Kəhf surəsi 65-79, 82-83-cü ayələrin təfsiri

ADNAN OKTAR: Bismillah, şeytandan Allaha sığınıram, Kəhf surəsinin 65-ci ayəsi:

 

Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.” Bu ayənin əbcəd hesabı 2010-cu ilə işarə edir. 2010 hal-hazırda yaşadığımız ili verir. Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Yəni “doğru yol olaraq Allahın sənə öyrətdiklərindən mənə müəllimlik etmən üçün sənə tabe ola bilərəmmi?” deyə soruşur. “(Xızır) dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.” Bu mehdiyyətin xüsusiyyətidir, ümumiyyətlə, Kəhf surəsi mehdiyyəti izah edir. Hz. Xızır – hz. Mehdi (ə.s)-ı, hz. Musa (ə.s) da hz. Mehdi tələbələrini ifadə edir, Məsələn, biri deyir ki, “mən Mehdi (ə.s)-a tələbə olmaq istəyirəm”. Ayədə, hz. Xızır (ə.s)-ın ifadəsi ilə bunun çox çətin olduğu bildirilir. Hz. Musanın ifadəsi ilə “yox, asanlaşdıraram” deyər.

O isə öhdəsindən gələ bilməyəcəyini deyir. Yəni məktəbinlə, həyatınla, işinlə,  kefinlə, qorxularınla, inandıqlarınla zidd düşər. Çünki, Mehdi (ə.s.) qəti olaraq mücəddid və müctəhiddir (dini yeniləyən, ayələri düzgün izah edən, açıqlayan). Mədinənin imamı belə, İstanbuldakı alimlər belə Mehdi (ə.s)-a qarşı çıxırlar, elə deyilmi? Özünü Allaha həsr etdiyini iddia edən alim belə Mehdi (ə.s)-a qarşı mübarizə aparar. Asan iş deyil. Ayənin davamında Allah buyurur: “Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” Yəni “işin dərinliyindəki əsl hikməti, incəliyi bilmədiyin şeyə necə səbir edərsən”-deyir. Deməli, Mehdi (ə.s) özündən bəhs edəcək. Yəni, insanlar onu qavraya bilmədikləri üçün etiraz edəcəklər. Ayədəki “(Musa) dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam” ifadəsinin, əsasən də “İnşaAllah” deməyin əhəmiyyətini burada da görürük.

Deməli, Mehdi (ə.s)-ın etdiklərinə səbir etmək lazımdır, etdiyi işlərdə bir hikmət axtarılmalıdır və səbir edilməlidir. Sonra: “(Xızır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”. Yəni tənqid etməməlisən “bunu niyə belə edirsən, niyə elə edirsən” deməməlisən. “özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”-deyir. Yəni, “lazım olsan özüm sənə deyəcəm, ona qədər heç nə sorumamalısan”. Amma həmişə etiraz edib ona qarşı çıxsan, o zaman səmimi itaət etmiş olmazsan, Allaha səmimi bağlanmış olmazsan. Bunlarla Allah mehdiyyətin tərzini, üsulunu göstərmiş olur. Ayədəki hadisələrlə mehdiyyət arasında bir çox oxşaqlıqlar var. Bu hadisələrlə Allah sanki mehdiyyəti izah edir. Xeyli oxşarlıqlar var.

71-ci ayə: “Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət, (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi.” Yəni gəmiyə ziyan verdi, deşdi gəmini. Sonra “(Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün.” Ayədəki bu ifadə Mehdi (ə.s)-a ediləcək etirazlardan birini bildirir Allahualəm. İnsanların Mehdi (ə.s)-a qarşı çıxmalarının səbəbi tələbələrinin sayının 313 nəfərdən ibarət olmasının səbəbi Xızır (ə.s)-ın xüsusiyyətlərini daşımasına görədir. Mehdi (ə.s)-ın etdiyi hər işi az qala qəribə qarşılayacaqlar. Ona görə də ona tabe olmaq, tələbə olmaq çox çətindir. Hz. Musa (ə.s)-da da bunu görürük. “Gəmini içindəkiləri batırmaq üçünmü deşdin.”-deyə fikirləşir. Qeyri-obyektiv davranır. Çünki ilk baxışdan, zahirən elə görünür. Amma əslində işin batini istiqamətində haqlı olduğunu, düzgün iş etdiyini görürük.

“(Xızır) dedi: “Mən demədim ki, sən mənim yanımda səbir edə bilməyəcəksən?” Bu işin çətin olduğunu əvvəldə deyir. “(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”- dedi. Yəni “işimi asanlaşdır, məni sorğu-sual etmə,” deyir. “Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”. Ayənin bu “Yenə yola düzəldilər” diqqət etsək, daim iki nəfərdən bəhs edidiyini görürük. Yəni hz. Mehdiyə və hz. İsaya işarə edir, Allahualəm. Burada hz. Musa (ə.s) hz. Xızır (ə.s)-ı cinayətdə günahlandırır, çox ağır ittihamla günahlandırır. Amma bunun da təbii ki, bir hikməti var. “And olsun, sən pis bir iş etdin” deyir. Halbuki, tabe olmalı idi və heç bir şeyə etiraz etməməli idi. “(Xızır) dedi: “Sənə demədim ki, mənim yanımda səbir edə bilməyəcəksən?” Yənibir az əvvəl də demişdim” deyir.

Sonra “(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”. dedi. Yenə yola düzəldilər.” – əgər fikir verirsinizsə, burada yenə iki nəfərə diqqət çəkilir. “Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada uçulmaqda olan bir divar gördülər. (Xızır) onu düzəltdi (tikdi). (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”. Burada Allah yolunda edilən xidmətlərin ödənişsiz olmağına işarə edilir. “(Xızır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi.”

Burada hz. Xızır yoxsulları qorumaq üçün gəmini deşir, hz. Mehdi (ə.s) nə edəcək? O da, yoxsulları qoruyacaq. Ayədə verilən gəmi hz. Mehdi (ə.s)-ın dənizin yaxınlığında, gəmilərin olduğu bir yerdə zühur edəcəyinə işarə edir. Harada zühur edəcək? İstanbulda. Yəni, gəminin işarəsi eyni zamanda dənizi izah edir. Hz. Mehdi (ə.s)-ın olacağı yerə işarə edir. “Gəmi, dənizdə işləyən yoxsulların idi”, burada Quran yoxsulları qorumağın əhəmiyyətini və Mehdi (ə.s)-ın yoxsulları necə qoruyacağına işarə edir. Gəmini deşməsinin səbəbi isə yoxsullara zərər vermək deyil, əksinə onları qorumaq idi. Quran hz. Mehdi (ə.s)-ın bəzən insanları qorumaq üçün bu tərz üsullardan istifadə edə biləcəyinə işarə edir.

 

ALTUĞ BERKER: Əvvəlki təfsirlərinizdə 79-cu ayədə verilən gəmi ilə əlaqəli hekayənin 1979-cu ildə bir gəmi hadisəsinin olduğuna da işarə etdiyini demişdiniz, İnşaAllah.

 

ADNAN OKTAR: Əslində əvvəl bunu açıqlamışdım amma artıq təfərrüatlarını açıqlamıram. Məsələn, burada Xızır (ə.s)-ın memar (divar hörgüsü ustası) olduğunu görürük eyni zamanda. Uçulmaqda olan divar massonluqda bir simvoldur. Divarın hörülməsi, tikilməsi bir simvoldur. Sonra iki yetimdən bəhs edilir. Massonluqda yetimlər, dul qadın çox əhəmiyyət kəsb edir. İki yetim uşaq, biri Mehdi (ə.s)-ı, biri də Hz. İsa (ə.s)-ı bildirir. Bu yetim uşaqların anaları da dul qadınlardır. Dul qadın və iki yetim uşaq massonluqda simvolların rəmzidir. O simvolların mənasını açıqladığım zaman massonların az qala nəfəsləri kəsilə. İndi minlərlə masson mənimlə görüşmək istəyir, onlardan bir çox məktublar, yazılar gəldi. Bir çox görüşmək istəyən var, inşaAllah. Ayədə “Altında onlara məxsus bir xəzinə vardı.” deyilir.

Bu da massonluğun simvoludur, onlarda da xəzinə, xəzinə sandığı deyilən simvolları var. “Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”. Gördüyümüz kimi ayədə etiraz etməmək, mürşidə tam tabe olmaqdan bəhs olunur və buna görə dilini dinc qoymaq, təmkinli olmaq, sirr saxlamaq massonluqda çox əhəmiyyətlidir.  Ayədə eyni zamanda bir şey görəndə onu kiməsə deməməyi də tövsiyə olunur. Ayədə Xızır (ə.s) ustadır. Massonluqda da ustalıq vardır.

Onlar Mehdi (ə.s)-ı da usta olaraq götürürlər. Masson əfsanələrində 1000 illik, 2000 illik köhnə masson inancına görə İstanbulda iki böyük ustadan biri ilə qarşılaşacaqlarına inanırlar və yer olaraq İstanbulda müqəddəs şəhərdə görüşəcəklərini müəyyən ediblər. “Şəhər İstanbuldur, orada biz bir ustayla görüşəcəyik” deyirlər. Yəni bütün massonlara lider olacaq bir ustadır. Onlar hz. Mehdi (ə.s)-a usta deyirlər. Onlara görə ikinci usta da hz. İsa (ə.s)-dır. Ona da usta deyirlər. Onunla da qarşılaşacaqlarına inanırlar, inşaAllah. Məbəd kahinləri deyirlər, “bizim min illərlə gözlədiyimiz qeyb xəbəri budur, biz hz. Mehdi (ə.s)-ı görəndə, hz. İsa (ə.s)-ı görəndə onlara kömək etməklə mükəlləfik, bizim vəzifəmizdir bu” deyirlər. Yəni tək Allah inancının dünyaya hakim olması, İslamın dünyaya hakim olması reallaşacaq, “buna görə bu ana qədər biz vardıq” deyirlər və inşaAllah elə olacaqlar.

 

ALTUĞ BERKER: Bir az əvvəl Adoni, Adonaydan bəhs etmişdiniz.

 

ADNAN OKTAR: Bəli. Məsələn, massonluqda yenə başqa sirlər də var, həmin sirlər Quranda var. Burdan da aydın olur ki, massonlar bir çox adət-ənənələrini Qurandan, hz. Süleyman (ə.s)-dan və Tövratdan götürmüşlər. Bu hekayədə yenə massonluğun bir çox simvolunu görürük. Məsələn, gəmi lövbəri massonluqda bir simvoldur, inşaAllah. İndi o mövzulara girsək, hadisə tam fərqli bir şəklə girəcək ona görə bu qədər kifayətdir, bununla mövzunu bitirək, inşaAllah. Səndən Zülqərneyn barəsində soruşarlar.” Dünyaya hakim olan hz. Zülqərneyn də Mehdi (ə.s.)-ı izah edər. Peyğəmbərimiz (s.ə.v) dünyaya hakim olan iki adamın müsəlman olduğunu, ikisinin də kafir olduğunu deyir. “Beşinci olaraq dünyaya mənim övladlarımdan Mehdi (ə.s.) hakim olacaq” deyir.

images