Casiyə surəsi, 28-32-ci ayələrin təfsiri
ADNAN OKTAR: “O gün”- qiyamət günü – ” bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz kitabına tərəf çağırılacaqdır”, yəni Tövrat olan Tövratla, İncil olan İncillə, Qurana uyanlar Quranla, başqa heç bir kitabla deyil, öz kitabları ilə çağırılacaqlar. Ayənin davamında Allah: “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!” – buyurur. Kim yaxşılıq edibsə yaxşılıqla, kim pislik edibsə qarşılığını da o cür alacaq. “Bu Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!”- deyir Allah. Yəni, “Bu sizin taleyinizdədir” – deyir Allah. ” İman gətirib yaxşı işlər görənlərə gəlincə” – yəni iman edən və səmimi hərəkətlər edənlərə gəlincə – “ Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar qurtuluş və müvəffəqiyyətdir.”
Burada Allah rəhmətiylə onları (iman gətirənləri) qoruduğunu, həm də qurtuluşa, müvəffəqiyyətə çatdıracağını bildirir. “İnkar edənlərə gəldikdə isə, (onlara deyiləcəkdir): “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz.” Yəni Quran ayələri xurafat deyil, uydurma ayələr deyil. Bəziləri var ki, “mənə ayə gəldi, Allahın hökmü gəldi” deyərlər, bunlar saxta ayələrdir, və yaxud bəzi münafiqlərin uydurduqları xurafatlardır. Quran isə saxta ayələrdən ibarət deyil, Haqqın sözüdür. “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbürlük göstərirdiniz və günahkar adamlar idiniz.” –buyurur Allah. Yəni “eqoistlik, lovğalıq göstərən siz deyildinizmi”- deyir Allah.
“Həqiqətən Allahın vədi haqdır, Qiyamət-saatında heç bir şübhə yoxdur” – ayənin bu ifadəsinin əbcəd hesabı 2031- ci ili verir, yəni Mehdi (ə.s)-ın hakimiyyətdə olacağı illəri verir. Çünki, ayədə Allah “Həqiqətən Allahın vədi haqdır” deyir. Yəni, Allah nə dedisə, düz çıxar, bunun da hesabı 2031-ci ilə işarə edir. “Qiyamət-saatında heç bir şübhə yoxdur,” – dedikdə qiyamət əlamətlərinin başlandığını və Qiyamətin yaxınlaşdığını bildirir Allah. Sonra ayədə:“Deyildiyi zaman siz Qiyamət-saatı da nəymiş, biz bilmirik; biz yalnız bir zənn (və təxmin) də olub zənn edirik; biz, qəti bir məlumatla inanmaqda olanlar deyilik” demişdilər.” – bildirilir. Məsələn, qiyamətdən bəhs edirik bəziləri çıxır, “Qiyamət əhəmiyyətli deyil” deyir. Hər kəsin ölümü onsuz da Qiyamətidir, amma onlar “Qiyaməti boş ver” deyir. Ayədə Allah:
“Qiyamət-saatı da nəymiş?” deyərək bəzilərinin buna lağ edəcəklərini, əhəmiyyətli görməyəcəklərini, “biz bilmirik; biz yalnız bir zənn (və təxmin)də olub zənn edirik; biz, qəti bir məlumatla inanmaqda olanlar deyilik” deyəcəklərini bildirir. İndi də “Qiyamətə hələ 570 il, 1000 il, 5 milyard il var” deyirlər. Ayədə “biz, qəti bir məlumatla inanmaqda olanlar deyilik” demişdilər.”- deyə bidirilir. Yəni bəziləri qəti bir məlumatla inanmadıqlarını deyəcəklər. Amma qiyamət çox əhəmiyyətlidir, müsəlman qiyamət mövzusunu gündəmdə tutacaq, qiyamətdən çəkinəcək, qorxacaq, Allaha sığınacaq. Hər kəsin ölümü öz qiyamətidir, qiyaməti izah etməyə, o haqda danışmağa ehtiyac olmadığını, qiyamət əlamətlərinin əhəmiyyətsiz olduğunu desələr Allah bəlalarını verər, inşaAllah.