ADNAN OKTAR: Məkkədə nazil olan bu surə 99 ayədir. Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram; “Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir”, “Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.” Yəni, “ağıl xəstəsisən” dedilər. Cübbəli də nə deyir Şeyx Nazim müəllimimizə? “Ağlını itirdi” deyir haşa. O möminə, o dünya gözəli bir mürşidə belə deyilərmi? Bir dünya gözəlinə belə deyilərmi? Qütb olaraq əyilib əlini öpürsən və qütb olduğunu deyirsən, əsrin qütbü olduğunu deyirsən, dərin hörmət göstərirsən, günlərlə qonaq olaraq yanında qalırsan. Səni sınadığı bir sözünə qarşılıq bu qədər çirkin bir söz istifadə edilərmi? Mənə də dəli dedi fəxr edərəm o ayrı məsələ, Cübbəli önünə gələnə “dəli! deməyə başladı bu aralar nə hikmətsə, inşaAllah. Mənə “dəli” deməsi Qurana uyğun olduğu üçün fəxr edərəm. Allah yolunda mücahidlərə, mürşidlərə həmişə “dəli” deyilmişdir. Peyğəmbərimiz (s.ə.v)-ə. Baxsana, ayədə göstərirəm. Hicr surəsinin 6-cı ayəsi. Şeytandan Allaha sığınıram; “Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.“ “Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?” “Başının üzərində mələk olsun” deyirlər, göstərsin sənin peyğəmbər olduğunu “desin” deyirlər. Cübbəli nə deyir? Madam Mehdi (ə.s) çıxacaq, başının üzərində bir mələk olsun, mələk də desin onun Mehdi (ə.s) olduğunu” deyir. Eynisi deyilmi bu? Məkkə müşrikləri də eyni şeyi istəyir, sən də eyni şeyi istəyirsən. Çox səhv yoldasan, onun üçün nəsihət verib doğrunu göstəririk. Allah deyir ki, bax; “Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.” “Möhlət verilməz” nə deməkdir? elə bir şey olsa, “pərişan edərəm, məhv edərəm “deyir Allah.
Hicr surəsi 1, 6-8 ayələrin təfsiri
Axtarış
Kateroqiyalar
- Adnan Oktar deyir ki
- Ateist masonlar və səhvləri
- Axırzaman, Hz. Mehdi və Hz. İsa
- Ayə təfsiri
- Digər inanç və fəlsəfələrə baxış
- İman həqiqətləri və yaradılış möcüzələri
- Kitab Əhli və Peyğəmbərlər
- Maddənin ardındakı sirr
- Peyğəmbərlər tarixi
- Quran əxlaqı və təfəkkür
- Tarix, siyasət və strategiya
- Türk-İslam Birliyi
- Təkamül nəzəriyyəsinin süqutu
Etiketlər
Adnan OktarAllahaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgünəşhadisəHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahədisifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkküfrKəhf surəsimehdiyyətmöminmöminlərmünafiqmüsəlmanmüsəlmanlarNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövrattəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaşamaqzühurzühur etməkzülmçalışmaqçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq