Header

Ənbiya surəsi 45-46, 48-49-cu ayələrin təfsiri

Aa4a

Ənbiya surəsi 45-46, 48-49-cu ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “De ki: Mən sizi yalnız vəhy ilə xəbərdar edib-qorxuduram.” Yəni Quran ilə xəbərdar edib qorxuduram. “Ancaq kar olanlar, xəbərdar edildikdə çağırışı eşitməzlər.” Məsələn, biz də adamlara izah edirik, izah edirik; İttihad-ı İslam olacaq, Türk-İslam Birliyi olacaq, “Quranın əmridir bu” deyirik. Şəxsi mənəvi deyə bir şey yoxdur, şəxs vardır, tələbələri vardır və şəxs və tələbələrindən ibarət şəxsi mənəvi vardır deyirik. Nə deyiriksə deyək, onlar geri qalmış məntiqlə, belə ölü qoca məntiqiylə, bitmiş bir ruhla, ümidsiz bir başla, öz başlarıyla davam edirlər. Bu da Axırzamanın bir xüsusiyyətidir. Əgər bunlar olmasaydı, Mehdi (ə.s)-ın işi çox asan olardı, yağ kimi axardı hər şey. Bu səbəbdən, də mehdiyyət olmazdı. Mehdiyyət dağlarla qarşılaşacaq, ən çətin şərtlərlə qarşılaşacaqdır, bunları aşacaqdır. Mən məsələn, Mehdi (ə.s) tələbəsiyəm, Mehdi (ə.s) öncüsüyəm, mən də min bir cür maneə ilə qarşılaşıram. Amma bunları dəf edirik, əlhəmdülillah.

“Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də zalım olmuşuq” – deyərlər. (Ənbiya surəsi, 46).

“Peşman olub anlayarlar” deyir, bəlanı gördükdə deyir Allah. Və bu tip bir üslub işlədənlər deyir Allah, mütləq, “vay halımıza, həqiqətən bizlər zalım olmuşuq” deyəcəklər. Həqiqətən, bəlaya düçar olanda bu tiplərin yumşaldığını, dəyişdiyini, üslublarını yumşaldıqlarını görürük. Köhnə azğınlıqlarının qalmadığını görürük.

“And olsun ki, Biz Musaya və Haruna, təqva sahibləri üçün bir nur və öyüd-nəsihət (zikr) olaraq, haqq ilə batili bir-birindən ayıran (furqan)ı verdik.” (Ənbiya surəsi, 48).

Tövrat-ı Şərif, Tövrat. Məsələn, heç hökmündə görürlər, halbuki, Allah Tövratı tərifləyir Quranda. “And olsun ki, Biz Musaya və Haruna, təqva sahibləri üçün bir nur və öyüd-nəsihət” bir nur, “bir öyüd-nəsihət (zikr) olaraq, haqq ilə batili bir-birindən ayıran (furqan)ı” Tövratı “verdik” deyir Allah.

“O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər.” Allahın heybətinin təsiri altındadırlar. Allah qorxusu içindədirlər, “və onlar, qiyamət saatından içləri titrəyənlərdir.” Adam nə deyir; Qiyamətdən bəhs etməyə ehtiyac yoxdur, qardaşım deyir, insanın ölümü onsuz da Qiyamətdir, burax deyir Qiyaməti, Mehdi (ə.s)-ı, Dəccalı, biz imanımızı qurtarmağa baxaq deyir. Bunların hamısı onsuz da iman həqiqəti, yəni imanın rüknləri bunlardır. Sən Qiyaməti rədd etsən, imanını itirmiş olarsan. Nə deyir bax, bir vahimə içində möminlər, “və onlar qiyamət saatından içləri titrəyənlər.” Qiyamət saatından içi titrəyir möminin, elə deyilmi, Allahdan qorxur. Deməli, Qiyamət əhəmiyyətlidir müsəlman üçün. Qiyamətin üzərində dayanır, gündəmdə tutur qiyaməti.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313