mənəvi” deyib bağlayıb, Mehdi (ə.s)-ın yolunu, idarəçiliyini genişləndirmək, ona zəmin hazırlamaq üçün ledüni bir məsləhət, bir yalan söyləyə bilərlər. Söyləyirlər də, necə ki, bunu bilirəm, belə olduğunu bilirəm. Çünki açıq desələr; “bəli bu Mehdi (ə.s)-a baxır”. Adamlar deyəcəklər; “Mehdi (ə.s) haradadır?”

O zaman “mənim imamım Mehdi (ə.s)-dır” deyəcəklər, qarma-qarışıq bir mühit olacaq deyə düşünürlər. Elə də düşünülə bilər, yəni mən ayıblamıram onu. Amma şəxsi mənəvi deyənlərin hamısı Mehdi (ə.s)-ın şəxs olduğundan əmindir, onu deyə bilərəm. Yəni Mehdi (ə.s) şəxsi mənəvidir deyərək Mehdi (ə.s)-ın şəxs olduğunu bilməyən heç kim yoxdur, hamısı bilir. Amma özlərinə görə bir qismi saxtakarlıq edir, 5-10 adam, mən onları deyirəm. Yoxsa böyük hissəsi yaxşı niyyətlə edirlər. “Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər.” Yəni zülm etdiyini bilir. “Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”

Elədir, bəzi adamları razı salırsan, qapıdan çıxar yenidən havalanar. İzah edərsən “doğrudur, Allah razı olsun” deyər, hətta gözyaşı tökər. “Nə qədər doğru söylədin” deyər. Sanki 10 dəqiqə əvvəl sən izah etməmiş kimi evə gedər, bir də zəng edər baxarsan azıb, ağlı gedib, “yenicə danışdım” deyirsən. “Yox, tam tərsinə döndüm” deyir. Bununla da mehdiyyət qarşılaşacaqdır. Bu çox məqbuldur, buna diqqət çəkilir. Yəni insanlar “Eşitdik və itaət etdik” deyərlər. Bir müddət sonra azarlar, tam tərsi olar, heyrət içində qalar insanlar da, şok olarlar. Halbuki, o havalanma payını müsəlman hər zaman qoymalıdır. Çox tez-tez rast gəlinən bir şeydir o.

“İzah etdim, dümdüz gedər” deyə əmin olmayacaqsan. Məsələn, “müsəlmanam” deyər, beş vaxt namaza başlayar. Sabahısı gün kommunist, dinsiz olduğunu açıqlayır. Şok olmağa heç ehtiyac yoxdur, bu Allahın adətullahında tez-tez rast gəlinən bir vəziyyətdir. “Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar” ” Bilirsənsə, o zaman niyə dəstəkliyirsən. Demək ki, dəlilik edənlər məntiqsizliklərini özləri də bilirlər. Şəxsi mənəviçilər özlərinin də məntiqsiz, nalayiq danışdıqlarını bilirlər və yaxud darvinistlər də özlərinin azğın olduqlarını, səhv olduqlarını çox yaxşı bilirlər.

İş bankı da, məsələn, təkamülü müdafiə edərkən get müdirlə danış; “həqiqətən inanırsan təsadüfən olduğuna?” desən, “inanmıram” deyər. İş bankının hansı işçisi “təsadüfən dünya yaradıldı” deyər? Heç biri deməz, şırıltı var, üfürməklə əlaqədar bir şey. İndi iş bankının vəkilləri diqqətlə dinləyirlər müəllimi ki, bir işarə versin, səhv bir söz işlətsin, işarə olmaz məndə, boşuna yorulmasınlar, inşaAllah. “Dedi ki,” o halda Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?” Onları acılayır. “Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də. Siz yenə də başa düşmürsünüz?” Təbii ki, ərəbcəsi başqa cür olur, türk dilinə çevrildiyi üçün bu məna olur. “Siz yenə də başa düşmürsünüz?”

Bax, həmişə ağıllanmaq istənir. Demək ki, ağlıyla əlaqədar bir problem olur, ağlının zəifliyi ilə əlaqədar bir problem var. Onun güclənməyi, normal ağıla dönməsi, o istənir. “Dedilər ki,” əgər bir şey edəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək də edin. “” Baxın, ən faciəvi şəkildə artıq hirsin şiddətini göstərir bu, yəni hər hansı bir ölüm deyil, yandıraraq ən faciəvi şəkildə öldürmək istəyirlər. Bu hz. İbrahim (ə.s)-a qarşı olan nifrətin son həddə çatdığını göstərir. Ağlasığmaz bir kin və nifrət meydana gəlib, əcaib hirs. Mehdi (ə.s)-a qarşı da belə ağlasığmaz bir hirs və kin meydana gələcəkdir. Ən az yandırma tərzində istəyəcəklər, amma gücləri çatmaz, ayrı məsələdir. “Tanrılarınıza kömək edin!” Hal-hazırda da darvinistlərin ilahları nədir? Karl Marksın, Leninin, Stalinin, Apodur, ateist massonların liderləridir.

images (6)