Ənbiya surəsi 105-111 ayələrin təfsiri
ADNAN OKTAR: Ənbiya surəsini açmısan, 105-ci ayə. Şeytandan Allaha sığınıram. “And olsun,” deyir Allah and içir. “Biz zikrdən sonra” Tövrat. “Zəburda da: “Şübhəsiz” bax şübhəsiz deyir Allah. “Ərzə” dünyaya “saleh qullarım varisçi olacaqdır” deyə yazdıq.” Bu ayənin əbcədi 2051-ci ili verir. “Şübhəsiz, ərzə saleh qullarım varisçi olacaqdır” bunun əbcədi 2051, inşaAllah. Peyğəmbərimiz (s.ə.v)-dən gələn bu hədisdə bu ayənin eniş səbəbini əsbabı-nüzulun Mehdi (ə.s) olduğu, mehdiyyət zamanında bu hadisənin olacağı ifadə edilir. Baxın, and içir Allah, “And olsun, Biz zikrdən sonra” Tövratda “Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım” səmimi qullarım dünyaya hakim, “varisçi olacaqdır” deyə yazdıq” deyir.
Mən yazdım, deyir Allah. İndi Allah bunu deyəndə biz nəyi başa düşərik? O zaman Tövrat və Zəbura baxmağımız lazımdır. Çünki, Tövratda və Zəburda da var, yazdım, deyir Allah. Gedib baxın, deyir. Baxanda Tövrat və Zəburda çox əhatəli olaraq Mehdi (ə.s)-ın dünya hakimiyyətindən bəhs edilir, amma təxminən 100-ə yaxın şərh var, 100-dən çoxdur Tövratda. Mehdi (ə.s)-ın xarici görünüşü, həyatı, necə edəcəyi, əxlaqı, qan axıtmayacağı, bütün silahların yer üzündən qalxacağı, sülh dövrü olacağı, qurdla quzunun yan-yana yaşayacağı, ictimai ədalətin bütün dünyanı əhatə edəcəyi, Mehdi (ə.s)-ın xarici görünüşü, hamısı çox ətraflı yazır.
Allah Quranda bizə bu əmri vermişdir. Bax, “Biz zikrdən sonra Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varisçi olacaq”. Hara baxın deyir Allah bizə? Tövrata və Zəbura baxın, orada görəcəksiniz, deyir Allah. Biz də bunu gördüyümüzə görə mehdiyyət haqqında Quranda ayə varmı deyən qardaşlarımıza açıq-aşkar bir dəlildir. “Həqiqət budur ki, qulluq edən bir birlik üçün” Allaha qul olan bir birlik üçün “bunda (Quranda) açıq bir mesaj (və ya həqiqi bir çıxış yolu) vardır.” Baxın, sonrakı ayə də budur. “Həqiqət budur ki, qulluq edən bir birlik üçün” səmimi bir müsəlman birliyi üçün “bunda (Quranda) açıq bir mesaj (və ya həqiqi bir çıxış yolu) vardır.” Açıq mesajı Allah göstərir. Bir çox yerdə var, burada da göstərir. Baxın, 106 və 107-ci ayə davam edir. Allah “Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik.” Bu da hicri 1431 edir.
ALTUĞ BERKER: Bu günümüz, müəllimim, maşaAllah.
ADNAN OKTAR: Bəli 1431, 2010 tarixini verir. “Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik.” Aləmlər bütün aləmlər üçün. Peyğəmbərimiz (s.ə.v)-ə baxan bir ayədir. İşarəli olaraq da Mehdi (ə.s)-a baxır. “De ki: “Həqiqətən mənə “sizin İlahınız yalnız bir tək İlahdır” deyə vəhy olunur, siz müsəlman olmayacaqsınızmı? “ Biz nə deyəcəyik xristian qardaşlarımıza? Sizin ilahınız yalnız tək bir ilahdır, deyə Allah bizə vəhy edir, Quranda ifadə edir. Qurana enmişdir bu, Peyğəmbərimiz (s.ə.v)-ə vəhy etmiş, bizə bildirmişdir. “Siz müsəlman olmayacaqsınızmı?” deyə soruşacağıq, inşaAllah. “Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim.”
Biz yalnız bildirməklə mükəlləfik, bildiririk o qədər, Allaha qarşı ondan sonrası könlümüz rahatdır. “Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir. Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu dünyada faydalanmağınız üçündür” Peyğəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır. Bir vaxta qədər faydalanmanız üçün bir imkandır, deyir Allah. Allah “Qiyamətin vaxtını Mən insanlardan gizlətdim”, deyir.
Yəni, qeyb xəbəridir bu, amma peyğəmbərlərinə qeybi Allah dediyini bildirir, yəni, seçdiyi peyğəmbərlərinə. Peyğəmbərimiz (s.ə.v)-ə qiyamətin əlamətlərini ifadə etmiş, izah etmişdir Allah, çox dəqiq izah etmişdir. İndi hadisə olur, gözümüzlə də gördük, nə olduğunu bilirik. Əllə tutular şəkildə dəqiq əlamət meydana gəldi, inkarı mümkün deyildir. Cübbəli də “bunlar niyə gizlədirlər” deyir. Sən niyə gizlədirsən? Ən şiddətli gizlədən sənsən. Məsələn, sabah nə olacağını bilmirik. İrəlidə nə olacağını bilmirik, amma Peyğəmbər (s.ə.v) bildirsə, bilərik. Qeybin bilinə bilməyəcəyini bilmək çox əhəmiyyətli bir mövzudur, onu Allah bizə bildirir. Heç bir insan bilə bilməz. Peyğəmbərlərə Allah xüsusiyyət vermək üçün insanlara bildirir. Peyğəmbərlərin fərqliliyini vurğulayır o zaman Allah. İnsanlar bilmir, amma peyğəmbər bilir. O necə bilir? Allah bildirsə, bilir, qismən və bildirdiyi qismi qədər. Onun xaricində peyğəmbərlər də bilməz, sabah nə olacağını, sonra nə olacağını bilə bilməzlər. Elə bir qabiliyyəti yoxdur insanların.