Şura surəsi, 16-17-ci ayələrin təfsiri
ADNAN OKTAR: Şura surəsi, 16-cı ayə, şeytandan Allaha sığınıram. “Allahın dəvəti qəbul olunduqdan sonra” yəni müsəlman olduqdan sonra “Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbi qatında etibarsızdır” deyir, Allah. Məsələn, Quranda darvinizm vardır, materializm vardır, məhz ordan-burdan eşitdiyi xurafatlarla Qurana dayanaraq darvinizmi izah etməyə çalışarlar. Allah bu barədə nə deyir? Şeytandan Allaha sığınıram: “Allahın dəvəti qəbul olunduqdan sonra”, yəni, müsəlman olduqdan sonra “Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbi qatında etibarsızdır” deyə buyurur.
OKTAR BABUNA: İnşaAllah müəllimim.
ADNAN OKTAR: Biz TV və internetdə nə etdik? Bax, yenə də darvinistləri yerlə yeksan etdik. Cihad müəllimi göndərdim, darvinistləri ayaqaltı kimi tapdaladı yenə, maşaAllah. O proqramdan da bəzi hissələri gərək yayımlayaq sonra.
OKTAR BABUNA: İnşaAllah müəllimim.
ADNAN OKTAR: “Onlar (dünyada) qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir. Kitabı və tərəzini həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat (Qiyamət saatı) yaxındır” deyir Allah. Bu ayənin əbcədi 2120-ci ili verir. Oktar nə deyirsən?
OKTAR BABUNA: Qiyamət tarixini deyirəm, müəllimim. Ustad Səid Nursinin də işarə etdiyi, sizin də hər zaman söylədiyiniz tarixdir bu, maşaAllah.
ADNAN OKTAR: Bax,“Kitabı və tərəzini həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat (Qiyamət saatı) yaxındır” inşaAllah.