Maidə surəsi, 63-64-cü ayələrin təfsiri
ADNAN OKTAR: Bax, deyilir ki, Allah 63-cü ayədə “Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!” Yəhudilərin rabbaniyyun və yüksək alimlərinin bu mövzuda onları xəbərdar etməli olduğunu deyir Allah. Etməkdə olduqları necədə pisdir.
“Yəhudilər: “Allahın əli bağlıdır” dedilər. Onların əlləri bağlandı.” Həqiqətən də, yəhudilərin hamısı deyil, amma çox bir qismi xəsisdir, bu bəllidir. Ayənin möcüzəsidir. Baxın ayə “onların əlləri bağlandı” deyir. Ən zəngini belə pul xərcləməz, çox möhkəmdir əlləri. “Və dediklərindən ötəri lənətləndilər.” Amma kim etdisə o lənətlənər, hamısı lənətlənməz. Çünki uşaqlar var, insanlar var, əlaqəsiz, günahsız insan lənətlənməz. Oradakı bunu edən kəslər nəzərdə tutulur burada, kimsə o. “Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir” Allahın iki əli də açıqdır, Allah əliaçıqdır, sizə bol-bol hər cür ruzini, hər cür imkanı verər. Necə diləsə, elə də bəxş edər.
İstədiyinə bol mal verər, istədiyinə daha az mal verər. “Əlbəttə, Rəbbindən sənə nazil edilən Kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır.” Vəhy endikcə bir qismi azğınlaşırlar, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı xristian və yəhudilərdən, hörmətsizlik edənlər vardır. “Biz onların arasında qiyamət gününə qədər davam düşmənçilik və kin saldıq.” Qiyamət gününə qədər davam edəcək, həqiqətən, ondan sonra da Allahın bu şərhindən sonra bu ayənin hökmünün enməsindən sonra aralarında böyük döyüşlər çıxdı. Protestantlarla katoliklərin döyüşləri çıxdı. Qan sel kimi axdı. Aralarında dəhşətli fitnələr oldu. O adam yandırmalar, bilməm nələr, qovmalar və.s. “Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər” Amma burada ayə yəhudilərdən bəhs edir.
Yəhudilərin arasındakı mübarizə, öz aralarındakı düşmənlik və kindən bəhs edir Allah. “Onlar nə vaxt döyüş məqsədiylə bir atəş alovlandırdılarsa,” bir çox döyüşün mənşəyində olmuşlar. Məsələn: Birinci Dünya müharibəsində də, İkinci Dünya müharibəsində də. Amma bunlar ateist olanlardır, ateist-yəhudilərdir. “Döyüş məqsədiylə bir atəş alovlandırdılarsa, Allah onu söndürmüşdür. Yer üzündə təxribatçılığa çalışarlar. Allah isə təxribatçıları (fitnə -fəsad törədənləri) sevməz.” Bu ateist olan, ateist-sionistlərin qan tökdüyünü, hadisə törətdiyini, fitnə çıxardığını söyləyir Allah, amma burada təbii ayrım çox əhəmiyyətlidir, dindar bir yəhudi, günahsız, məzlum bir yəhudi bu hökmün xaricindədir. Zülm edən, rüsvaylıq çıxardan, dinə təhqir edən, hücum edən, gözü dönmüş, İslamiyyəti yox etməyə qərarlı tiplər üçündür bu hökmlər.
Yoxsa müsəlmanları bəni-Nuh olaraq görən, müsəlmanlara şəfqət, sevgi göstərən, onlara qarşı hörmət, kitabına qarşı hörmətli, hətta Peyğəmbərimiz (s.ə.v)-in haqq olduğunu qəbul edən, Quranın haqq olduğunu qəbul edən yəhudilərə qarşı deyildir bu hökmlər, çünki əhli-kitabdan xanımlar olar, evlənilər. Yəhudi xanımlarla evlənilər. Eyni yataqda bütün ömrünü keçirir insan, eyni yatağa, yastığa baş qoyur. Eyni evdə onun yediyini yeyir, onun bişirdiyini yeyir, eyni evdə yaşayarlar. Bu səbəbdən, burada nəzərdə tutulanlar, zülm edən, azğınlıq edən, əxlaqsızlıq edən əhli-kitabdan olan kəslərdir, bunu etməyənlər deyildir. Çünki, müsəlmanlardan da əxlaqsızlıq edənləri Allah Quranda lənətləyir, alçaldır.
Müsəlmanın da əxlaqsızı əxlaqsızdır, xristianın da əxlaqsızı əxlaqsızdır, yəhudinin də əxlaqsızı əxlaqsızdır. Tövrat da əxlaqsız yəhudiləri alçaldır, Quran da. Onlara “fahişə” deyir Tövratda hökm olaraq və Allah o yəhudilərdən “intiqam alacağını” deyir. Bu mövzuda çoxlu izah edilən Tövrat hökmü vardır amma yaxşı olanları da tərifləyər Tövrat. Quranda əhli-kitabdan, məsələn, xristianlardan “biz xristianıq deyənləri sizə yaxın olduqlarını görərsiniz” deyir Allah. Çünki, onların içərisində təvazökar olan, eqoistlik etməyən rahiblər vardır, din adamları vardır, deyir. Baxın, arada fərq, təvazökar məzlum bir xristiana qarşı hörmətli olunar, dəyər verilər. Onunla həmsöhbət olunar, hətta yeməyi yeyilər, evinə gedərsən, onunla bir yoldaşlığın olar, ticarət edərsən, könül alarsan, kompliment deyirsən və evlənilə bilər.
Əxlaqsız yəhudi ilə əxlaqlı yəhudi, əxlaqsız xristianla əxlaqlı xristian, əxlaqsız müsəlmanla əxlaqsız müsəlman ayırd edilmişdir. Onun üçün Quranla baxıb bütün yəhudilər belədir demək, bütün xristianlar belədir demək səhv olar. Ayədə o zaman bütün müsəlmanlar pisdir mənası da çıxara bilərsən. Bəli, bu ayəni bir daha oxuyuram 64-cü ayə: “Yəhudilər: “Allahın əli möhkəmdir” dedilər. Onların əlləri bağlandı.” Amma təbii ki, burada da yenə onu deyənlərə xitab edər, onu edənlərə xitab edən bir ayədir. Bütün yəhudilərin xəsis olacağı mənasında deyildir. Amma həqiqətən, ümumi olaraq xəsisdirlər, amma ayənin mənası hər yəhudi mütləq xəsisdir mənasında deyildir. Oradakı kəslərdən bəhsi edilir, onu edənlərdən bəhs edilir.
“Dediklərindən ötəri lənətləndilər.” Bax, deyən kimsə, lənətlənən də odur, hamısı deyildir. Bax, ayə açıqdır, “dediklərindən ötəri lənətləndilər.” Kim dedi? Onlar. Onlar lənətlənirlər. “Xeyr; Onun iki əliaçıqdır, necə diləsə, elə də bəxş edər. And olsun, Rəbbindən sənə endirilən, onlardan çoxunun azğınlıqlarını və inkarlarını artıracaqdır.” Onların azğınlıqlarını və inkarlarını artırar. Və bu Quranın bir möcüzəsidir, o dövrdə həqiqətən, yəhudilərin bir qismi onlara peyğəmbər gəlmədi deyə qudurdu sanki. Bəni-Adnan qövmünə gəldi deyə, bəni-İsrailə gəlmədi deyə inanılmaz əsəbiləşdilər və hirsləndilər.
“Biz də onların arasına qiyamət gününə qədər sürəcək düşmənçilik və kin saldıq. Onlar nə vaxt döyüş məqsədiylə bir atəş alovlandırdılarsa Allah onu söndürmüşdür. Yer üzündə təxribatçılığa, fitnə-fəsada çalışarlar. Allah isə təxribatçıları sevməz.” Amma bu qismi ayənin yəhudilərin içərisində bu tip insanların olacağını ifadə edir, qiyamətə qədər davam edəcək nəsil. Döyüş çıxarmaq istəyən, fitnə çıxarmaq istəyən yəhudilər daim olacaq, deyir Quran və Allah da bunu daim söndürəcək, deyir. Həqiqətən var, bu olur. Amma biz məzlum yəhudiləri, dindar yəhudiləri bundan ayırd etməyi biləcəyik, çünki Quran onlar üçün ayrı bir hökm verir, ayrı bir şərh edir.